Əli Əsədov iclas keçirdi

Azərbaycan İqtisadi Şurasının növbəti iclası keçirilib.

Sozcu.az xəbər verir ki, bu barərə Nazirlər Kabineti məlumat yayıb.

İqtisadi Şuranın 5 mart 2021-ci il tarixində keçirilmiş iclasının gündəliyində Şuranın iş planına uyğun olaraq 2020-ci ilin yekunları üzrə maliyyə sabitliyi hesabatı, bank sektorunun cari vəziyyəti və digər məsələlər müzakirə olunub.

İqtisadi Şura tərəfindən ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Facebook Comments