“Mən futbol tarixinin ən yaxşısıyam”

“Liverpul”un futbolçusu Məhəmməd Salah baş məşqçisi Yurgen Kloppun onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Sozcu.az xəbər verir ki, 54 yaşlı mütəxəssis daha əvvəl açıqlamasında misirli hücumçunu dünyanın ən yaxşısı hesab etdiyini deyib. Salah isə Kloppun sözlərinə belə cavab verib:

“Bu, çox gözəl səslənir. Son vaxtlardakı oyunumdan razıyam. Hər zaman çalışıram. Özümü bütün dövrlərin ən yaxşı futbolçusu hesab edirəm. Başqalarının bununla razı olub-olmamasının mənim üçün heç bir fərqi yoxdur”.

Qeyd edək ki, Salah 2017-ci ildən “Liverpul”da oynayır.

Facebook Comments