Bakıda ağır qəza: 3 nəfər öldü – Foto

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Sozcu.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, Hava limanı – Bilgəh yolunda baş verən qəzada yük avtomobili ilə mikroavtobus toqquşub, ölən və xəsarət alanlar var.

Hazırda yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

***

Mərdəkan yolunda baş verən avtoqəza nəticəsində daxil olan çağırış əsasında hadisə yerinə 5 təcili Tibbi Yardım Briqadası göndərilib.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, 3 nəfər (1 qadın, 2 kişi) hadisə yerində dünyasını dəyişib, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıblar.

Facebook Comments