“Azərbaycan tərəfdən verilən bəyanatlar İranın ölkəmizə qarşı siyasətinə cavab reaksiyasıdır”

“Azərbaycanın müstəqillik tarixində İranla münasibətlər heç vaxt indiki qədər gərgin olmayıb”.

Sozcu.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

A.Hacılı deyib ki, istər Azərbaycan, istərsə də İran tərəfdən müharibə ritorikası səslənir: “Çox ciddi gərginlik var, İran sərhədə hərbi qüvvələr yerləşdirir. Azərbaycana İranla gərginlik lazım deyil. Azərbaycan tərəfdən verilən bəyanatlar İranın ölkəmizə qarşı siyasətinə cavab reaksiyasıdır…”

Facebook Comments