Azərbaycan Ermənistana xəbərdarlıq etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq edib.

Sozcu.az-ın xəbərinə görə, o deyib ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsi vacibdir.

“Ermənistandakı revanşist qüvvələrə tövsiyəmiz ondan ibarətdir ki, yanlış yolla getməsinlər. İmzalanmış sənədin yerinə yetirilməsi vacibdir”, – Ceyhun Bayramov oktyabrın 18-də Qətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə keçirdikləri mətbuat konfransında bildirib.

Facebook Comments