Monteneqroda şirkəti olan sədr müavini işdən çıxarıldı

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin müavini İslam Səfər oğlu Qurbanov tutuduğu vəzifədən azad edilib. Moderator.az-ın əldə etdiyi məlumata görə, sədr müavini dünən kollektivlə vidalaşıb. İslam Qurbanovun işdən çıxarılması ilə bağlı Sərəncam yaxın günlərdə ictimaiyyətə elan ediləcəkdir.

Xatırladaq ki, İslam Qurbanov bu vəzifədə 2016-cı ilin iyun ayından çalışırdı.

O, “Azərxalça”da aparılan yoxlamalar çərçivəsimndə dindirilmiş və izahatı alınmışdı. İslam Qurbanov qurumun Təsərrüfat və İnzibati-idarəetmə şöbələrinin fəaliyyətinə rəhbərlik edib, Tender komissiyasının sədri olub.

Qeyd edək ki, İslam Qurbanov Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin sabiq rəisi Səfər Qurbanovun oğludur.

Sabiq sədr müavini bizneslə məşğuldur, onun hətta Monteneqroda belə şirkətləri var.

Redaksiyamız İslam Qurbanovla bağlı maraqlı faktlar əldə edib. Həmin faktları yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.

Facebook Comments