Azərbaycanda dekabrın 30-u saat 9:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti müşahidə olunur.
Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, düşən yağıntının miqdarı Qobustanda 6 mm, Lənkəranda 3 mm, Qəbələ, Qubada 2 mm, Şahbuz, Zaqatala, Sarıbaş (Qax), Şəki, Oğuz, Şamaxı, Xaçmaz, Qusar, Qırız, Xaltan, Şabran, Cəfərxanda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında 2 mm-dir.
Qarın hündürlüyü Şahdağda 16, Şahbuz, Qrızda 7, Sarıbaş (Qax) 5, Xınalıq, Altıağacda 1 sm-dir.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 19 m/s, Naftalanda 18 m/s-dək güclənib. Bu da sarı xəbərdarlığa uyğundur.
Sumqayıt, Şərur, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qırız, Tərtər, Göyçay, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 5-8 dərəcə isti, Naxçıvan MR-da 2-7 dərəcə şaxta, bəzi yerlərdə 3 dərəcəyədək isti, dağlıq rayonlarda 3-8, yüksək dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alınıb.