Rusiya, Türkiyə və İran arasında seçim varmı?

Avropanı əxlaqsızlığın ünvanı kimi göstərib, insan haqq və azadlığına əsaslanan Qərb dəyərlərinə qarşı təbliğat aparmaq Avrasiyanın Şərq hissəsində dəbdədir. Hətta 61 yaşında 30 illik həyat yoldaşından boşanıb 30 yaşlı bədii gimnastika ustası ilə eşq məcarası yaşamaqdan çəkinməyən Rusiya prezidenti Vladimir Putin də Qərb dəyərlərinə qarşı çıxışını rusların ailə dəyərlərinin qorunmasına xidmət kimi qələmə verir. Üstəlik həm də ənənəvi dəyərlərin qorunması üçün qanun qəbul etdirir. Putinin təşəbbüsü ilə qəbul olunan qanun ailəni cəmiyyətin əsas dəyəri və prioriteti elan edir. Bu qanunun qəbulu rus cəmiyyətinin Qərb dəyərlərindən qorunmasına xidmət edəcəyi ilə əsaslandırılır. Qanunun qəbul olunmasının təşəbbüscüsü olan Putin isə 61 yaşında 30 illik həyat yoldaşından ayrılmaqdan çəkinmir.

Türkiyədə isə Rəcəb Tayyib Ərdoğan “dindar və kindar nəsil” yetişdirməyi əsas məqsədi elan edib. Bunun üçün muzeyi məscidə çevirir, parkların yerinədə məscid tikilir. Türkiyə məscidlərin sayına görə rəsmən İslam dövləti olan İranı da ötüb-keçib. Türkiyədəki 10 min özəl məktəbin üçdə biri dini təriqətlə bağlıdır. Dini təriqqətlərə bağlı həmin məktəblərdə 210 min şagird var ki, onlar da “dindar və kindar nəsil” olaraq yetişdirilir. Ərdoğan görə “dindar və kindar nəsil”in yetişdirilməsi ilə cinayətlərin kökü kəsiləcəyini və ya ən aşağı səviyyəyə düşəcəyini iddia edirdi. Ancaq statistika göstərir ki, “dindar və kindar nəsil” yetişdirilməsi irəlilədikcə cinayətlərin sayı da kəsin artıb. Belə ki, 2009-2019-ci illər arasında Türkiyədə məhbusların sayında 3.8 dəfə artım müşahidə olunub. Ən çox artım adam öldürmədə müşahidə olunur. Rəsmi statistikaya görə 2009-cu ilə müqayisədə adam öldürmə cinayətlərinin sayı 2019-cu ildə 2009-cu ilə müqayisədə 6 dəfə artıb. Qaçaqmalçılıq cinayətləri 9 dəfə, qarətçilik 11 dəfə, yol-hərəkət cinayətləri 15 dəfə, saxtalaşdırma cinayətləri 5 dəfə, oğurluq cinayətlərinin 7 dəfə ardığı rəsmi məlumatlarla təsdiqlənib. “Dindar və kindar nəsil” yetişdirildiyi ölkədə narkotiklə bağlı həbs olunların sayında 10 il ərzində 11 dəfə artım var. Ancaq Rəcəb Tayyib Ərdoğan “dindar və kindar nəsil” yetişdirmək niyyətindən geri çəkilmir. İranda isə 50 ildən artıqdır ki, “dindar və kindar nəsil” yetişdirilir. Bu ölkə zülmətə o qədər qərq olub ki, nümayişkəranə edamlar belə cinayətlərin azalmasına səbəb olmur.

Azərbaycanın yerləşdiyi çoğrafiyada siyasi və iqtisadi vəziyyəti, mənəvi mühiti məhz bu üç ölkə, Rusiya, Türkiyə və İran formalaşdırır. Buna görə də regionun Azərbaycan kimi kiçik ölkələrində dövlət və toplum bu üç ölkənin formalaşdırdığı mühitə qarşı mübarizə aparmasa, həmin cəmiyyət hökmən deqredasiyaya məruz qalır. Bunun qarşısını isə böyük mütəffəkir Mirzə Fətəli Axundzadənin iki əsr öncə göstərdiyi yolla getməklə almaq olar. Bu yol cəmiyyətdə fikir azadlığının təmin edilməsi, elmin və mədəniyyətin inkişafına nail olmaqdan ibarətdir.

Xəqani Cəfərli

Facebook Comments