Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırdı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini yüksəltməsi haqqında qərar qəbul edib.

Sozcu.az-ın xəbərinə görə, bu barədə AMB-nin məlumatında deyilir.

Uçot dərəcəsi 6,25%-dən 6,5%-ə, faiz dəhlizinin aşağı həddi 5,75%-dən 6%-ə, faiz dəhlizinin yuxarı həddi isə 6,75%-dən 7%-ə səviyyəsinə yüksəldilib.

Xatırladaq ki, faiz dәhlizinin parametrlәrinә dair növbəti qərarlar 29 oktyabr və 17 dekabr tarixlərində nəzərdə tutulub.

Qeyd edək ki, 29 oktyabr tarixində qәrarın açıqlanması mәtbuat konfransı ilә müşayiәt olunacaq.

Facebook Comments