Nəsiman Yaqublunun “Bakının qurtuluşu. Qafqaz İslam Ordusu” kitabı nəşr edilib

Bakının Qurtuluşunun 103-cü ildönümü günündə “Bakının Qurtuluşu.Qafqaz İslam Ordusu” kitabım “Qanun” nəşriyyatında nəşr edilib.208 səhifəlik kitabda XX əsr Azərbaycan Milli İstiqlal mübarizəsi tarixinin ən mühüm hadisələrindən olan Bakının Qurtuluşu araşdırılıb.

Kitabda tarixi sənədləri yazılar, faktları toplanılıb və oxuculara çatdırıb.İlk öncə Azərbaycan Xalq Cümhuriyyəti(1918-1920-ci illər) dövründə nəşr edilən yazılar,sonradan isə mühacirətdə yaşamış azərbaycanlı siyasətçilərin və ziyalıların məqalələri toplanıb.

Eyni zamanda kitaba Azərbaycanın tanınmış şairlərinin Qafqaz İslam Ordusuna, qəhrəman türk əsgərlərinə həsr etdiyi şeirlər də daxil edilib.

Facebook Comments