MakSimin son vəziyyəti açıqlandı

Komadan olan rusiyalı müğənni Marina Maksimovanın (MakSim) vəziyyəti dəyişilməz olaraq qalır.

Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun piar meneceri Yana Boquşevskaya “Zvezda” telekanalına açıqlamasında bildirib.

“Hələ ki, dəyişiklik yoxdur. Medikamentoz yuxudadır. Hazırda oksigen aparatına qoşuludur. Zədələnmə faizini azaldırlar. Ağciyərlərini yuyurlar”, – o deyib.

Daha əvvəl müğənni MakSimə pnevnmoniya diaqnozu qoyulub, o, süni komadadır. Onun koronavirus testinin nəticəsi neqativ çıxıb.

Facebook Comments