ABŞ-da azərbaycanlılar və türklər aksiya keçirir – Foto

ABŞ-ın Vaşinqton şəhərində olan türklər və azərbaycanlılar prezident Co Baydenin qondarma “erməni soyqırımı” ifadəsini işlətməsinə qarşı etiraz aksiyası keçirirlər.

Sozcu.az Report-a istinadən xəbər verir ki, Türk Amerikan Dərnəkləri Assambleyası təşkilatçılığı ilə keçirilən aksiya Türkiyə səfirliyinin Vaşinqtondakı tarixi iqamətgahının qarşısından başlayıb.

Əraziyə əllərində Türkiyə və Azərbaycan bayraqları ilə gələn aksiya iştirakçıları Ermənistanın ABŞ-dakı səfirliyinin qarşısına getməyi planlaşdırırlar.

Qeyd edək ki, bir qrup erməni Ağ evin qarışısından aksiyanın keçirildiyi əraziyə doğru hərəkət edir.

ABŞ polisi aksiyanın keçirildiyi ərazini mühasirəyə alıb. Aksiya bir neçə saat davam edəcək.

Facebook Comments