İŞİD kəndə hücum etdi: 30 ölü

Terrorçu qruplaşmaların Burkina-Fasoda kəndə hücumu nəticəsində 30 mülki sakin öldürülüb.

Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Agentliyin məlumatına görə, rəsmilər yalnız 10 nəfərin öldüyünü bildirsələr də, əslində qurbanların sayı 3 dəfə çoxdur.

Qeyd edək ki, Burkina-Fasonun şərq və şimal-şərqində İŞİD-in silahlı qruplaşması sayılan “Böyük Saharada İslam Dövləti” fəaliyyət göstərir.

Facebook Comments