“Real”la müqaviləni yeniləmək istəmir

“Real” futbolçusu Rafael Varan klubu ilə müqaviləsini yeniləmək istəmir.

Sozcu.az “ABC”yə istinadən xəbər verir ki, fransalı müdafiəçi karyerasını “Mançester Yunayted”də davam etdirmək niyyətindədir. İngiltərə təmsilçisinin 28 yaşlı oyunçuya 5 illik müqavilə təklif etdiyi vurğulanıb. Madrid klubunun Varanı 70 milyon avroya satmağa hazır olduğu bildirilib.

Qeyd edək ki, futbolçunun “Real”la hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir. O, 2020/2021 mövsümündə İspaniya çempionatında meydana çıxdığı 31 matçda 2 qol vurub.

Facebook Comments