Rusiyanın vəziyyəti pisləşdikçə ətrafında olanlardan daha çox şey istəyir. Putinin Azərbaycana səfəridə kiçik bir hadisə deyil. Ən azından cibi boş getməyəcək.
Gələk parlament seçkilərinə!
Qısa və konkret deyirəm: rus imperiyası zamanında olduğu kimi "Ali Sovet" formalaşır. Rusiyaya sədaqət göstərən adamlar parlamentə doldurulur. "Yol çəkəcəm", "körpü tikəcəm", xeyiriyyəçi", "əl tutan" kimi adlarla gələn içi boş namizədləri boş verin. O adamlar mal - mülklərinin, iş - güclərinin qorxusundan müstəqilliyimizə qarşı olan təhlükələrin önünə keçə bilməyəcəklər.
Məsələn: yaşadığım Ağsu rayonunda namizədlərin birinin vəkili həbs olunub. Namizəd öz vəkilinin hüquqlarını qoruya bilmir. Onu açıq müdafiə etmək cəsarətini özündə tapa bilmir, bu cür adamlar deputat mandatını əldə edəcəklərsə, seçici və dövlətçiliyi necə müdaifə edəcəklər?
Bir balaca düşünün!
Necəki 1918 - ci ildə cümhuriyyətin təməlini Müsavat Partiyası və silahdaşları qoydu və dövlətçiliyimiz uğrunda istər ölkə daxilində, istərsə də mühacirət dövründə həyatlarını - hətta övladlarını qurban etdilər, bu gün də dövlətimizə və müstəqilliyimizə qarşı Rusiya təhlükəsinin önündə Müsavat Partiyası dayanıb. Müsavatçılar sizlərin və dövlətçiliyimizin varlığı və yaşaması naminə həyatlarını fəda edirlər. Bu insanlar hər zaman həbs oluna, hətta öldürülə də bilərlər. Sizlər bu insanları qiymətləndirməli deyilsinizmi? Müsavatçılara səs verin, haqqınızı sovunanlara dəstək olun ki, sabah döyməyə qapı tapa biləsiniz!
Müsavatın namizədlərinin içində yaxşı tanımadığınız insanlar ola bilər, bəziləri maddi imkansızlıqdan istənilən formada təbliğat qurmaya bilər, cünki bu adamların madiyyət arxasınca qaçmaq fikirləri olmayıb. Şəxsləri tanımasanız belə, bülletendə adlarının qarşısında yazılan Müsavat adı seçiminizə bəs edər. Müsavat hamınızın bildiyi kmi müstəqilliyimizin banisi, bayrağımızın səbəbkarı, dövlətimizin təməl təşkilatıdır.
Bizlər nə sizi, nədəki dövlətimizi tək buraxmayacaq! Bizlər bunun üçün illər ön Şəhidlər Xiyabanında and içmişik. Andına, sözünə, yoluna sadiq olanlara dəstək olun, Müsavata səs verin!
Yaşadığımız hər saat, hər dəqiqə tarixdir və bir gün mütləq öz vicdanımız qarşısında və tarix qarşısında səmimi hesabat verəcəyik. Həmin hesabatda gözlərimiz xəcalətdən yox, qürurdan dolsun.
Bu Vətən bizimdir!
Elşən Əlisoy