“Bunun adı harınlıq deyil, axmaqlıqdır!“ – Xeyrəddin Qoca

Son illər ərəblərin Azərbaycanda ərəblərin ov etməsi adi hala çevrilib. Doğrudur, hərdən müvafiq dövlət qurumları onları cərimələyir. Amma ərəb ovçuların şikar üçün Azərbaycana daha çox üz tutmasının, şübhəsiz, əsaslı bir səbəbi var.

Yenisabah.az-a açıqlamasında yazıçı-publisist Xeyrəddin Qoca bildirib ki, ərəblərin ov etmələri nəinki harınlıq, axmaqlıqdır:

“Xəstəlikdir bu. Bu bəzi pullu adamların gicliyi, ağılsızlığıdır, özünü göstərməsidir. Yəni guya Dubayda ov etməyə yer yoxdur?! Dubaydan bura gələnə kimi o qədər kənd, şəhər keçirlər, ov etməyə yer tapmırlar, gəlib mütləq Azərbaycanda etməlidirlər? Bəlkə Azərbaycan heyvanlarının əti dadlı olur?

Özüm də Dubayda olmuşam, çox gözəl yerdir. Ola bilər ki, ora bizi valeh etdiyi kimi, bura da onları valeh edir. Görünür, neftin hesabına pullanıb harınlayırlar, bilmirlər nə etsinlər, nə iş görsünlər, odur ki, Azərbaycana ov etməyə gəlirlər. Xoş gəlirlər, səfa gətirirlər, amma ov etmək üçün gəlmələri, Azərbaycanın təbiətini məhv etməsi doğru deyil”.

Facebook Comments