Alleqri cinayətdə şübhəli bilinir

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri çirkli pulların yuyulmasında şübhəli bilinir.

Sozcu.az “Calciomercato”ya istinadən xəbər verir ki, Alleqri 2018-ci ilin avqustundan 2021-ci ilin aprelinədək “Oia limited” şirkətindən qumar oyunları sahəsində qanunsuz halda 161.000 avro məbləğində 7 bank köçürməsi alıb. Bu müddət ərzində mütəxəssisin hesabına ayrıca Sloveniyada otel, oyun və əyləncə mərkəzləri kimi fəaliyyət göstərən Sloveniyanın “Hit DD Nova Gorica” şirkətindən 168.000 avro gəlib. Bu pulun mərc uduşlarından alındığı güman edilir, lakin digər şübhəli əməliyyatlar da istisna edilmir.

Bildirilir ki, Alleqri bu dövrdə qumarla əlaqəli əməliyyatlara 356.000 avro xərcləyib.

Qeyd edək ki, Alleqri mayın 28-də “Yuventus”a baş məşqçi təyin olunub.

Facebook Comments