Ukrayna separatçılarla görüş üçün Minskə getmir

Ukrayna Minskdəki üçtərəfli kontakt qrupundan iştirak etməyəcək.

Sozcu.az xəbər verir ki, bunu üçtərəfli kontakt qrupunda Ukrayna nümayəndə heyətinin müşaviri Aleksey Arestoviç deyib.

“Mən bilmirəm ki, onlar nəyi rəhbər tuturlar, amma Ukrayna üçün iki şey önəmlidir. Birincisi, biz hesab edirik ki, epidemioloji situasiya bizə Minskə getməyə imkan vermir və biz videokonfrans rejimində qalmağı üstün tuturuq. İkincisi isə Belarusdakı situasiyadır. Biz prezident Lukaşenkonu seçilmiş saymırıq”, – deyə o bildirib.

Facebook Comments