Zəngin məmləkətin ürək yandıran ağrıları...
Zibillikdən çörək axtaran kasıb vətəndaşlar, yaxud, villada lüks həyat yaşayan məmurlar.
Şair-jurnalist kimi XALQımın neçə illərdir ki, sosial-iqtisadi baxımdan çox ağrılı-acılı dözülməz günlər içində, səfalətdə, min bir əzab-əziyyətdə zülümnən yaşamasına heç cürə susa bilmərəm.
Vətəndaş olaraq yəni bu ədalətsizliyi, bu haqsızlığı vicdanıma qəti sığışdıra bilmirəm. Bu, mümkün də deyil. Ölkədəki bu qədər ədalətsizliyi, bu qədər haqsızlığı şair olan, jurnalist olan vicdanına necə sığışdıra bilər axı? Bu, mümkündürmü yəni?
Düşünürəm ki, SÖZ ADAMıyam, ŞAİRəm, JURNALİSTƏM. Deməli, haqqı yazmalıyam. ŞAİR də, JURNALİST də hər zaman haqqın, ədalətin tərəfdarı olmalıdır! Elə buna görə ədalətsizliyə, haqsızlığa vicdanım dözmür.
Jurnalist XALQın danışan dili olmalıdır...
Mənim fikrimcə, jurnalist həmişə haqqı dilə gətirməlidir, XALQın problemini qələmə almalıdır və mətbuatda işıqlandırmalıdır...
Məncə, çox doğru, çox düzgün düşünürəm.
Bu baxımdan şair-junalist kimi belə bir haqq yoldayam. Haqq yolumdan heç vaxt bir addım da dönmərəm. İnsan gərək təmiz-saf əqidənin sahibi olsun. Mən, jurnalist olaraq belə bir haqlı əqidəyə sahibəm. Bu, həm şair kimi, həm jurnalist kimi mənim amalımdı.
Məni dar ağacından assalar da şair-jurnalist kimi hər zaman haqq sözümü deyəcəyəm və haqqı-ədaləti yazacağam. Bir daha qeyd edirəm ki, söz adamı, qələm sahibi olaraq belə bir doğru, düzgün əqidənin sahibiyəm.
Neft-qaz ölkəsi AZƏRBAYCAN adlı milyonlar səltənəti olan məmləkətin ac-yalavac qalan, yavan çörəyə möhtac olmuş kasıbları, yoxsulları zibil qutularından hər gün dəmir toplayıb yığaraq qazandığı pula çörək alır, korrupsioner yüksək vəzifəli şəxsləri, məmurları isə bər-bəzəkli villalarda, təmtəraqlı, al-əlvan , göz oxşayan bəzəkli saraylarda ailə üzvlərilə, doğmalarıyla birgə lüks və komfortlu həyat yaşayıb xoşbəxt ömür sürürlər... Bu, necə haqq-ədalətdir axı?
Cənablar, deyin, haqq-ədalət belə olurmu? Xalqın səfalətdə yaşaması ədalətlidirmi?
Xalqa ədalətsizlik, haqsızlıq etmək olarmı?
Bu xoşagəlməz hal düzgündürmü sizcə?
Şair-jurnalist kimi mənə çox təəccüblüdür ki, korrupsioner məmurlar və korrupsiya içində üzən, XALQa məxsus olan təbii sərvətlərdən gələn milyonlarla, milyardlarla maliyyə vəsaitini talayan vəzifəli şəxslər o təmtəraqlı villalarında, o möhtəşəm Şah sarayına bənzər saraylarında balınca necə baş qoyub rahat yata bilirlər?
Cənab məmurlar, xahiş edirəm, şair-jurnalist kimi sizlərə ünvanladıgım bu ciddi sualları çox tez bir vaxtda cavablandırasınız...
Əgər bilmirsinizsə, nəzərinizə çatdırıram ki, zəngin neft ölkəsi olan Azərbaycan adlı məmləkətin vətəndaşları səfalət içində ac-yalavac yox, zənginlik içində xoşbəxt yaşamalıdır... Bu, birmənalı belə olmalıdır...
Axı özünüz də çox-çox yaxşı bilirsiniz ki, bu ölkənin sayız-hesabsız yeraltı-yerüstü tükənməz təbii sərvətləri var. Bəs hanı bu sərvətlərdən Azərbaycana gələn milyonlar, milyardlar? Görəsən kimlərin büdcəsinə, kimlərin cibinə dolur bu maliyə vəsaiti???
ZAVALLI XALQ...
Sözün bitdiyi andı.
P. S. Bu dünyadan heç nə aparmayacaqsız. Məmurlar, var-dövlətiniz, sərvətiniz inanın, bu dünyada qalacaq. Apara bilsəniz, 5 metr ağ kəfən apara bilərsiniz. Bunu qəti unutmayın.
XATİRƏ ƏZİZ Rəhimli
Şair-jurnalist