Vasif Talıbov Bakıda da tibbi maska taxmadı

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayına qatılıb.

Sozcu.az-ın xəbərinə görə, V.Talıbovun YAP-ın mərkəzi qərargahına daxil olarkən tibbi maskadan istifadə etməməsi diqqət çəkib.

V.Talıbovun yanında olan Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov da maska taxmayıb.

Qeyd: İnzibati Xətalar Məcəlləsinə əsasən, karantin rejimində maska taxmaq tələbini pozmağa görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 100 manatdan 200 manata, hüquqi şəxslər isə 200 manatdan 400 manatadək cərimə edilir.

Facebook Comments