Aşotyan: Erməni dövləti yoxdur, çünki millət deyilik

Bizim dövlətimiz yoxdur. Ermənistan sadəcə yalnız əlifba göstəricisidir.

Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.

“Bizim dövlətimizin olmadığı mübahisəsiz faktdır. Ermənistan sadəcə əlifba göstəricisi, ritual detal, BMT üzvləri siyahısında siyasi anlaşılmazlıqdır. Bizim dövlətimiz təkcə kapitulyantın günahına görə yox olmayıb, səbəb kifayət qədər dərindir. Dövləti millət yaradır. Bizim dövlətimiz erməni millətinin olmamasına görə yoxdur. Millət yerinə 29 min kvadrat kilometrdə bioloji populyasiya yaşayır. Populyasiya dövlət ola bilməz, ən yaxşı halda areala çevrilə bilər”, – deyə o bildirib.

Facebook Comments