Türkiyədə ağır qəza: 14 ölü, 18 yaralı

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sozcu.az xəbər verir ki, Balıkesir-Edremit yolunda sərnişin avtobusu qəzaya uğrayıb.

Belə ki, sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 11 nəfər hadisə yerində, 3 nəfər isə xəstəxanada ölüb.

Qəza nəticəsində 18 nəfər xəsarət alıb.

Facebook Comments