Ermənistan ordusunun 6 əsgəri maşınla vuruldu- 2-i yerindəcə öldü…

Ermənistanın Kotayk mərzində toqquşma ilə nəticələnən qəza zamanı iki nəfər ölüb, daha dörd nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Sozcu.az xəbər verir ki, bu barədə qəsbkar ölkənin Shamshyan.com kriminal xəbər saytı məlumat verir.

Hadisə aprelin 15-nə keçən gecə, saat 01:00 radələrində Tiqranadzor magistral yolunda (Aramus kəndi yaxınlığında) baş verib. Avtomobili sərxoş vəziyyətdə idarə edən sürücü altı piyadanı vuraraq hadisə yerindən qaçıb.

İki nəfər yerindəcə ölüb, bədən xəsarətləri alan dörd nəfər isə Abovyan tibb mərkəzinə aparılıb.

Sürücünün şəxsiyyəti artıq müəyyənləşdirilib. Bu, Kotayk bölgəsi sakini 34 yaşlı K.M.-dir. O, saxlanılıb. Məlum olub ki, avtomobil idarə edərkən sərxoş olub.

Mənbənin verdiyi məlumata görə, ölənlər və digər yaralılar Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin əsgərləri olub.

Facebook Comments