İlin əvvəlindən Saratovdan Azərbaycana 135,4 min ton buğda və arpa ixrac edilib

Bu ilin əvvəlindən Azərbaycana Rusiyanın Saratov vilayətindən 135,4 min ton buğda və arpa ixrac edilib.

Sozcu.az xəbər verir ki, bu barədə Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin yerli idarəsi (“Rosselxoznadzor”) yerli idarəsi məlumat yayıb.

Qurumun məlumatına görə, ümumilikdə cari ildə bölgədən 33 ölkəyə 273,9 min ton taxıl və paxlalı bitkilər, həmçinin 108 min ton taxıl məhsulları ixrac edilmişdir.
Region Azərbaycan, Latviya və Qazaxıstana buğda tədarükünü davam edir. Ən çox məhsul tədarükü Latviyanın (157,3 min ton), Azərbaycanın (135,4 min ton), İranın (16,3 min ton) və Belarusun (15 min ton) payına düşür.

Facebook Comments