Kəlbəcərin bu kəndində hələ də separatçı “bayrağ”ı…- Rusiya hərbçiləri niyə izn verir?..

Bəs nədən Laçın dəhlizindən keçməli olan Azərbaycan hərbi və mülki avtomobil karvanları üzərindəki Azərbaycan dövlət(!) bayraqlarını endirməyi tələb edirlər?..

Kəlbəcər rayonunun hələ də Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin himayəsindəki sepratçı-terrorçu rejimin nəzarətində qalan Həsənriz kəndində ermənilər nəinki yaşayır, həmçinin 44 günlük müzəffər savaşımızdan sonra başqa yerlərdən köçmüş 150 erməni də qanunsuz olaraq burada məskunlaşdırılıb. Hətta bu günlərdə xəbər verdiyimiz kimi, kənddə Amerikadan köçüb gəlmiş bir erməni də var.

Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, kəndin qeyri-qanuni icma başçısı Vardan Qriqoryan bildirib ki, hazırda Həsənriz kəndində 37 “köçkün” erməni ailəsindən 32-i təmir edilmiş evlərlə təmin olunub…

Ermənilərin “Haterq” adlandırdıqları bu kənd böyük olsa da, onlar burada çox miskin durumda yaşayırlar. İnfrastruktur dağılıb, bütün ictimai binalar bərbad vəziyyətdədir, qaz yoxdur, işıq və su fasilələrlə verilir. Buna rəğmən kəndin “inzibati” binasının üzərində əraziyə məsul olan Rusiya hərbi kontingentinin gözü qarşısında separatçı-terrorçu rejiminin “bayraq” adlandırılan əski parçası asılıb…

Xatırladaq ki, bir müddət öncə Kəlbəcərin Həsnriz kəndindəki ermənilər Rusiya hərbçilərinin gözü görə-görə “Artsaxda ən hündür bayraq” deyə hay-küylə öz əski parçalarını qaldırmışdılar…

Zəruri sual:

Məlumdur ki, Rusiya hərbi kontingenti Laçın rayonun ermənilər üçün “dəhliz” edilmiş hissəsindən, o cümlədən Laçın şəhəri və Ağanus, Zabux, Qarıkaha kəndlərindən keçməli olan Azərbaycan hərbi və mülki avtomobil karvanları üzərindəki Azərbaycan dövlət(!) bayraqlarını endirməyi tələb edirlər… Bəs elə isə həmin Rusiya kontingentinin məsuliyyət zonası olan digər ərazilərdə, Xankəndində, Xocalıda, Əsgəranda, Xocavənd rayon mərkəzi və rayonun bir sıra kəndlərində, Tərtər, Ağdam rayonunun onlarla yaşayış məntəqəsində, eləcə də Kəlbəcər rayonunun adı çəkilən Həsənriz və digər kəndlərində heç bir dünya dövləti və beynəlxalq rəsmi qurum tərəfindən tanınmamış qondarma separatçı-terrorçu rejimin əski parçalarının asılmasına nədən göz yumur və icazə verirlər?..

Facebook Comments