“Qulaqlarını açıb eşitsinlər ki, biz Xocalını unutmamışıq və heç vaxt unutdurmayacağıq”

Türkiyə, tarixi ilə üzləşməkdən heç bir zaman yayınmayıb və hər zaman tarixçilərə müraciət edərək arxivlərin açılmasını tələb edib…

Sozcu.az xəbər verir ki, bunu tanınmış azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatına münasibət bildirərkən deyib:

“ABŞ Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatın heç bir tarixi əsası yoxdur. Türkiyə, tarixi ilə üzləşməkdən heç bir zaman yayınmayıb və hər zaman tarixçilərə müraciət edərək arxivlərin açılmasını tələb edib. “Buraxın, tarixçilər bunu araşdırsın” deməsi və 3-cü ölkələrə arxivlərinin açması da buna sübutdur. Amma ermənilər heç bir zaman bununla razılaşmayıb. Ermənilər və onları əllərində alət edən böyük dövlətlər 24 aprel tarixini siyasi məqsədləri və Türkiyəyə qarşı şantaj üçün istifadə ediblər. Haylar hər il bu tarixdə diqqəti öz üzərlərinə çəkə biliblər. Və, nəhayət, “soyqırımı” sözünü Baydendən də eşitdirdilər. Dincəldilər. Açıb qulaqlarını bunu da eşitsinlər ki, biz Xocalını unutmamışıq və heç vaxt unutdurmayacağıq. 1992-ci ildə Xocalıda törədilmiş vəhşiliyi, vandallığı, soyqırımı cinayətini məhz onlar törətdilər. Bu qədər sübutlar, şəkillər, videolar, canlı şahidlər var. Faktları erməni faşist rəhbərləri özləri də etiraf edir, amma dünya onu soyqırım kimi qəbul etmir! Dünya, erməni vəhşilərinin Xocalıda törətdiyi soyqırımına susur. Bayden isə erməni yalanına susa bilməzdi, çünki seçicilərinə söz vermişdi. Və sözünü tutdu. Biz də ABŞ prezidentinin “soyqırımı” sözünü qəbul etmirik. Sözdü də. Bu qədər bəsit.”

Facebook Comments