Avstriya XİN: ABŞ və Rusiya prezidentlərinin görüşünü təşkil etməyə hazırıq

Avstriya yüksək səviyyəli danışıqlar keçirilməsi üçün platforma rolu oynamağa həmişə hazırdır.

Sozcu.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Avstriya XİN Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında görüş keçirilməsinin mümkünlüyünü şərh edərkən bildirib.

“Biz KİV-də xəbərləri gördük. Rusiya və ABŞ prezidentləri səviyyəsində görüş keçirilməsinə qərar verilərsə, bu təqdirəlayiqdir. Belə bir zirvənin nə vaxt və harada keçiriləcəyinə dair qərar hər iki ölkədən asılıdır. Əlbəttə ki, Avstriya hər zaman hər cür yüksək səviyyəli danışıqların keçiriləcəyi məkan olmağa hazırdır”, – Avstriya XİN-in açıqlamasında belə deyilir.

Facebook Comments