Kazaryan: Savaşda 4 milyardlıq hərbi texnika itirdik

Ermənistan Baş naziri Nikol Paşinyanın siyasəti ucbatından Ermənistan ordusunun itkisi 4 milyard dollar təşkil edib.

Sozcu.az xəbər verir ki, bunu Ermənistan Konstitusiya Məhkəməsi Aparatının keçmiş rəhbəri Edqar Kazaryan deyib. O, 44 günlük müharibə zamanı erməni ordusunun zabit heyətinin 25%-nin məhv edildiyini bildirib:

“Heç kim buna görə heç bir məsuliyyət daşımayıb. Buna rəğmən hökumət başçısının fəaliyyətinə insanlar haqq qazandırırlar. Ondan heç kim heç nə tələb etmir”.

Facebook Comments