Bu xəstəxanaya baş həkim əvəzi təyin edildi - Bir ayda ikinci dəfə

Səhiyyə Nazirliyinin nəzdində Gəncə Şəhər Psixiatriya Xəstəxanasına yeni baş həkim əvəzi təyin edilib. Sozcu.az Qaynarinfo-ya istinadla xəbər verir ki, müvafiq əmrlə həkim-psixiatr Sultanə Salmanova sözügedən vəzifəyə gətirilib. Qeyd edək ki, səhiyyə naziri Teymur Musayev bir ay əvvəl bu vəzifəyə Yaqut İlyasova Hidayət qızını təyin etmişdi. Naməlum səbəblərdən Yaqut İlyasova vəzifəsindən azad edilib. Sosial şəbəkələrdə Yaqut İlyasovanın qazilərə hörmətsizlik etməsi ilə bağlı iddialar yayılmışdı.

“Xəzər asayişi” Alyansının təməlləri atılır

İsrailin xarici işlər naziri Gideon Saarın Azərbaycana və Qazaxıstana səfəri Yerusəlim-Bakı, Yerusəlim-Astana münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunun göstəricidir. İsrail və Azərbaycan arasında münasibətlərin “strateji tərəfdaşlıq” mərhələsinə daxil olması, Qazaxıstanın Abraham sazişiniə qoşulması ABŞ, Azərbaycan və İsrail arasında şərti olaraq “Xəzər asayişi” Alyansı adlandırdığım hərbi-siyasi ittifaqın çox yaxın gələcəkdə gerçəkləşəcəyini söyləməyə imkan verir. Hətta Gideon Saarın Azərbaycana və Qazaxıstana səfəri zamanı əldə olunan razılaşmalarla bu ittifaqın təməllərinin atıldığını söyləmək mümkündür.  ABŞ, Azərbaycan və İsrail arasında “Xəzər asayişi” Alyansı hərbi-siyasi ittifaqın yaradılması ideyası ilə çıxış edərkən Mərkəzi Asiya dövlətlərinin, ilk növbədə Qazaxıstanın bu Alyansa qoşula biləcəyini qeyd etmişdim. Ancaq belə görünür ki, Qazaxıstan ilk gündən bu Alyansın üzvü ola, üçlü deyil, dördlü regional hərbi-siyasi ittifaq yarana bilər. ABŞ vitse-prezidenti  Ceyms Di Vensin fevral ayında Azərbaycana səfəri “Xəzər asayişi” Alyansının formalaşması prosesini daha gücləndirəcək. Venslə eyni vaxtda İsrail prezidenti və ya Baş naziri Bakıya səfər edərsə, “Xəzər asayişi” Alyansı bir neçə gündən sonra təsis edilə bilər.  Cəmi bir neçə ay əvvəl çoxlarına xəyal kimi görünən “Xəzər asayişi” Alyansı üçlü ittifaqı artıq gerçəkləşmə mərhələsinə daxil olub və prosesin geri dönüşü yoxdur.  “Xəzər Asayişi” Alyansının yaranması Xəzər hövzəsində son 200 ildə formalaşmış və Rusiyanın ağalığını təmin edən siyasi düzəni dağıdacaq. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın faciələrinin səbəbi məhz bu siyasi düzənin dağıdacaq yeganə formul budur.  Rusiyanın ağalığını təmin edən siyasi düzəninin dağılması Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın və Türkmənistanın suverinliyini gücləndirməklə yanaşı bu ölkələrin təhlükəsizliyinin təminatına çevriləcək. “Xəzər Asayişi” Alyansının yaranması Azərbaycanın, Qazaxıstanın, Qırğızıstan, Özbəkistan və Türkmənistan qlobal iqtisadiyyata inteqrasiyasına güclü təkan təkan verərək bu ölkələrin xalqlarının rifahının yüksəlməsinə də ciddi təsir edəcək. Bu proses eyni zamanda Güney Azərbaycanın və İrandakı digər türk bölgələrinin, yaxın gələcəkdə isə Rusiya əsarətindəki türk xalqlarının həyati əhəmiyyətli maraqlarının hüquqlarının qorunmasında da böyük rol oynayacaq.  Gideon Saarın Azərbaycana və Qazaxıstana səfəri hər iki ölkə ilə yanaşı bölgədəki Türk dövlətlərinin və xalqlarının həyati əhəmiyyətli maraqlarının təmin edilməsinə xidmət edən hadisə olsa da, Türkiyədə böyük narazılıqla qarşılanıb. Siyasi islamçıların əsas yayım orqanlarından olan “Yeni Agit” qəzeti Azərbaycan prezidentini sərt tənqid edib. Xarici İşlər naziri Hakan Fidana yaxınlığı ilə tanınan jurnalist Adnan Zentürk bir qədər də irəli gedərək Azərbaycanı və Qazaxıstanı təhdid edərək, Türkiyənin tədbir görəcəyini bəyan edib. Azərbaycanı və Qazaxıstanı tənqid, təhdid edənlərin yeganə “dəlili” ondan ibarətdir ki, Bakı və Astana Qəzzanı özlərinin maraqlarına qurban verirlər. Elə bir gün olmur ki, Rusiyadan Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın və Türkmənistanın ünvanına təhdid səslənməsin. Ən son olaraq müasir raşizmin ideoloqlarından biri olan Aleksandr Duqin  Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Türkmənistanın və digər postsovet respublikalarının müstəqilliyinin Rusiya üçün qəbuledilməz olduğunu bəyan edib. Bütün bu təhdidlərə bir dəfə olsun cavab verməyənlərin Azərbaycan və Qazaxıstanı tənqid etməyə mənəvi haqqları yoxdur.  Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan özlərinin həyati əhəmiyyətli maraqlarını Qəzzaya, ərəblərə qurban verməyə istəmək ümumiyyətlə sağlam ağılın məhsulu ola bilməz. Xəqani Cəfərli, politoloq

Mina qurbanlarının sayı açıqlandı

2025-ci ildə mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 33 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair kollegiya iclasında məlumat verilib. Bildirilib ki, 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 417 şəxs bu hadisələrin qurbanı olub, onlardan 71 nəfəri həlak olub, 346 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Mirzoyan sülh müqaviləsindən danışdı: yaxın aylarda...

“Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında yaxın aylarda sülh müqaviləsi imzalanacaq”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 28 yanvarda Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) çıxışı zamanı bildirib. "Sülhün komponentlərinə kommunikasiyaların açılması və tranzitdə qarşılıqlı yardımın göstərilməsi daxildir", - deyə Mirzoyan bildirib. O əlavə edib ki, TRIPP (Zəngəzur dəhlizi) Cənubi Qafqaz regionunda "sülh və əməkdaşlıq üçün semantik amilə" çevriləcək.

Azərbaycanda 82 milyon 400 min manat əmlakın üzərinə həbs qoyulub - RƏSMİ

Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə ötən il 94 milyon 817 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 32 milyon 635 min manat hissəsinin ödənilməsinə nail olunub, 82 milyon 400 min manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub. Sozcu.az xəbər verir ki, bu barədə yanvarın 28-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2025-ci ildə qanunla prokurorluq orqanlarının səlahiyyətinə aid bütün fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında məlumat verilib. Bildirilib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 5 milyon 172 min manat pul vəsaiti ödənilməklə, həmin məbləğin 4 milyon 855 min manatı prokurorluq orqanlarında istintaqı aparılmış işlər olub.

Bakıya intensiv yağış yağacaq - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında yanvarın 29-u günün birinci yarısında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə yağıntının intensiv olacağı ehtimalı var.

İran Əfqanıstandakı proksi qüvvələrini meydana çıxarır

ABŞ-ın İrana hücum ehtimalının artması ilə eyni vaxtda Tehran hökuməti bölgədəki proksi qüvvələrinin dəstəyindən arxayın olmağa və onları yenidən meydana çıxarmağa çalışır. Sozcu.az xəbər verir ki, bununla bağlı ötən gün İranın Əfqanıstanın Məzari Şərif şəhərindəki baş konsulluğunda tədbir keçirilib. Tədbirdə ölkənin şiə din xadimləri və İrana bağlı qrupların rəhbərləri iştirak edib. Onlar İrana qarşı hər hansı hücumda Əli Xameneini dəstəkləyəcəklərini bildiriblər. İranın Əfqanıstandakı baş konsulu Əlirza Əhmədi dəstəyə görə əfqanıstanlı şiə alimlərinə minnətdarlığını bildirib. Qeyd edək ki, əfqanıstanlı şiələrdən ibarət SEPAH-a bağlı "Fatimiyyun" silahlı qruplaşmasının İranda etirazçılara qarşı repressiyalarda iştirak etdiyi barədə məlumatlar yayılıb.

Tramp İranı hədələdi: Vaxt bitir, növbəti hücum daha pis olacaq

Nəhəng bir armada İrana doğru gedir. O, böyük güc, həvəs və məqsədlə hərəkət edir. Bu, Venesuelaya göndərilən böyük təyyarədaşıyan gəmidən daha böyük bir donanmadır. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb. “Venesueladakı kimi, o da öz missiyasını lazım gələrsə, sürətlə və zorakılıqla yerinə yetirməyə hazırdır, istəklidir və qadirdir. Ümid edirəm ki, İran tez bir zamanda masa arxasına keçəcək və ədalətli, bərabər bir razılaşma - nüvə silahlarına yox - bütün tərəflər üçün yaxşı olan bir razılaşma əldə edəcək. Vaxt bitir. Bu, həqiqətən də vacibdir! İrana demişdim ki, razılaşma bağlasın! Onlar bunu etmədilər və İranın böyük bir məhvinə səbəb olan "Gecəyarısı Çəkic" əməliyyatı baş verdi. Növbəti hücum daha pis olacaq! Bunu bir daha təkrarlamayın”, - o qeyd edib.

Kanada özünü məhv edir - Tramp

ABŞ Prezidenti Donald Tramp Kanadanın Çinlə əməkdaşlığını sərt tənqid edərək bunun ölkə üçün ağır nəticələrə gətirib çıxaracağını bildirib. Sozcu.az xəbər verir ki, Donald Tramp "Truth Social" sosial şəbəkəsində Kanadanın Çin Xalq Respublikası ilə yaxınlaşmasının özünə zərər vurduğunu qeyd edib. “Kanada sistemli şəkildə özünü məhv edir. Çinlə saziş onlar üçün fəlakətdir”, - ABŞ prezidenti yazıb. Trampın sözlərinə görə, Ottavanın Pekinlə bağlayacağı mümkün razılaşma Kanada tarixində ən uğursuz ticarət sazişlərindən biri ola bilər.

Tahir Əmiraslanova qadağa qoyuldu - Kulinardan ETİRAZ

“Təsadüfən öyrəndim ki, bir TV kanalında mənım çıxışlarıma qadağa qoyulub. Adını çəkmirəm oradakı jurnalistlərə hörmətim var”. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov bildirib. “Bütün TV-lərə, ümumiyyətlə jurnalistlərə həmişə hörmətlə yanaşmışam. Amma hansısa TV kanala və ya jurnalistə heç vaxt “gəlin məndən müsahibə alın” dediyim olmayıb. Öz tamaşaçısına və ya oxucusuna mənim sənətimdən nəsə demək istəyən olkəmizdəki yaxud xaricdəki TV, mətbu orqanı, jurnalist özləri təşəbbüs göstərib müsahibə istəyiblər, mən də çalışmışam “yox” deməyim... Mətbəximizin tanınmasında, millətimizin mariflənməsində bu müsahibələrin böyük rolu olub. Hər dəfə jurnalistlər müsahibənin nə qədər rezonans yaratdığını deyib, yeni müsahibə istəyiblər”, - T.Əmiraslanov deyib. O, adını çəkmədiyi TV-nin rəhbərliyinə də səslənib: “Siz mənı kiminləsə səhv salmısınız! Siz mənı yox, öz tamaşaçınızı, öz oxucunuzu cəzalandırmısınız. O da bunu cavabsız qoymayacaq. TV-nin pultunu başqa kanala çevirəcək... Mən fikrimi özüm istəyəndə sosial şəbəkələrdən, yaxud digər TV-lərdən çatdırmağı da bacarıram... Amma başa düşmürəm bunu hansı ağılla və niyə edirsiniz? Mənı işdən çıxaranda da səbəbini başa düşmədim. Məni çıxarandan sonra, 3 ildə yerimə dördüncü direktor qoymusunuz. Nəticəsi? Kim itirdi bundan? Mən, yoxsa xalqımız, dövlətimiz? Kim qazandı? Yalnız qonşular. İndi kim itirir? Kəndimizdə belə hallarda deyərdilər “Başına at təpib?” …Hərdən bir qərar verəndə papağınızı önünüzə qoyub fikirləşin! Əgər papağınız varsa! Bir də imkan olanda, məni düşmən görmənızin heç olmazsa səbəbini bildirin! Lütfən!”

İsrail Hizbullaha yenidən zərbələr endirdi

İsrail hərbi qüvvələri Livanın müxtəlif rayonlarında Hizbullah mövqelərinə yenidən zərbələr endiriblər. Sozcu.az xəbər verir ki, İsrail ordusunun (ÇAXAL) mətbuat xidmətinin məlumatında deyilir. "Hizbullahın atəşkəs razılaşmasını dəfələrlə pozmasına cavab olaraq, İsrail Müdafiə Qüvvələri Livanın bir neçə ərazisində Hizbullah terrorçularının hədəflərinə zərbələr endirib", - deyə bildirilib.

İran ABŞ-ı təhdid etdi: Əsgərlər ailələri ilə vidalaşsın!

ABŞ əsgərləri prezident Donald Trampın əmrlərini icra edərək, İrana qarşı daha bir təcavüz aktı törədərsə, ailələri ilə vidalaşmaq üçün tələsməlidirlər. Sozcu.az xəbər verir ki, bunu İran Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi X səhifəsində yazıb. "ABŞ dəli prezidentin hesablamalarına əməl edərək səhv edibsə, deməli, bölgədəki əsgərləri artıq ailələri ilə vidalaşmaq üçün vaxt qazanmalıdırlar”- deyə o bildirib.

Kiyevin məxfi planı: Xəzərdən buraxılan raketlər məhv ediləcək!

Hazırda Kiyevin Ukraynanın enerji infrastrukturunu mütəmadi olaraq bombardman edən, Saratov vilayətindən və ya Xəzər dənizindən raketlər atan Rusiyanın strateji raketdaşıyıcılarını havada məhv etmək imkanı yoxdur. Ancaq mümkündür ki, bununla bağlı iş tam məxfilik şəraitində aparılır. Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert İvan Kiriçevski deyib. O qeyd edib ki, hərb tarixində əslində Sovet "Tu-95" bombardmançılarını xüsusilə uzaq məsafədən ələ keçirmək üçün vasitə var idi: "Söhbət 1959-1972-ci illərdə ABŞ və Kanada ordularında xidmətdə olan və bir versiyada 800 kilometrə qədər məsafə qət edən super güclü CIM-10 "Bomarc" zenit raketlərindən gedir. Onun nüvə başlığı var idi, çünki dövrün texnologiyası belə məsafədə təyyarəyə dəqiq zərbə vurmağı təmin edə bilmirdi. Sərbəst düşən atom bombaları dövrü başa çatdıqda və Sovet İttifaqı ABŞ-ı vurmaq üçün bombardmançı tələb etməyən nüvə raketlərinə keçdikdə amerikalılar bu raketdən imtina etdilər".

Samuxda qəza - Ölən və yaralananlar var

Samux rayonunda mikroavtobus idarəetmədən çıxaraq aşıb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Köbər kənd ərazisində qeydə alınıb. Qəza nəticəsində 2000-ci il təvəllüdlü Əsgərov Vüqar İlqar oğlunun öldüyü, daha bir neçə nəfərin xəsarət aldığı bildirilir. Mikroavtobusun fəhlələri daşıdığı qeyd olunur. Faktla bağlı araşdırma aparılır.

Kupyansk tamamilə azad olunub, ruslar məhv edilir

Xarkov vilayətinin Kupyansk şəhəri tamamilə azad edilib. Hazırda orada yalnız mühasirəyə alınmış rus işğalçılarının yerləşdiyi bir neçə kiçik qrupu qalıb. Sozcu.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert İvan Timoçko məlumat verib. “İşğalçıların niyə hələ də ayrı-ayrı kiçik qrupları qalır? Çünki onları Ukraynanın Müdafiə Qüvvələri üçün minimum itkilərlə məhv etmək lazımdır. Məhvetmə prosesi mərhələli şəkildə aparılır. Həmişə düşməni elə bir səviyyəyədək zəiflətmək daha məqsədəuyğundur ki, o, müqavimət göstərmək imkanını itirsin. Bundan sonra onun tam məhv edilməsi həyata keçirilir, lakin bu proses həmişə vaxt tələb edir”, – deyə ekspert bildirib. Timoçko vurğulayıb ki, ruslar ümid etdikləri nəticələrə nail ola bilməyiblər. Onun sözlərinə görə, hazırda Ukrayna hərbçiləri işğalçıları blokadada saxlayır və onların mühasirədən çıxmasına imkan vermirlər.

Tramp Avropanı hədələdi, Çin hərəkətə keçdi - "Bild"

ABŞ-Avropa münasibətlərinin açıq şəkildə pisləşməsi fonunda Çin yaranmış fürsətdən yararlanmağa və Avropaya əməkdaşlıq təklif etməyə tələsir. Sozcu.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb. Nəşr qeyd edir ki, bu həftə Davosda keçirilən iqtisadi forum zamanı ABŞ və Çin rəsmilərinin çıxışlarının tonunda açıq fərq hiss olunurdu. Tramp Avropanın iqtisadi, enerji və miqrasiya siyasətini aqressiv şəkildə tənqid etdiyi, eləcə də müttəfiqləri yeni gömrük rüsumları ilə hədələdiyi halda, Çinin baş nazirinin müavini He Lifen tərəfdaşlıq təklifi ilə çıxış edib. “Xanımlar və cənablar, dostlar! Çin rəqib deyil, tərəfdaşdır! Çin iqtisadiyyatı islahatdan keçib və açıqdır: bizimlə əməkdaşlıq etmək istəyən bütün dünya şirkətlərini salamlayırıq”, – deyə o bildirib. Harvard Universitetinin iqtisadçısı, professor Kennet Roqoff isə qeyd edib ki, Çin gələcəkdə son dərəcə böyük rol oynayacaq bir çox əsas sahələrdə lider mövqedədir.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1432-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 234 040 hərbçi, 11 605 ədəd tank, 23 950 ədəd zirehli döyüş maşını, 36 612 ədəd artilleriya sistemi, 1 624 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 286 hava hücumundan müdafiə sistemi, 434 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 75 759 ədəd avtomobil texnikası, 114 896 ədəd PUA, 4 205 qanadlı raket, 28 gəmi/kater, 2 sualtı qayıq, 4 050 xüsusi avadanlıq itirib.

Netanyahu Hersoqa icazə vermədi: Gərginlik yarandı

İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Prezidenti İshaq Hersoqun Davosda Sülh Şurasının nizamnaməsinin imzalanma mərasimində iştirak etməsinə mane olub. Sozcu.az xəbər verir ki, bu barədə İsrail telekanalı "Kanal 12" məlumat yayıb. Mənbələrin məlumatına görə, Ağ Ev Netanyahuya dəvət göndərərək baş nazir, prezident və digər nümayəndələrin mərasimdə iştirak edə biləcəyini bildirib. Netanyahu isə Beynəlxalq Cinayət Məhkəməsinin hərbi cinayətlərlə bağlı verdiyi həbs qərarının qüvvədə olması səbəbindən Davosda iştirak edə bilməyib. Vaşinqton administrasiyasının rəsmiləri imzalama mərasimində Hersoqu görmək ümidi ilə iki dəfə İsrailə müraciət ediblər. Ancaq tərəflər gərgin müzakirələr aparıblar. İddialara görə, Netanyahunun ABŞ Prezidenti Donald Trampdan gələn dəvətin şəxsən ona ünvanlandığını bildirib və Hersoqun mərasimdə iştirakını faktiki olaraq əngəlləyib. Nəticədə İsrail ümumiyyətlə Sülh Şurasının nizamnaməsinin imzalanması mərasimində təmsil olunmayıb. Bu, Şuranın ilk missiyası Qəzza zolağında münaqişənin nizamlanması və müharibədən sonrakı bərpa prosesi olmalı idi. Telekanalın məlumatına görə, yaranmış vəziyyət İsraildə baş nazir və prezidentin aparatları arasında, eləcə də Netanyahunun ofisi ilə Ağ Ev arasında olan münasibətlərdə gərginlik yaradıb.

Dəməşq və SDQ atəşkəslə bağlı razılığa gəlib?

Dəməşq və Suriya Demokratik Qüvvələri (SDQ) atəşkəsi bir ay müddətinə uzatmaq barədə razılığa gəliblər. Sozcu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Agentliyin məlumatına görə, bu vaxt ərzində İŞİD məhbuslarının İraqa təhvil verilməsini başa çatdırmaq nəzərdə tutulur. Suriya Xarici İşlər Nazirliyindən bir mənbə isə "Əl-İxbariyə" telekanalına məlumatı təkzib edib. Bildirilib ki, SDQ ilə atəşkəsin müddətinin uzadılması barədə yayılan məlumat həqiqəti əks etdirmir.

Ukrayna münaqişəsi ilə bağlı mühüm danışıqlar başa çatıb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Rusiya-ABŞ-Ukrayna danışıqları başa çatıb. Sozcu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya nümayəndələri qaldıqları otelə qayıdıblar. Mətbuata heç bir rəsmi şərh verilməyib. Xatırladaq ki, dünən başlayaraq Əbu-Dabidə Ukrayna münaqişəsini sonlandırmaq üçün Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri danışıqlar aparır.

Bakıda partlayışda ölənlər həkimin atası və bibisi imiş

Dünən Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən mənzildə baş verən qaz partlayışı ailə faciəsinə səbəb olub. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində tanınmış həkim Vüsal Nəbiyevin atası və bibisi həlak olub. Qeyd edək ki, Vüsal Nəbiyev “Avrasiya” və “Avropa” hospitallarının anestazioloq və reanimotoloq şöbəsinin müdiridir.

Yeniyetmə qardaşlar qəzaya düşdü, biri öldü

Neftçalada baş verən qəzada yeniyetmə ölüb. Sozcu.az xəbər verir ki, hadisə Neftçala rayonunun Aşağı Surra kəndi ərazisində qeydə alınıb. Məlumata görə, "Mersedes Sprinter" və VAZ-2106 markalı avtomobillər toqquşub. VAZ-2106-da olan Neftçala sakini, 2011-ci il təvəllüdlü Murad Sabir oğlu Ələkbərov xəstəxanaya aparılarkən yolda ölüb. Onun 16 yaşlı qardaşı Neftçala Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Putinin yeri məhkəmə zalıdır - Sibiqa

Rusiyanın Ukraynaya endirdiyi raket zərbələri sadəcə xalqımızı deyil, danışıqlar masasını da vurur. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib. “ABŞ və Ukrayna Əbu-Dabidə sülh üçün çalışarkən, Rusiya terror hücumları həyata keçirir. Bu vəhşilik bir daha göstərdi ki, Putinin yeri danışıqlar masası deyil, məhkəmə zalıdır”.

Tramp pinqvinlə əl-ələ Qrenlandiyada

Ağ Ev ABŞ prezidenti Donald Trampın əlində Amerika bayrağını tutan bir pinqvinlə Qrenlandiyaya doğru getdiyini əks etdirən fotosunu paylaşıb. Sozcu.az xəbər verir ki, Ağ Evin sosial media hesabında yerləşdirilən süni intellekt tərəfindən yaradılan görüntüdə prezident Trampın əlində Amerika bayrağını tutan pinqvinlə Qrenlandiyaya doğru getdiyi təsvir olunub. Foto "Pinqvini qucaqlayın" başlığı ilə paylaşılıb.