Saakaşvilidən Zelenskiyə məktub: Vətəndaşlığımı bərpa et!

Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukrayna vətəndaşlığının bərpası ilə bağlı yeni prezident Vladimir Zelenskiyə məktub ünvanlayıb.

Sozcu.az xəbər verir ki, məktubu siyasətçinin vəkili Ruslan Çernolutski administrasiyaya təqdim edib.

“Bütün hüquqşünaslar təsdiqləyir ki, mənim Ukrayna vətəndaşlığından çıxarılmam qeyri-qanunidir. Ukrayna Konstitusiyasında göstərilir ki, ukraynalının vətəndaşlığını ləğv etmək qadağandır. Beynəlxalq hüquqda isə göstərilir ki, insanı ümumiyyətlə vətəndaşlığı olmayan şəxs kimi saxlamaq olmaz”, – deyə məktubda bildirilib.

Saakaşvili həmçinin Ukraynada ona hər hansı vəzifə və üstünlüklərin lazım olmadığını yazıb.

Keçmiş qubernator əlavə edib ki, Zelenskinin onun vətəndaşlığının bərpası ilə bağlı hər hansı şübhəsi yaranarsa, o zaman hüquqlarının məhkəmədə müdafiəsi üçün ölkə sərhədlərini keçmək barədə Dövlət Sərhəd Xidmətinin rəhbərinə göstəriş verə bilər.(Axar.az)

Facebook Comments