Ən yüksək bal toplayan Nəsibin FOTOSU

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə 9 iyun 2024-cü il tarixində keçirilmiş əlavə imtahanın nəticələrini açıqlayıb. Modern.az-ın məlumatına görə, bu imtahanda Rİ altqrupu üzrə ən yüksək nəticəni (400 bal) Süleymanov Nəsib Asif oğlu göstərib. O, Bakı şəhər 74 saylı orta məktəbin məzunudur. Nəsibin ümumi imtahan nəticəsi isə 691.7 baldır. Onun fotosunu təqdim edirik:

Bakıda çörəklə bağlı təhlükəli vəziyyət: Köhnəni təzə bişirilənə qatırlar?

"Azərbaycan xalqı dünyada ən çox çörək yeyən xalqdır. Buna görə dünyada birinci yerdəyik. Həm də çörək bizim üçün müqəddəsdir. Amma bizneslə məşğul olanlar xalqın çörəyi çox yeməsindən sui-istifadə edirlər. Şikayətləri analiz etdikdə görünür ki, çörəklər ya çox qısa zamanda sıradan çıxır, ya da uzun müddət saxlayanda sıradan çıxmır. Hər iki hal istehlakçı hüququnu qoruyan təşkilatı qayğılandırır". Bunu Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov son vaxtlar çörəyin keyfiyyəti ilə bağlı şikayətlərin artması haqqında danışarkən deyib. Onun sözlərinə görə, çörəyin otaq temperaturunda orta saxlanma müddəti 72 saatdan artıq deyil: "Əgər tez bir zamanda çörəkdə yapışqanlıq əmələ gəlirsə, bu o deməkdir ki, həmin sexin unu artıq kartof xəstəliyinə tutulub. Onu təmizləmək isə asan məsələ deyil. Bu cür yapışqanlı çörəklər mədə-bağırsaq xəstəliklərinə gətirib çıxarır. Çünki orada artıq göbələklər var və insanlar bundan xəstələnə bilər. Əgər çörək uzun müddət saxlanılırsa və xarab olmursa, bu da ziyanlıdır. Çünki demək, çörək artıq kimyalaşıb. Hər iki problemi müşahidə edirik. Çörəyin quruması isə normal haldır". E.Hüseynov deyib ki, isti çörək də mədə-bağırsaq xəstəliklərinə səbəb olur: "Çox təəssüflər olsun ki, azərbaycanlılar isti çörəyə üstünlük verirlər. Bu isə mədə-bağırsaq xəstəliklərinə gətirib çıxarır. İsti çörək mədədə gec həll olunsa da, insanların ona tələbatı var". E.Hüseynov köhnə çörəklərin təzə bişirilən çörəklərə qarışdırılmasının isə illər öncə baş verdiyini bildirib: "Köhnə çörəklərin təzə çörəyə qarışdırılması məsələsi 10 il öncə baş verirdi. Hazırda bu məsələ demək olar ki, yoxdur. Bunun kökü kəsilib. Köhnə çörəyi digər təsərrüfatlara verirlər. Əgər istehlakçı şikayətlərini nəzərə alsaq, "Binə" çörəyindən tez-tez şikayətlər daxil olur".

Müsavat Divanının gündəliyi

İyunun 20- də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda ötən həftə ərzində görülən işlər barədə məlumat dinlənilib. Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Azərbaycan milli-azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin anadan olmasının ildönümü ilə əlaqədar 24 iyun saat 12-də Fəxri Xiyabanda keçiriləcək Anım Tədbiri barədə məlumat verib. Seçki məsələsi müzakirə olunub. Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda məlumatların intensivləşdiyi, bu səbəbdən partiya daxilində müzakirələrin davam edəcəyi bildirilib. Seçkilərin vaxtı ilə bağlı ictimaiyyətə məlumatın verilməməsi mənfi qiymətləndirilib. Partiya başqanı İsa Qəmbər ölkədə və dünyada baş verən siyasi proseslər haqda məlumat verib. Bildirilib ki, BMT Təhlükəsizlik Şurası üzvü olan bir ölkə kimi Fransanın münaqişələri körükləyən bəyanatlar verməsi və addımlar atması təəssüf doğurur. Müsavat Partiyasının Rusiya hərbi qüvvələrinin bütün Cənubi Qafqazdan çıxarılması zərurəti barədə prinsipial mövqeyi xatırladılıb, eyni zamanda hər hansı başqa dövlətin, o cümlədən Fransanın regionda hərbi qüvvə yerləşdirilməsi təşşəbüsünün zərərli olduğu, bunun Cənubi Qafqazda sülhə və əmin-amanlığa xidmət etmədiyi vurğulanıb. Sonda cari məsələlər müzakirə olunub

Dəhşətli qəzada həlak olan zabitlərin FOTOLARI

Füzuli-Ağdam yolunda baş verən qəzada həlak olan şəxslər zabit olublar. Sozcu.az xəbər verir ki, qəza zamanı minik maşınında olan Murad Aydın oğlu Müsadirov və Kənan Tapdıq oğlu Mustafayev aldıqları xəsarətdən ölüblər. Xatırladaq ki, hadisə Füzuli-Ağdam yolunun 30-cu kilometrliyində qeydə alınıb. Ötən gün saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev VAZ markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarında dayanan traktora çırpılıb.

Güclü külək ağacları aşırdı: 5 nəfər xəsarət aldı

Mingəçevir şəhərində güclü külək nəticəsində bir neçə ağac aşıb. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin müxtəlif ərazilərində qeydə alınıb. Küləyin ağacları aşırması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Qeyd edək ki, hadisə nəticəsində nəqliyyat vasitələrinə də zərər dəyib.

Bu ölkədən qərar: Ukraynaya "Patriot" verilir

Rumıniyanın Ali Müdafiə Şurası “Patriot” hava hücumundan müdafiə sisteminin Ukraynaya verilməsi barədə qərar qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Rumıniya Prezident Administrasiyasının saytında məlumat verilib. "Müttəfiqlərlə sıx koordinasiya aparan Şura üzvləri Ukraynada təhlükəsizlik vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsini, eləcə də bu vəziyyətin regional nəticələrini, o cümlədən Rumıniyanın təhlükəsizliyi üçün "Patriot" sistemini Ukraynaya təhvil vermək qərarına gəliblər”, - bəyanatda deyilir.

Bir nəfər Cəbrayılda minaya düşdü

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Horovlu kəndi ərazisində mina hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin birgə məlumatında bildirilib. Qeyd edilir ki, kənd təsərrüfatı sahəsində çalışan 1991-ci il təvəllüdlü Goranboy rayon sakini Nuruyev Raqib Səxavət oğlunun idarə etdiyi “Man” yük avtomobili minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarət alıb. Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda araşdırma aparılır. ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

Taksi qiymətləri kəskin bahalaşdı - İyulun 1-dən sonra...

10 gün sonra tələblərə cavab verməyən avtomobillərlə taksi fəaliyyəti qadağan olunacaq. Lakin hazırki şəraitdə sürücülərin əksəriyyəti hesab edir ki, yeni tələbələr onların işini çətinləşdirir.  Bəzi sürücülər verilən müddət ərzində köhnə avtomobilləri yenisi ilə əvəz etməyin çətin olduğunu deyirlər. Buna görə də onlar problemləri aradan qaldırmaq üçün vaxtın uzadılmasını istəyirlər. Digər tərəfdən də taksi fəaliyyəti ilə məşğul olan şirkətlər qiymətləri bahalaşdırıb. Vətəndaşların dediyinə görə, bəzən hətta qiymətlərdə 40-50 faizə qədər bahalaşma müşahidə olunur.  Taksi qiymətlərindəki artım iyulun 1-dən sonra da davam edəcəkmi? SEO Xidməti Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, şirkətlərin bahalaşmaya gedəcəyi öncədən proqnozlaşdırılırdı:  “Şirkətlərin bahalaşmaya getməsi onsuz da gözlənilən idi. Çünki hazırda bu istiqamətdə proses olduqca sürətli gedir. Digər tərəfdən həm avtomobillərin buraxılış ili, həm sürücülərin seçim turu, həm də nəqliyyat vasitələrinin texniki parametrlərinin təyin olunması ilə bağlı 3 istiqamətdə işlər gedir. Bu isə yekunda həm sürücü, həm də nəqliyyat vasitəsinin azlığına səbəb olur. Bunlar da müştərilərin seçiminə təsir edir. Bir çox hallarda taksilər sifarişlərə gəlmir və ya ümumiyyətlə bəzi saatlarda taksi tapmaq olmur”.  Ekspertin fikrincə, qiymət tendensiyası 3 mərhələli formada davam edəcək: “Bu səbəbdən düşünürəm ki, hazırki proses daha sürətlə davam etməlidir. Cəlb olunacaq və istismar ediləcək nəqliyyat vasitələrinin texniki parametrləri dəqiqləşdirilib öyrənilməlidir. Hesab edirəm ki, hazırki şəraitdə qiymət tendensiyası qalxmağa doğru gedəcək. Daha sonra stabilləşmə müşahidə olunacaq və nəhayət, yeni qaydalar yerinə oturuşandan sonra qiymətlər enəcək. Hazırki gedişat bu tendensiyanı göstərir”. 

Bakıda bu çimərlikdə maşınlar da "çimir"

Paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki ictimai çimərliyi maşınlar zəbt edib. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, dənizə istirahətə şəxsi avtomobilləri ilə gələnlər çimərliyin ərazisinin böyük hissəsini tutublar. Bu da həmin bölgədə dincələn digər vətəndaşların haqlı narazılığına səbəb olub. Yaranmış mənzərə ictimai çimərlikdən istifadə edənlərin istirahətinə mane olub.

Rusiyada neft anbarı vuruldu

Rusiyaya kütləvi hücum: neft bazası vuruldu Ukrayna PUA-ları iyunun 20-nə keçən gecə Rusiyanın bir sıra regionlarına hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Hava hücumundan müdafiə sistemləri Adıgey ərazisi üzərində altı, Bryansk üzərində üç, Krasnodar üzərində üç, o cümlədən Rostov, Belqorod və Oryol vilayətləri üzərində pilorsuz uçuş aparatını məhv edib”, - məlumatda deyilir. Nazirliyinin açıqlamasında pilotsuz təyyarənin hücumunun nəticələri barədə heç nə deyilmir. Krasnodarın qubernatoru Veniamin Kondratyev Slavyansk-Kuban şəhərinin hücuma məruz qaldığını bildirib. Nəticədə fərdi yaşayış evi tamamilə dağılıb, yerli sakin həlak olub. Adıgeyin Taxtamukay rayonunun Enem kəndində PUA hücumu nəticəsində neft anbarında yanğın baş verib. Adıgey Respublikanın başçısı Murat Kumpilov qeyd edib ki, səhər saat 6-da xilasedicilər yanğını söndürüb, onun sahəsi 400 kvadratmetrdir. Tambov vilayətinin qubernatoru Maksim Yeqorovun sözlərinə görə, Platonovskaya neft bazasının ərazisində partlayış baş verib. Ehtimal olunur ki, əraziyə PUA hücumu olub. Partlayışdan sonra neft çəni yanıb.

Bu rayonlarda 38 dərəcə isti olub

İyunun 20-si saat 09:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, 19-u axşam yağıntılar tədricən kəsilib, 20-si gecə və səhər hava şəraiti əsasən yağmursuz keçib. Düşən yağıntının miqdarı Oğuz 11 mm, Şəki 6 mm, Xaltan 3 mm, Qrız 1 mm-dək olub. Havanın temperaturu havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda 27, yüksək dağlıq ərazilərdə 14 dərəcəyədək isti olub.

Azərbaycanda 12 nəfəri gün vurdu

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Mərkəzinə günvurma ilə bağlı iyunun 1-dən bu günə qədər ümumilikdə 12 nəfərin müraciəti qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd olunub ki, onlardan 10 nəfərə yerində yardım göstərilib, digər iki şəxs isə hospitalizasiya olunub.

Bakıda su borusu partladı

Nəsimi rayonunda su borusu partlayıb. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Məlumatda qeyd olunub ki, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ilə Hənifə Ələsgərov küçəsinin kəsişməsində su xəttinin partlaması nəticəsində dünən gecədən başlayaraq su yola axır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Neyman Səfərəliyev bildirib ki, həmin ərazidə 200 mm diametrli xətdə qəza baş verib: "Uzun müddət istismarda olan köhnə xətdir. Çox güman ki, bu səbəbdən olub. Amma dəqiq səbəb qazıntı zamanı məlum olacaq. Qəzanın fəsadları yaxın saatlarda aradan qaldırılacaq".

Həcc ziyarətində ölənlər arasında azərbaycanlılar varmı?

Həcc ziyarətində ölən zəvvarlar içərisində Azərbaycan vətəndaşı yoxdur. Bu barədə Sozcu.az-a Qafqaz Müsəlmanları İdarəsindən bildirilib. “Azərbaycanlılar sağ-salamatdır, rəhmətə gedənlər arasında vətəndaşlarımız yoxdur”, - QMİ-dən qeyd edilib. İdarədən əlavə olaraq bildirilib ki, zəvvarlar artıq ziyarətlərini bitirmək üzrədirlər, ayın 26-sından sonra vətənə qayıdacaqlar. Qeyd edək ki, şiddətli istilər səbəbindən Həcc ziyarəti zamanı 922 zəvvarın öldüyü haqda məlumat yayılıb.

ABŞ Rusiyanın bu ərazilərini vurmağa icazə verdi

Ağ Ev rəsmi olaraq Ukrayna ordusunun həm Xarkov, həm də Sum bölgələrindən Rusiya ərazisini ABŞ silahlarından vurmasına icazə verib. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter deyib. “Biz tamamilə açıq şəkildə bildirdik ki, ukraynalılara Xarkov və Sum vilayətlərindən Rusiya mövqelərini ABŞ silahları ilə cavab atəşinə tutmağa icazə veririk. Bu hərəkətlər ona gətirib çıxaracaq ki, Rusiya öz qoşunlarını sərhəddə toplamaq imkanından məhrum olacaq”, - Karpenter bildirib.

“Qarabağ”ın ÇL-dəki rəqibi bu gün bəlli olacaq

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın rəqibi bu gün bəlli olacaq. Sozcu.az xəbər verir ki, II təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçimizin rəqibi İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmanın nəticəsindən sonra müəyyənləşəcək. Ağdam təmsilçisi səpələnmişlər siyahısında yer alacaq. Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Qeyd edək ki, UEFA-nın təlimatına əsasən Azərbaycan və Ermənistan klubları təsnifat mərhələsinin görüşlərində üz-üz gələ bilməz.

Dəhşətli qəzada ölən məktəblinin FOTOSU

Qusarda ağır yol-nəqliyyat hadisəsində həyatını itirən yeniyetmənin fotosu yayılıb. Sozcu.az xəbər verir ki, bu barədə onun oxuduğu məktəb məlumat yayıb. Qəzada vəfat edən 2012-ci il təvəllüdlü Ruslan Lamran oğlu Xamədov Qusar şəhər E.Güləliyev adına 2 saylı orta məktəbin 6-cı sinif şagirdi olub. Bildirilib ki, BMW markalı avtomobil velosipedlə hərəkətdə olan R.Xamədovu vurub. Ağır xəsarətlər alan yeniyetmə hadisə yerində vəfat edib. Qəza zamanı sürücünün idarəetməsindən çıxan avtomobil daha sonra aşıb. Faktla bağll Qusar Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

19 yaşlı gənc çayda boğuldu

Zaqatalada 19 yaşlı gənc çayda boğulub. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala rayonunun Uzuntala kəndində qeydə alınıb. Belə ki, Balakən rayonunun Talalar kənd sakini 2005-ci il təvəllüdlü Ülfət Elşad oğlu Əliyev Uzuntala kəndində çayda çimərkən boğulub. 

Rusiyanın itkiləri 530 minə yaxınlaşır

Ukrayna müharibənin 847-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 529 750 hərbçi, 7 984 ədəd tank, 15 319 ədəd zirehli döyüş maşını, 14 007 ədəd artilleriya sistemi, 1 104 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 857 hava hücumundan müdafiə sistemi, 359 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 19 078 ədəd avtomobil texnikası, 11 221 ədəd PUA, 2 297 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 351 xüsusi avadanlıq itirib.

Bu ərazilərə leysan yağdı – Faktiki hava

İyunun 19-u saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar arabir leysan xarakterli olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Balakəndə 46 millimetr, Şəkidə 24 millimetr, Zaqatalada 12 millimetr, Ağstafada 8 millimetr, Ordubadda 7 millimetr, Qax (Sarıbaş), Ağdamda 6 millimetr, Ceyrançöl, Göygöl, Şəmkir, Şahdağ, Yardımlı, Qəbələ, Naxçıvan, Culfa, Daşkəsən, Tovuz, Gəncə, Balakən, Qusar, Qrız və Göyçayda 5 millimetrədək olub. Şimal-qərb küləyi arabir Naftalan, Tərtər, Gəncədə 28 metr/saniyə, Goranboyda 27 metr/saniyə, Ağdamda 22 metr/saniyə, Beyləqan, Bərdə, Culfada 20 metr/saniyə, Mingəçevir, Şəmkirdə 18 metr/saniyə, Zaqatalada 17 metr/saniyə, Ceyrançöl, Naxçıvanda 16 metr/saniyə, Yevlaxda saniyədə 15 metrədək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, Naxçıvan Muxtar Respublikasında 37, Aran rayonlarında 38, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.

Moldovanın Aİ-yə üzvlüyünü dəstəkləyən Bəyannamə imzalandı

İyunun 18-də Kişineuda İtaliya Prezidenti Sercio Mattarellanın səfəri zamanı Moldova Respublikasının Avropa İttifaqına (Aİ) daxil olmasını dəstəkləyən Bəyannamə imzalanıb. Sozcu.az xəbər verir ki, sənəd İtaliya lideri və Moldova Prezidenti Maya Sandunun iştirakı ilə aparılan müzakirələrdən sonra imzalanıb. Sonra keçirilən birgə mətbuat konfransında Sercio Mattarella ölkəsinin Moldova Respublikasının Avropa İttifaqına daxil olmasına “tam və birmənalı” dəstəyini təsdiqləyib. “İtaliya Moldovaya Avropa standartlarına çatmaq üçün lazımi islahatları aparmağa gələcəkdə də köməklik göstərəcək və eyni şeyi Ukrayna üçün də davam etdirəcək”, -deyə Mattarella bildirib. İtaliya Prezidenti qeyd edib ki, Maya Sandunun üç il əvvəl Romaya səfəri həm iqtisadi, həm mədəni, həm də sosial baxımdan yüksək qiymətləndirilən ikitərəfli münasibətləri yeni mərhələyə çıxarmağa imkan verib. Eyni zamanda, o, İtaliyada yaxşı inteqrasiya olunmuş və fəal olan böyük moldovalı icmasının ölkəsinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib. Sercio Mattarella, həmçinin BMT-nin himayəsi altında sülhməramlı missiyalarda, İtaliya hərbçiləri ilə tərəfdaşlıqda həyata keçirilən əməliyyatlarda iştirakına görə Moldova Respublikasına təşəkkür edib. “Bu, sülh naminə əməkdaşlığın yaxşı əlamətidir, xüsusən də buradan bir neçə yüz kilometr aralıda müharibə olduğu üçün”, - deyən İtaliya Prezidenti ölkəsinin Ukraynanın ərazi bütövlüyünə möhkəm sadiqliyini və münaqişənin BMT prinsiplərinə uyğun olaraq sülh yolu həlli yollarını axtardığını təsdiqləyib. Öz növbəsində, Prezident Maya Sandu bildirib ki, İtaliya dövlət başçısının səfəri Moldova Respublikasına, xüsusən də təhlükəsizliyin indiki çətin kontekstində aydın dostluq və dəstək siqnalı göndərir. O, Avropaya inteqrasiya yolunda Kişineunu güclü və birmənalı şəkildə dəstəkləmək öhdəliyinə sadiq qaldığına və Ukraynanı dəstəklədiyinə görə İtaliyaya təşəkkürünü bildirib.

Türkiyədə meşə yanğını: gəmilərin hərəkəti məhdudlaşdırıldı

Türkiyənin Çanaqqala vilayətinin Eceabat rayonunda meşə yanğını baş verib. Bölgədə əsən küləyin təsiri ilə böyüyən yanğına qurudan və havadan müdaxilə edilir. Sozcu.az xəbər verir ki, Çanaqqalanın Gelibolu yarımadasında yerləşən əkin sahəsində naməlum səbəbdən başlayan yanğın qısa vaxt ərzində meşəlik ərazisinə yayılıb. Yanğın səbəbindən ətrafdakı bir çox yaşayış məntəqəsi üzərində qatı tüstü meydana gəlib. Hadisə ilə bağlı Çanaqqala Valiliyindən açıqlama verilib. Bildirilib ki, qabaqlayıcı tədbirlər çərçivəsində Çanaqqalanın Böyükanafarta kəndi boşaldılıb. Hazırda həm havadan, həm də qurudan yanğına müdaxilə qrupları səfərbər edilib. Vətəndaşlara bölgədə diqqətli olmaları ilə bağlı xəbərdarlıq olunub. Çanaqqala boğazında gəmilərin hərəkəti məhdudlaşdırılıb.

İsveç XİN Rusiya səfirini çağırdı

İsveç Xarici İşlər Nazirliyi Rusiyanın İsveçdəki səfirini XİN-ə çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb iyunun 14-də Rusiya təyyarəsinin İsveç hava məkanını pozmasıdır.

NATO-nun yeni Baş katibi o olacaq

Niderland Krallığının Baş naziri Mark Rutte NATO-nun yeni Baş katibi olacaq. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.