Bu il doğulan uşaqlar - Qızların sayı kəskin azalıb

2025-ci ilin yanvar-iyun ayları ərzində 46 437 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunub və ödəniş edilib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Müavinət ödənişləri 21 765 nəfər qız, 24 672 nəfər oğlan uşağına görə aparılıb.

Yekaterinburqda həbs edilən azərbaycanlılar apellyasiya şikayəti verdi

Yekaterinburqda 2001, 2010 və 2011-ci illərdə baş vermiş cinayət işləri üzrə təqsirləndirilən Ayaz Səfərov və Şahid Lalayev onların barəsində həbs qətimkan tədbiri seçilməsi qərarından apellyasiya şikayəti veriblər. Sozcu.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həmyerlilərimiz onlar barəsində birinci instansiya məhkəməsinin çıxardığı 22 günlük həbs qətiimkan tədbirinin ləğv olunması üçün apelyasiya şikayəti ediblər. Qeyd edək ki, Yekaterinburqun Leninski Rayon Məhkəməsi Ayaz, Akif, Məzahir, Kamal və Ba kir Səfərovlar, Əhliman Gənciyev, Şahid Lalayev və Əziz Abasovun barəsində həbs qətimkan tədbiri seçib. Akif Səfərov da həbs qərarından apellyasiya şikayəti verib. Səfərov və Lalayevlə bağlı vəkillərdən müraciətlər daxil olub. Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya FSB-si Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

ABŞ vətəndaşlarına çağırış etdi - İrana getməyin!

Yüksək terror riski, iğtişaşlar, qaçırılma və həbs olunma təhlükələri ilə əlaqədar olaraq ABŞ vətəndaşlarını İrana səfər etməməyə çağırır. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın İrandakı virtual səfirliyinin saytında bildirilib. Qeyd edilib ki, ABŞ vətəndaşları yeniliklərlə bağlı yerli medianı yaxından izləməli və İrandan təşkil olunan kommersiya uçuşları ilə bağlı məsləhətləşmə aparmalıdır. "İyul 2-dən etibarən İranın hava sahəsi qismən açılıb. Buna baxmayaraq, Tehran və digər şəhərlərdən kommersiya uçuşlarının fəaliyyətində fasilələr ola bilər. ABŞ vətəndaşları quru yolu ilə Azərbaycan, Ermənistan, Türkiyə və ya Türkmənistana keçə bilərlər”, - məlumatda deyilir.

Güclü külək əsir, yağış yağır - Faktiki hava

İyulun 3-ü saat 11:00-a olan faktiki hava açıqlanıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 3-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Düşən yağıntının miqdarı Balakəndə 33, Sarıbaşda (Qax) 14, Zaqatalada 11, Tovuzda 5, Ağstafa və Şəkidə 3, Ceyrançöl, Gədəbəy və Şahbuzda 2, Daşkəsən, Göygöl, Şəmkir, Kəlbəcər, Laçın, Qubadlı, Laza (Qusar) və Lerikdə 1 mm-dir. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 20, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Gəncədə 19 m/s-dək güclənir. Dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatır. Havanın maksimal temperaturu iyulun 2-də Bakıda və Abşeron yarımadasında 28, Naxçıvan MR-da, o cümlədən Aran rayonlarında 34, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti qeydə alınıb.

Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI

Bakıda 14-cü mərtəbədən yıxılan qız sağ qalıb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Bakı şəhər sakini, 17 ysşlı M.Z yaşadığı binanın 14-cü mərtəbəsindən yıxılıb. Kliniki Tibbi Mərkəzə yerləşdirilən yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə yol təmizləyən qadını avtobus vurdu - FOTO

Mingəçevirdə yolda təmizlik işləri aparan qadını avtobus vurub. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə az öncə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Oğuz-Mingəçevir marşurutu ilə hərəkət edən sərnişin avtobusu yolda təmizlik işləri aparan Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşı Mətanət Hacıyevanı vurub. Müxtəlif bədən xəsarətləri alan yaralı qadın təcili xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma başlanıb.

Əsgərlərimizi daşıyan maşın qəzaya DÜŞDÜ

Bu gün səhər saatlarında “N” saylı hərbi hissənin əsgərlərini daşıyan hərbi avtomobil qəzaya uğrayıb. Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə Daşkəsən rayonu istiqamətində qeydə alınıb. Xoşbəxtlikdən qəza nəticəsində həyatını itirən olmasa da, yüngül xəsarət alanlar var. Hadisənin hansı vəziyyətdə baş verdiyi məlum deyil. Pepperoni pizza Qeyd edək ki, məsələ ilə bağlı Müdafiə Nazirliyi rəsmi məlumat yaymayıb.

Bazar günü 41 mindən çox abituriyent imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 6-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Sozcu.az xəbər verir ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq. II ixtisas qrupu üzrə imtahanda 18013, III ixtisas qrupu üzrə imtahanda isə 23470 nəfər olmaqla, ümumilikdə 41483 abituriyentin iştirakı nəzərdə tutulur.

“Bu addımın müqabilində Rusiyanın internet təminatı məhdudlaşdırıla bilər”

“Azərbaycanın bir neçə magistral internet kanalı var. Rusiyadan asılı deyilik. Amma ümumi kompleks ələ alınsa, təbii ki, münaqişə, yaxud siyasi gərginlik fonunda, mütləq kiberhücumlar baş verir. Bu, zəmnəmizin müharibə üsullarından biridir. Amma xüsusi bir internet magistral kanalının zədələnməsi gözlənilmir”. Bu sözləri "Yeni Sabah"a Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov deyib. IT ekspertinin sözlərinə görə, bir neçə ay əvvəl Rusiya hakerləri Azərbaycan saytlarına kiberhücum etmişdi: Marqarita pizza “İsrail-İran toqquşmaları zamanı da kiber sahədə kifayət qədər qarşılıqlı, genişmiqyaslı hücumlar gördük. “Telegram” kanalları və digər mənbələrdə kifayət qədər insidentlər, hadisələr qeydə alındı. Bunu deməkdə məqsədim odur ki, bu gün istənilən 2 ölkə, yaxud qruplaşmalar arasında baş verən müharibələr zamanı mütləq kiberhücumlar baş verir. Buna bir neçə ay öncə Rusiyadan APT hücumları zamanı şahid olduq. Azərbaycanın aidiyyəti qurumlarının hazırladığı hesabatlarda Rusiyanın “APT29” ("Kozy Bear") haker qrupu ölkənin informasiya məkanında mövcud olan 10-dan çox sayta hücum etdiyi qeydə alınıb”.  Elvin Abbasov qeyd edib ki, Azərbaycan internet təminatında Rusiyadan asılı deyil: “Əgər Rusiyadan məkrli bir məqsəd olsa, bu sadəcə özünü gülünc vəziyyətə salma olacaq. Çünki Azərbaycan internet təminatında Rusiyadan asılı vəziyyətdə deyil. Onlar bağlasalar belə, alternativ internet magistrallarımız var. Əgər belə bir hal olsa, ümumi internet şəbəkəsinin əsas buraxılış hissəsi ABŞ-dədir. Bu addımın müqabilində Rusiyanın internet təminatı məhdudlaşdırıla bilər. Hazırda Rusiyaya qarşı nə qədər sanksiya olsa da, internet məhdudlaşdırılmır. Çünki internet artıq elə bir fəzaya çıxıb ki, bu fəzada istənilən bir şeyi məhdudlaşdırsan, yenə də azadlıq əldə oluna bilir. Rusiya sadəcə öz daxilində Azərbaycan IP-lərini məhdudlaşdıra bilər”.

Məktəbdən qovulmuş 2344 müəllim: “Hərəsi bir evə çörək gətirəndir”

Elm və Təhsil Nazirliyi təkrar sertifikasiyadan keçməyən 2300-dən çox müəlimin işdən qovulduğunu elan edib. Bu müəllimlərin hansı şəhər və rayonları əhatə etdiyi, yaşı, iş ştajı, əvvəlki sertifikasiya imtahanında iştirak edib-etməməsi və s. haqqında heç bir əlavə məlumat verilməyib. Bununla belə, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri “Yeni sabah”a “Əminlikə bildirirəm ki, imtahanda uğursuz olan, lakin uzunillik iş təcrübəsi olan müəllimlərin tədrisdən kənarlaşdırılması nəinki doğru, hətta çox gecikdirilmiş qərardır", - deyib. "Son 1 ildə bu qədər kədərli kəmiyyət və keyfiyyət göstəricilərini görəndə deyirəm ki, kaş sertifikasiya imtahanları 2021-ci ildə yox, 10 il bundan əvvəl başlayaydı. pizza hut Fərz edək ki, X adlı şəxs 4 il hər hansı bir ixtisas üzrə təhsil alır. 4 ilik təhsildən sonra  insan özünü inkişaf etdirməyi bacarmalıdır. O özünü inkişaf etdirməli, mütaliəsini artırmalı, müasir təhsil trendləri ilə ayaqlaşmalı idi, amma bunları etməyib. Testdə müəllimlərə verilən sualların hamısı ibtidai məzmunlu olub və sözügedən müəllimlər sualların 50 faizinə belə cavab verə bilməyiblər: Elə müəllim var ki, onun sertifikasiyadan keçməsi üçün bir 1 yox, 4 il hazırlıq vaxtı olur. Çünki hər fənn üzrə imtahan bölgüsü eyni vaxta təsadüf etmir. İbtidai sinif, Azərbaycan dili və Ədəbiyyat fənnlərinin imtahanları daha tez oldu. Coğrafiya, Biologiya kimi fənnlərim imtahanları isə daha gec keçirildi. Onlara verilən sualların da hamısı öz ixtisaslarına uyğun, ibtidai məzmunlu idi. Sertifikasiyada iştirak edib, uğur qazanan müəllimlərin 90 faizi bununla razılaşır. Nazirlik onlar üçün təkrar sertifikasiyada iştirak etmək üçün şans yaratdı. Narazıların 1 il hazırlaşmaq fürsətləri olsa da!. Bu nə biabırçılıqdır?! Bütün bunlardan sonra deyirik ki, müəllimlərin tədrisdən kənarlaşdırılması nə dərəcədə doğrudur? Onda mən də belə bir sual verirəm: narazı müəllimlərin yenidən sinif otağına daxil olması və sabahkı kadrlarımıza nə isə öyrətməsi nə dərəcədə doğrudur? Bu müəllimlərin sayəsində nələri itirmişik!” Elmin Nurinin sözlərinə görə, ixtisası üzrə elementar biliyi olmayan şəxslər də cəmiyyətin bir təbəqəsidir: "Hər biri bir evin söz sahibi və sosial rifahını təşkil edən, yəni çörək gətirən şəxsdir. Onlarla bağlı komissiya yaradılacaq. Həmin komissiya bu cür müəllimləri pedaqoji fəliyyətdən uzaqlaşdıracaq. Çalışacaqlar ki, həmin şəxsləri digər texniki və inzibati işlərə cəlb edilsinlər. Kargüzarlıq və s. işlərə güman ki özləri razı olmayacaqlar. Onlarla müqayisədə kitab üzü açmadan imtahanda 51 baldan yüksək nəticə göstərənlər 35% artım alan müəllimlər var”.   

Aşurada qanvermə aksiyası keçiriləcək məscidlər - Siyahı

İyulun 5-də Aşura günündə qanvermə aksiyası təşkil olunacaq məscidlərin adları açıqlanıb. QMİ-nin mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, qanvermə aksiyasının keçirilməsi nəzərdə tutulan məkanların siyahısı Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdirilib. Bakı şəhəri üzrə: 1. Yasamal rayonu "Təzə Pir" məscidi 2. Nəsimi rayonu "Əjdərbəy" məscidi 3. Səbail rayonu "Bibiheybət" məscid ziyaratgahı 4. Xəzər rayonu "Mir Mövsüm Ağa" ziyarətgah kompleksi 5. Nizami rayonu "Sahib-Əz-Zaman" məscidi 6. Nizami rayonu Keşlə qəsəbəsi "Şah Abbas" məscidi 7. Suraxanı rayonu "Qaraçuxur" məscidi 8. Binəqədi rayonu "İmam Əli" məscidi 9. Sabunçu r-n, Bakıxanov qəsəbə "İmam Rza" məscidi Regionlar üzrə: 10. Şuşa şəhər "Yuxarı Gövhər ağa" məscidi 11. Ağdam şəhər "Cümə" məscidi 12. Gəncə şəhər "İmamzadə" məscid ziyarətgah kompleksi 13. Lənkəran şəhəri, Mərkəzi Qan Bankının bölməsi 14. Mingəçevir şəhər "Heydər" məscidi 15. Sumqayıt şəhər "Cümə" məscidi 16. Şəki şəhər "İmam Əli" məscidi 17. Şirvan şəhər məscidi 18. Bərdə şəhər "İmamzadə" məscid ziyarətgahı 19. Quba şəhəri, Mərkəzi Qan Bankının bölməsi 20. Masallı şəhər "Cümə" məscidi 21. Masallı r-n, Boradigah qəsəbə xəstəxanası 22. Göyçay şəhər "Əbülfəzlil Abbas" məscidi 23. Xaçmaz Rayon Mərkəzi Xəstəxanası 24. Salyan şəhər Mərkəzi "Hacı Tağı" məscidi Naxçıvan Muxtar Respublikası: 25. Naxçıvan şəhər “Heydər” məscidi 26. Naxçıvan şəhər “Sarvanlar” məscidi 27. Naxçıvan şəhər “Pirqəmiş” məscidi 28. Babək rayon Mərkəzi Xəstəxanası 29. Babək rayon Qahab kənd tibb məntəqəsi 30. Babək rayon Cəhri kənd tibb məntəqəsi 31. Babək rayon Nehrəm kənd tibb məntəqəsi 32. Ordubad rayon Mərkəzi Xəstəxanası 33. Culfa rayon Mərkəzi Xəstəxanası 34. Culfa rayon Bənəniyar kənd tibb məntəqəsi 35. Şahbuz rayon Mərkəzi Xəstəxanası 36. Sədərək rayon Mərkəzi Xəstəxanası 37. Kəngərli rayon Mərkəzi Xəstəxanası 38. Şərur rayon Mərkəzi Xəstəxanası.

Başqasının mənzilində məskunlaşmış 664 köçkün çıxarılıb - RƏSMİ

Bu günədək işğaldan azad edilmiş ərazilərə başqa vətəndaşa məxsus mənzildə müvəqqəti məskunlaşmış 185 ailə (664 nəfər) köçürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi məlumat yayıb. Keçmiş məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər. 

Yekaterinburqda həbs olunan azərbaycanlılara ittiham irəli sürüldü

Yekaterinburqda sifarişli qətllər törətməkdə şübhəli bilinərək həbs edilən 6 nəfərdən 5-nə ittiham irəli sürülüb. Onlardan biri təqsirini etiraf və cinayət ortaqlarını ifşa edib. Sozcu.az interfax-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası İstintaq Komitəsinin (İK) rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib. Cinayətlərin törədilməsində rolundan və iştirak dərəcəsindən asılı olaraq, onlardan beşi artıq Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “g”, “z” bəndləri, Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 2-ci hissəsi ilə ittiham olunur. Marqarita pizza Petrenko qeyd edib ki, “təqsirləndirilən şəxslərdən biri ifadələri yerindəcə yoxlanılan zaman cinayətin baş vermə şəraiti ilə bağlı ətraflı ifadə verib və cinayət ortaqlarını ifşa edib”. Mətbuat katibinin sözlərinə görə, cinayət işi üzrə təqsirləndirilən şəxslər arasında Rusiya vətəndaşları Məzahir Səfərov, Akif Səfərov, Ayaz Səfərov, Əhliman Gənciyev, Şahin Lalayev və Bəkir Səfərov var. Məhkəmə istintaqın tələbi ilə onları həbs edib: “İstintaqın məlumatına görə, cinayətkar qruplaşmanın tərkibində olan təqsirləndirilən şəxslərin 2001-ci ildə bıçaq xəsarətlərindən dünyasını dəyişən Y.Paşayevin qətlində, 2010-cu ildə F.Şirinovu öldürməyə cəhddə və 2011-ci ildə Azərbaycan vətəndaşı İ.Hacıyevin qətlində əli olublar”. İstintaq Komitəsinin nümayəndəsi bildirib ki, motiv biznesdə təsir sferalarının bölünməsi, eləcə də şəxsi intiqam olub.

Ermənistan rus dondurmalarına qadağa qoydu

Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoyub. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, bu gündən "Plombir" dondurmalarının idxalına müvəqqəti qadağa tətbiq edilib: Sezar pizza “Sözügedən dondurma partiyası koliform bakteriyaların səviyyəsinə görə Gömrük İttifaqının texniki reqlamentləri ilə müəyyən edilmiş standartlara cavab vermirdi”./Axar.az

AZAL təyyarəsi ilə bağlı Rusiyadan gözlənti… - XİN

Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiyanın hava məkanında vurulmasından sonra zəruri müvafiq tədbirlərin görülməməsinin və real vəziyyətin təhrif edilməsi cəhdləri, eləcə də Rusiya mediasında bir sıra rəsmi şəxslər və media nümayəndələri vasitəsilə ölkəmizə qarşı dezinformasiya kampaniyasının aparılması qəbuledilməzdir. Sozcu.az xəbər verir ki, bu barədə bu gün Azərbaycan XİN-ə çağırılan Rusiya səfirinin diqqətinə çatdırılıb. Ölkəmizin bu fəlakətlə bağlı Rusiya tərəfindən tam və şəffaf araşdırma aparılmasını, təqsirkarların müəyyənləşdirilərək, məsuliyyətə cəlb olunmasını, zərərçəkənlərə kompensasiya ödənilməsini gözlədiyi, bu addımların ikitərəfli münasibətlərdəki mənfi əhval-ruhiyyənin aradan qaldırılması üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Moskvada partlayış: ən azı iki avtomobil yandı

Rusiyanın paytaxtı Moskvada partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumt yayılıb. Partlayış nəticəsində ən azı 2 avtomobil yanıb. Hadisə barədə təfərrüatlı məlumat verilməyib.

Karapetyanın şirkətində axtarış aparılır

Ermənistanda təhlükəsizlik qüvvələri həbs olunan iş adamı Samvel Karapetyanın "Taşir" şirkətinin mərkəzi ofisində axtarış aparmağa başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə TASS müxalif deputat Vardanyana istinadən məlumat yayıb. Qeyd edək ki, Ermənistan polisi “Taşir” Şirkətlər Qrupunun rəhbəri, rusiyalı biznesmen Samvel Karapetyanın evində axtarışlara başlayıb. Hər şey iş adamı Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxdıqdan sonra başlayıb. Məhkəmə Samvel Karapetyanın barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Azərbaycanda qohumlar arasında DƏHŞƏT - Kürəkəninin burnunu kəsdi

Ağcabədi rayonunda qayınata kürəkəninə xəsarət yetirib. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin T.İsmayılov küçəsində baş verib. Şəhər sakini Məqsəd Tahirovun (ad və soyad şərtidir) qızının ailəsində problem yaranıb və onlar ayrılmaq üçün məhkəməyə müraciət ediblər. Boşanma ərəfəsində olan cütlük arasında mübahisə davam edib və Məqsəd Tahirov qızını öz evinə gətirib. Gözəllik salonunda işləyən qızı atasına zəng edərək həyat yoldaşının onun iş yerinə gəldiyini və təhqir etdiyini bildirib. Hadisədən əsəbiləşən M.Tahirov gözəllik salonunun qarşısına gəlsə də, kürəkəni hadisə yerində olmayıb. O, kürəkəninin arxasınca gedib və onu yaxınlıqdakı mağazanın qarşısında yaxalayıb. M.Tahirov əlindəki bıçaqla kürəkəninin baş və burun nahiyəsinə xəsarətlər yetirib. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə M.Tahirova 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron qolbaq tətbiq edilib.

Rus mediasından Bakıya qarşı növbəti şantaj

Rusiyanın təbliğat aparatı Azərbaycana qarşı təzyiq vasitələri sırasında iqtisadi amili əsas kimi istifadə etməyə və bu istiqaməti dərinləşdirməyə çalışırlar. Sozcu.az xəbər verir ki, “Vedomosti” bu mövzuya ayrıca araşdırma həsr edib. Nəşr ekspertlərə istinadla yazır ki, son zamanlar Rusiya-Azərbaycan arasında siyasi münasibətlərin kəskinləşməsi ölkələr arasında iqtisadi əlaqələrin qırılmasına şərait yaradır: “Bundan ən çox zərəri isə gözlənildiyi kimi Bakı görəcək. İqtisadiyyatda Rusiya-Azərbaycan arasında qarşılıqlı əlaqənin əsas məqamları enerji və kənd təsərrüfatı məhsullarının ticarətidir. O cümlədən, Bakı daxili istehlak üçün Rusiyadan daha ucuz neft alır. O özünün bahalısını ixrac edir, yaxşı gəlir əldə edir. Bundan əlavə, Azərbaycan meyvə-tərəvəzləri Rusiyaya ixrac edilir, xüsusilə Rusiyada Azərbaycandan gələn pomidorlar çoxdur. Ticarət dayanarsa, kənd təsərrüfatı sektoru çətinliklərlə üzləşəcək və yeni alıcılar axtarmalı, logistika zəncirlərini yenidən qurmalı olacaq. Eyni zamanda, Azərbaycanın Rusiyanın ümumi ticarət dövriyyəsindəki payı bir faizdən də azdır. Deməli, Bakı ilə ticarət əlaqələrində mümkün fasilə Moskva üçün kritik əhəmiyyət kəsb etməyəcək. Lakin Azərbaycanın əlverişli satış bazarı olduğu Rusiyanın cənub bölgələrində çətinliklər yarana bilər. Son beş ayda Rusiya ilə Azərbaycan arasında ticarət artıb, ölkəmizdən gələn tədarükün əsas hissəsini yanacaq, metallar və zərgərlik məmulatları təşkil edib”. Qeyd edək ki, Azərbaycana “pomidorla” təzyiq etmək təşəbbüsünün müəlliflərindən biri də Vladimir Solovyovdur. Əslində, Rusiyada Azərbaycanın kənd təsərrüfatı məhsullarına qadağa ölkəmizin yeni logistika imkanlarını genişləndirməyə təşviq etməklə bərabər, Avropa bazarlarına məcburi çıxış səbəbi ola bilər. Avropa bazarları isə təbii ki, Rusiya ilə müqayisəolunmaz dərəcədə böyükdür. Digər tərəfdən, Rusiya və Azərbaycan arasında ticarətdə müsbət saldo Rusiyadadır. Yəni 2025-ci ilin ilk 5 ayında Azərbaycan Rusiyaya 445 mln. dollarlıq mal satıb, Rusiyadan isə 1,7 mlrd. dollarlıq mal alıb. Başqa sözlə, cəmi 5 ayda Rusiyaya 1,2 milyard dollardan çox xeyir vermişik. Ticarət əlaqəsi qırılsa, onsuz da sanksiyalar altında olan Rusiyanın itkisi daha çox olacaq.axar)

Ali təhsil müəssisələrində rus dilində tədris dayandırılır

2025-2026-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində rus dilində tədris mərhələli şəkildə dayandırılacaq. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bütün ixtisaslar üzrə tədris yalnız Azərbaycan və ingilis dillərində aparılacaq. Məlumata görə, hazırda rus sektorunda təhsil alan tələbələr avqustun 20-dək Azərbaycan dili üzrə dil imtahanı verməlidirlər. Qeyd olunur ki, bu proses milli kimliyin möhkəmləndirilməsi və beynəlxalq təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi məqsədilə həyata keçiriləcək.

Hüseyn və Ziyəddin Səfərov qardaşlarının ölüm SƏBƏBİ

Hüseyn və Ziyəddin Səfərov qardaşlarının ölümü ilə bağlı müxtəlif xəstəliklər göstərilsə də, hər iki şəxsin dəfn edilməsi üçün Azərbaycana gətirilmiş nəşləri Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən müayinə aparılması üçün ekspertizaya təqdim olunub. Peşəkar həkim tibbi-ekspertlərinin, prokurorluğun vəzifəli şəxslərinin iştirakı ilə meyitlər müayinə edilib. Sozcu.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Pərviz Cəlilov Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin Rusiya Federasiyasında işgəncəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı Baş Prokurorluqda keçirilən brifinqdə deyib. O qeyd edib ki, artıq bununla bağlı Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov tərəfindən ekspertizanın nəticələri açıqlanıb: "Hər iki şəxsin meyitinin daxili və xarici müayinəsi zamanı çoxsaylı xəsarətlər, sümüklərin yerdəyişmiş sınıqları, daxili orqanların zədələnməsi halları aşkar edilib. Bu da həmin şəxslərin saxlanılma və daşınması zamanı geniş şəkildə fiziki zorakılığa məruz qaldığını bir daha təsdiq edir. Ekspertizanın rəyinə əsasən, Səfərov qardaşlarının hər biri postravmatik və posthemorrogik şokdan vəfat ediblər ki, bu da çoxsaylı fiziki xəsarətlər nəticəsində baş verib”.

“Sputnik”də saxlanılan şəxslərlə bağlı məhkəməyə təqdimat verildi

"Sputnik Azərbaycan"da əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousovun məhkəmələri keçiriləcək. Sozcu.az report-a istinadla xəbər verir ki, sözügedən təqdimata Xətai Rayon Məhkəməsində baxılacaq. Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. pizza sifarişi O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər. Ancaq buna baxmayaraq, "Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub. Məlumata görə, "Sputnik Azərbaycan"da əməliyyat nəticəsində binadan çıxarılan şəxslər direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousovdur.

Prezident iki fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 212-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqan barədə təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 212-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 2. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610 (Cild I); 2024, № 1, maddələr 24, 33, № 4, maddə 387, № 8, maddə 945; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 aprel tarixli 373 nömrəli Fərmanı) 3-cü hissəsinin ikinci abzasında “139–144” rəqəmləri “139–141, 142 (cinayət işi Azərbaycan Respublikasının daxili işlər (polis) orqanları tərəfindən başlandıqda), 143-144” sözləri ilə əvəz edilsin. *** Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28 (Cild I); 2024, № 5 (I kitab), maddə 526, № 7, maddə 805; 2025, № 2, maddə 124) 3.23-1-ci bəndi aşağıdakı redaksiyada verilsin: “3.23-1. həmin Qanunun 29-1-ci maddəsində nəzərdə tutulmuş qurum mərkəzi icra hakimiyyəti orqanlarında, onların yanında yaradılan dövlət agentliklərində və dövlət xidmətlərində, habelə mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlarda dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə – həmin mərkəzi icra hakimiyyəti orqanlarında yaradılmış apellyasiya şuralarıdır;”. 2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323 (Cild I); 2024, № 1, maddə 31, № 3, maddə 257, № 5 (I kitab), maddələr 516, 518, № 9, maddə 999, № 12 (II kitab), maddə 1378; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 aprel tarixli 374 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.16-2-ci və 9.35-2-ci bəndləri aşağıdakı redaksiyada verilsin: “8.16-2. ilk dəfə hakim təyin olunmuş şəxslərin təliminin həyata keçirilməsini təmin edir;”; “9.35-2. ilk dəfə hakim təyin olunmuş şəxslərin təliminin həyata keçirilməsini təmin etmək;”. 3. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1223 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 1.7.5-ci yarımbəndi ləğv edilsin. 4. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 noyabr tarixli 24 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 979 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin: 4.1. 2-ci bənddə “hakim vəzifəsinə namizədlərin və hakimlərin” sözləri “hakimlərin təliminə və” sözləri ilə əvəz edilsin; 4.2. III hissə üzrə: 4.2.1.13.1-2-ci yarımbənddə “hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin, habelə” sözləri “ilk dəfə hakim təyin olunmuş şəxslərin təliminin və” sözləri ilə əvəz edilsin; 4.2.2.14.1-1-ci yarımbənddən “, hakim vəzifəsinə namizədlərin” sözləri çıxarılsın; 4.3. V-I hissə üzrə: 4.3.1. adında “Hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisi” sözləri “İlk dəfə hakim təyin olunmuş şəxslərin təlimi” sözləri ilə əvəz edilsin; 4.3.2.19-1-ci bənd üzrə: 4.3.2.1. birinci cümlədə “hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisi” sözləri “ilk dəfə hakim təyin olunmuş şəxslərin təlimi” sözləri ilə əvəz edilsin; 4.3.2.2. ikinci cümlədə “Tədris” sözü “Təlim və tədris” sözləri ilə əvəz edilsin; 4.3.3. 19-2-ci bənd aşağıdakı redaksiyada verilsin: “19-2. İlk dəfə hakim təyin olunmuş şəxslər təyin edildikdən dərhal sonra peşə hazırlığı məqsədilə Akademiyada Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş qaydada təlimə cəlb edilirlər.”; 4.3.4. 19-3-cü bənd ləğv edilsin; 4.3.5. 19-4-cü bənddə “Hakim vəzifəsinə namizədlər üçün təhsil” sözləri “İlk dəfə hakim təyin olunmuş şəxslər üçün təlim” sözləri ilə əvəz edilsin; 4.4. 20-ci bənddə “ilkin uzunmüddətli tədris” sözləri “tədris, təlim” sözləri ilə əvəz edilsin. 5. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 226 (Cild I) ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 1.6-cı bəndi ləğv edilsin. 6. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1217 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 3.6-cı bəndinin birinci abzasından “və hakimliyə namizədlərin” sözləri çıxarılsın.

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

Redaksiyamıza 2024-cü il dekabrın 25-də Qroznıya yaxınlaşarkən vurulan AZAL Embraer E190 təyyarəsi ilə bağlı sensasion materialların yer aldığı anonim məktub daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə “Minval.az” saytı məlumat yayıb. Məktubda Rusiya Müdafiə Nazirliyinin göstərişi ilə atəş açıldığını iddia edən hava hücumundan müdafiə kapitanının izahat yazısı, o cümlədən video, audio yazılar, texnikanın bərbad vəziyyətdə olması ilə bağlı təfərrüatlar var. “Mənə verilən suallarla bağlı mən kapitan Dmitri Sergeyeviç Paladiçuk belə izah edə bilərəm: Mən 274 saylı BM-nin komandiriyəm, hesablama rəisiyəm, 24.12.24-dən 25.12.24-dək Qroznı şəhərini əhatə etmək üçün döyüş növbətçiliyində olmuşam. 25.12.24-də saat 05:40-da 1 saylı hazırlıq səviyyəsinə keçmək barədə əmr daxil olub. 05:48-də mobil rabitə vasitəsilə 1-ci hazırlıq səviyyəsinə keçid haqqında məlumat verdim. Vəzifədəki mobil əlaqə qeyri-sabit idi və mənim başqa sabit rabitə vasitələrim yox idi. Fiber optik kabellər quraşdırılıb, lakin terminala qoşulmayıb və rəqəmsal yığım telefonu yox idi. Saat 08:11-də hədəf aşkarlama stansiyası potensial hədəfi aşkar etdi və mən MRLS tərəfindən dəqiq izləmə apardım, bu barədə 51-ci Diviziya Komanda Məntəqəsinə məlumat verdim. Saat 08:13-də yenilənmiş koordinatları bildirdim: α = 338 dərəcə, D = 7000 m, H = 490 m, V = 118 m/s, 230 dərəcə istiqamət. Hədəfi məhv etmək üçün mənə telefonla əmr verildi. Komanda məntəqəsinə bildirilən çox qalın duman səbəbindən hədəf optikadan görünmürdü. Saat 08:13:30-da operatora vurmaq əmrini verdim. Saat 08:13:33-də raket buraxılış meydançasını tərk etdi. Saat 08:13:47-də BM-72V6 mərkəzi idarəetmə sistemi hədəfin əldən çıxdığı barədə məlumat verdi. Saat 08:13:48-də yenidən atəş açmaq əmrini verdim. Radar məlumatlarına görə, ilk raket hədəf aşağıdakı koordinatlara malik olduqda ayrılıb: α = 319 dərəcə, D = 7300 m, H = 697 m, V = 80 m/s. İkinci raket hədəf aşağıdakı xüsusiyyətlərə malik olduqda buraxıldı: α = 311 dərəcə, D = 8000 m, H = 1300 m, V = 120 m/s.”, - izahat mətnində bildirilib. Redaksiya qeyd edir ki, bu izahatın kapitanın imzası ilə təsdiqlənməsinə baxmayaraq, onun həqiqiliyini təsdiq etməyi öhdəliyinə götürmür: “Amma məzmununu təsdiqləyən üç səsli mesajın səs yazısını real adlandırmaq olar. Biz danışıqların tam stenoqramını açıq şəkildə təqdim edə bilmərik, onların hələ də istintaq orqanları tərəfindən öyrənilməsinə ehtiyac var. Lakin qeyd edirik ki, hər üç səs əməliyyat əmrini verdiklərini, iki dəfə atəş açdıqlarını və raket parçaları uçarkən təyyarəyə dəydiyini iddia edirdilər. Təbii ki, bu məlumatlar diqqətlə təhlil tələb edir və müvafiq strukturlar bu fürsəti əldən verməyəcəklər”.