Şəhid abidəsinə hörmətsizlik

Xəbər verdiyimiz kimi, Lerik rayonunun Monidigah kəndində Birinci Qarabağ müharibəsi şəhidi mayor Sabir Əliyevin xatirəsinə inşa edilmiş bulaq kompleksi yararsız hala salınıb. Şəhidin mərmərdən olan fotosunun üzəri cızılıb. Bu əməlinə törədən şəxsə inzibati həbs cəzası verilib. Ancaq cəmiyyətdə həmin cəzaya narazı olanlar var. Bəzi adamlar iddia edirlər ki, belə insanlara qarşı ictimai qınaq olunmalı, görənlər salam verməməli, nə yasına, nə toyuna gedilməlidir.  Məsələyə münasibət bildirən Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu “Yeni Sabah”a açıqlamasında deyib ki, bu hadisədə bütün səbəblər araşdırılmalıdır:  “Əvvəla, bu hadisənin motivləri araşdırılmalıdır ki, bu adam ağıldan kəmdir, yaxud haçansa bu ailə ilə, insanla düşmənçiliyi olub? Bütün bunlar araşdırılmalıdır. Həm də belə başa düşdüm ki, artıq inzibati cəza verilibsə, səbəblər araşdırılaraq, cəza təyin olunub. Təbii ki, hər hadisəyə görə Cinayət Məcəlləcisini dəyişmək mümkün deyil.O ki qaldı el qınağına, əlbəttə, bu olmalıdır. Bu şəxsin yaşadığı ərazidəki sakinlər öz istədikləri kimi ona cəza verə, salamı kəsə, yaxud onu heç dirdirməyə bilərlər. Ancaq iinzibati cəzaya etiraz etmək yersizdir. Bir daha qeyd edim ki, məhkəmə o işi ətraflı araşdırıb və belə bir qərara gəlib”.  B.Vəziroğlu qeyd edib ki, bizim cəmiyyətin özünəməxsus cəzalandırma formaları var:  “El qınağı da öz yerində, onu heç kəs qadağan edə bilməz. Bura Azərbaycandır. Bizim cəmiyyətin də özünə görə hökmü, cəzalandırma metodu var. Salam vermək istəməyənlər, yaxud yasına, toyuna getməməyi təklif edənlər də özünə görə haqlıdır. Çünki deyirik ki, şəhid məzarı, şəhid ruhu müqəddəsdir və ona yalnız baş əymək, ehtiram göstərmək lazımdır. Bunun müqabilində belə bir hərəkət təbii ki, el qınağına tuş gəlməlidir”. 

Həmədandanlı şair həbs edilib

Güney Azərbaycanın Həmədan şəhərində yaşayan şair, yazıçı və ictimai fəal Əli Cahaniyan həbs olunub. Bu barədə insan haqları təşkilatları məlumat yayıb. Məlumata görə, sentyabrın 9-da təhlükəsizlik məmurları şairin evinə hücum edib, onu və həyat yoldaşı Firiştə Surini özləri ilə aparıblar. Bir neçə saatdan sonra yazıçının xanımı sərbəst buraxılsa da, özü Həmədan şəhərinin təhlükəsizlik təcridxanasına salınıb. Azərbaycanlı şairin evində axtarış aparılıb, ona məxsus şəxsi əşyalar, komputer, mobil telefon və b. müsadirə olunub. Əli Cahaniyanın həbsi sosial mediada hakimiyyəti sərt tənqid edən video paylaşdıqdan sonra baş verib. Şair, İranın HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qısasını alacağı barədəki bəyanatlarını tənqid edib: "Həsən Nəsrullahlar, İsmayıl Haniyələr iranlı gənclərin saçının bir tükünə dəyməzlər, xalqın dərdi HƏMAS, Hizbullah, Livan, Qəzza, hicab və ərbəin mərasimləri deyil. Edamların sayını artırmaqla xalqı qorxudub susdura bilməyəcəksiniz. Siz İsmayıl Haniyənin qısasını almaq istəyirsiz, biz isə öldürdüyünüz gənclərimizin qısasını sizdən alacayıq". Qeyd edək ki, azərbaycanlı şair bundan əvvəl də tənqidi yazıları və çıxşlarına görə, dəfələrlətəzyiqlərə məruz qalıb və həbs olunub. O, 2023-cü ilin aprel ayında Əli Xaməneini tənqid etdiyinə görə təhlükəsizlik məmurları tərəfindən oğurlanmış, döyülmüş və bir neçə gündən sonra huşsuz vəziyyətdə şəhər ətrafına atılmışdı.

Coni ilə bağlı ittihamlara cavab

Xəbər verdiyimiz kimi, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin üzvləri Rusiya Baş Prokurorluğundan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) xaricdən maliyyələşməsini yoxlamağı tələb ediblər. Sozcu.az xəbər verir ki, qurum maliyyələşmənin təsdiqləndiyi halda Baş Prokurorluqdan ifaçını xarici agent kimi tanınmasını istəyib. Məsələ ilə bağlı Coninin nümayəndələri “Super”ə açıqlama veriblər. Bildirilib ki, sənətçinin Avropa turnesinin təşkilatçısı Rusiya şou-biznesində tanınan və hər il Rusiyadan olan ulduzların iştirakı ilə 100-dən çox tədbir təşkil edən konsert təşkilatçısı İqor Valyanskidir. Konsertlərin təşkilində köməklik göstərən yüzlərlə başqa adamın adı sənətçiyə məlum deyil. İfaçının nümayəndələri qeyd edib ki, məlumat təsdiqlənərsə, insidenti həll etməyə hazırdırlar: "Əgər təşkilatçı tərəfdaşlarımızın dürüstlüyünə və hərəkətlərinə dair hər hansı şübhəmiz varsa, biz həmin tərəfdaşı təşkilatçılıq prosesindən kənarlaşdırmaq üçün tədbirlər görəcəyik. Kütləvi informasiya vasitələrində yayılan məlumat təsdiqini taparsa, tur tərəfimizdən birtərəfli qaydada ləğv ediləcək".

"Bavariya" Musiala ilə danışıqlara başladı

"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala Münhen klubu ilə yeni müqavilə bağlaya bilər.  Sozcu.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat verib. Bildirilib ki, tərəflər bununla bağlı danışıqlara  başlayıblar. Klub rəhbərliyinin 21 yaşlı almaniyalının oyunçunun 2025-ci ilin yayına kimi maaşında və bonuslarının məbləğində artım olacağı yeni müqavilə bağlamaq istədiyi vurğulanıb. Musialanın hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

“Iphone 16” Azərbaycandaqiyməti bu qədər olacaq

"Iphone 16" seriyası Azərbaycanda 3000 manatdan başlayan qiymətlərlə satışa çıxarılacaq. Sozcu.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, "Iphone 16" (sadə) 3200 AZN, "Iphone 16 Plus" 3700 AZN, "Iphone 16 Pro" 4000 AZN, "Iphone 16 Pro Max" 4700 AZN, "Iphone 16 Pro Max"ın 1 TB yaddaşlısının isə 6000 AZN-ə satılması planlaşdırılır. Qeyd edək ki, "Iphone 16" seriyası sentyabrın 20-də satışa çıxarılacaq.

Qayınatasını öldürüb, qayınanasını isə yaralayan kürəkən saxlanıldı

1 nəfəri qəsdən öldürməkdə, digər şəxsi isə qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Şamaxı rayon prokurorluğu məlumat yayıb. Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1995-ci il təvəllüdlü Elbrus Şeydayevin Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində yolun kənarında qayınatası 1979-cu il təvəllüdlü Əlağa Hüseynov və qayınanası 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya kəsici-deşici alətlə müxtəlif xəsarətlər yetirdikdən sonra özünə məxsus avtomobillə Əlağa Hüseynovun üzərindən keçməsi nəticəsində sonuncunun hadisə yerində ölməsinə əsaslı şübhələr müəyyən edilib. Püstə Hüseynova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb. Elbrus Şeydayev iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

Bakı metrosunun havasızlıq PROBLEMİ – İctimai nəqliyyat, yoxsa hamam otağı?

Vətəndaşların bir çoxunun  tıxaca düşməmək üçün daha çox istifadə etdiyi ictimai nəqliyyat növü məhz metrodur. Onlar metro vasitəsilə gedəcəkləri yerə daha tez çatmaq istəyirlər. Ancaq günümüzdə metrodakı sıxlıq, xüsusilə, köhnə tipli, kondisionersiz qatarların çoxluğu sərnişinlərin işini çətinləşdirir, hətta hamam otağını xatırladan qatarlarda halı pisləşənlərin sayını artırır. Havalar nisbətən sərinləşsə də, qatarlardakı isti hava daha düzünü desək, havasızlıq saunadan fərqlənmir. Pik saatlardakı sıxlığı da üstünə gəlsək, metrodan, konkret desək, qatardan çıxan sərnişinlərin sanki duş qəbul edib, hamam otağından çıxdığının şahidi olursan.  Maraqlıdır XXI əsrdə və inkişaf etmiş müasir dövrdə metro platformalarında və ya qatarlarda niyə lazımi sərinləmə tədbirləri görülmür? Köhnə tipli qatararlara kondisioner quraşdırmaq mümkün deyilsə, xətdən çıxarılıb, yeniləri ilə niyə əvəzlənmir? Gediş haqqı artırıldığı halda sərnişinlərə niyə yetərli xidmət göstərilmir?  Bizim.Media-ya məsələ barədə açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov suallarımıza belə cavab verib:  “Köhnə tipli qatarlara kondisioner quraşdırılması texniki cəhətdən mümkün deyil. Bununla bağlı istehsalçı müəssisənin də rəyi var. Belə  prosesin mümkün olması üçün qatar sökülməli, yenidən lahiyələndirilərək yığılmalıdır. Bu, faktiki olaraq yeni qatar yığmaq deməkdir. Çünki  bu zaman soyuducu quraşdırılmalı, hava və soyuducu xətlərinin müvafiq kanalı olmalı, elektrik sistemi yenidən qurulmalıdır”. Müsahibimiz  “Bakı Metropoliteni”ində 3 xətt istiqamətində hərəkət edən 61 qatardan yalnız 23-nün yeni tipli qatarlar olduğunu açıqlayıb:  “Bunların 3-ü “İçərişəhər-Həzi Aslanov”, 20-si isə Dərnəgül-Həzi Aslanov istiqamətində yaşıl-qırmızı xətlər üzrə olmaqla hərəkət edir.  Köhnə qatarlar istismar müddətini bitirdikdən sonra xəttdən çıxarılır, yeni tipli qatarlarla əvəz edilir.  3 illik müqaviləyə əsasən ümumi 13 yeni qatar alınacaq, bunlardan 7-si bu il Bakıya gətirilərək xəttə buraxılacaq. Nəticədə, xətdə yeni tipli qatarların sayı daha çox olacaq”.  Bəxtiyar Məmədov onu da vurğulayıb ki, sərnişinlər daha çox yeni qatarlara minməyə üstünlük verir və yeni qatarların sayı da buna imkan verir. O əlavə edib ki sentyabrın 16-sı tədris ilinin başlanmasıyla metropolitenin  hərəkət qrafikində dəyişiklik olacaq.  Maraqlıdır, 23 təzə qatarın hər biri gün ərzində xəttdə buraxılır? Qurum rəsmisi bu məsələyə də aydınlıq gətirib: “23 təzə qatarın hər biri gün ərzində xəttə buraxılır. Düzdür, 12-20 saat ərzində xətt üzərində olan qatara qət etdiyi məsafədən asılı olaraq baxış, qulluq, texniki xidmət növləri var və qatar müəyyən məsafədən sonra bu proseslərdən keçir. Bu hallar istisna olmaqla, təzə qatarlar gün ərzində dövri olaraq xətt üzərində olur. Çünki bunlar elektronika ilə təchiz olunub.  Qatar nə qədər çox işləsə,  onun daxilindəki sistemin tarazlı, normal işləməsi mümkündür. Hətta, pandemiya dövründə problemlərimizdən biri də bu idi ki, sərnişinlərin metroya girişinə məhdudiyyət qoyulduğu üçün qatarların boş qalıb işləməməsi idi. Çünki elektron sistemi rütubətli yerdə çox qalarsa, bu onun sisteminin sıradan çıxmasına səbəb ola bilər. Gətirilən yeni 7 qatar da sınaq işləri başa çatdıqdan sonra da dövri olaraq xəttə buraxılacaq”,- deyə müsahibimiz cavablayıb.  Bəxtiyar Məmmədovun fikrincə, yeni tipli qatarların sayı nə qədər çox olsa, narazılıqlar o qədər az olacaq: “2018-ci ildə sərnişinlər arasında aparılan sorğuda onların 100%-i də qatarların kondisioner sisteminin olmamasından narazı idi. Amma ötən ilin və bu ilin əvvəlində aparılan sorğuda narazı olanların sayı 50%-dən aşağıdır.  Səbəbi isə yeni qatarların sayının artırılmasıdır və bu da davamlı prosesdir, sadəcə hamısını eyni anda yeniləmək qeyri-mümkündür.

Rusiyanın Ukraynadakı itkiləri 630 mini geridə qoydu

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1220 hərbçisini itirib. Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 631 420 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 18 tank, 48 zirehli döyüş maşını, 52 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Saatlıda DƏHŞƏT! Ata 2 yaşlı oğlunu avtomobillə vuraraq ÖLDÜRDÜ

Saatlıda avtomobil iki yaşlı uşağı vurub. Elşən Əskərov "VAZ 21 06" markalı avtomobili arxa-arxa idarə edərkən 2022-ci il təvəllüdlü oğlu Sənan Əskərovun üzərindən keçib. Azyaşlı aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.Report

Narinin anası və qardaşı HƏBS OLUNDU

Türkiyənin Diyarbəkir şəhərində qətlə yetirilən 8 yaşlı Narin Güranın cinayəti ilə bağlı 8 nəfər barəsində həbs qərarı verilib. Bu barədə “Milliyet” məlumat yayıb. Bildirilib ki, həbs edilənlər arasında azyaşlının anası Yüksel Güran, 18 yaşlı qardaşı Enes, əmisi Fuat Güran, qohumu Muhammet Kaya, əmisinin yoldaşı Maşallah Güran və qızı Birsen Güran, bibisinin əri Mehmet Şevket Kaya, hadisə ilə bağlı həbs edilən əmisi Sami Güranın işçisi Mehmet Selim Atasoy var. kapital bank vakansiya Qeyd olunub ki, Diyarbakır Ədliyyəsində 25 saatlıq sorğu-sualın ardından şübhəlilər cəzaçəkmə müəssisəsinə göndərilib. Məlumata görə, anası və qardaşı “Qəsdən adam öldürmədə iştirak” maddəsi ilə həbs edilib. Qeyd edək ki, Narinin cinayəti ilə bağlı 24 şübhəli saxlanılmışdı. Xatırladaq ki, azyaşlının qətli ilə bağlı istintaq çərçivəsində saxlanılan atası Arif Güran sərbəst buraxılıb. (Qafqazinfo)

Bakıda 2 rəfiqəni avtomobil vurdu

Bakının Xətai rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  Avtomobil yolu keçən 2005-ci il təvəllüdlü Məmmədlin Jalə Fərman qızı və eyni yaşda olan onun rəfiqəsi Nuriyeva Diana Vuqar qızını vurub.  Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onlara bədənin və baş nahiyələrində çoxsaylı əziklər diaqnozları qoyulub.  vakansiyalar Faktla bağlı araşdırma aparılır.//Report 

Szinpin bu tarixdə Zelenski ilə görüşə bilər

Çin lideri Si Szinpin Ukrayna Prezidenti Vladimir Zelenski ilə gələn ayın əvvəlində görüşə bilər. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin keçmiş müavini Aleksandr Çalı Çində keçirilən diplomatik forumda çıxışında deyib. Çinin Avropa təhlükəsizliyinin bərpasına kömək etmək cəhdlərini qeyd edən Çalı bildirilib ki, indi Ukraynada hamı prezident Zelenski ilə prezident Szinpin arasında hansısa təmasları, birbaşa təmasları gözləyir.

Ukrayna Rusiyada vuracağı hədəflərinin siyahısını ABŞ-a verdi

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ dövlət katibi Entoni Blinkenə Rusiyada vurmaq istədikləri hədəflərin siyahısını təqdim edib. O, Blinkendən Amerikanın uzaqmənzilli silahlarındab Ukraynanın istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı xahiş edib. Sozcu.az xəbər verir ki, bu barədə ABC News Ukrayna prezidentinin müşavirlərindən birinə istinadən bildirib. Zelenski Dövlət Departamentinin rəhbəri ilə sentyabrın 11-də Kiyevdə keçirilən "Krım Platforması" sammiti çərçivəsində görüşüb. Ukrayna prezidentinin Blinkenə Qərb silahlarının istifadəsi ilə bağlı “müfəssəl plan” təqdim etməsinə baxmayaraq, görüşün sonunda heç bir qərar qəbul edilməyib. Blinken etiraf edib ki, o, Zelenski ilə bu mövzunu, eləcə də “bir sıra digər məsələləri” müzakirə edib. Dövlət Departamentinin rəhbəri cümə günü, sentyabrın 13-də Böyük Britaniyaya səfər zamanı ABŞ prezidenti Co Baydenlə detalları bölüşəcəyini bildirib. Bloomberg-in məlumatına görə, Britaniya hakimiyyəti də Kiyevdən Rusiyada uzaq məsafədən zərbələr endirəcəkləri hədəflərlə bağlı plan təqdim etməyi xahiş edib. Eyni zamanda, “The Guardian” yazır ki, Zelenskinin Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə görüşündən sonra Kiyev “Storm Shadow” raketlərindən istifadə etməklə Rusiyadakı hədəfləri vurmağa icazə alıb.

Azərbaycanda 26 yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL - Silahı götürüb...

Sentyabrı 11-i saat 13 radələrində Ağcabədi rayonunda intihar hadisəsi baş verib.  1998-ci il təvəllüdlü Ülviyyə Zakir qızı Baxşəlizadə yaşadığı Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi ərazisində evdə ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirib.  Xəstəxanaya yerləşdirilən Ü. Baxşəlizadə orada ölüb.  vakansiya Hadisə yerindən müvafiq sənədləri olmayan bir ədəd ov tüfəngi götürülüb.  Araşdırma aparılır./Publika.az 

Bakıda qatarın vurub öldürdüyü qız məktəbli imiş

Bakıda qatarın vurub öldürdüyü qadının kimliyi bilinib. Lent.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs 15 yaşlı Mədinə Məmmədlidir. Onun orta məktəbin 9-cu sinfində təhsil aldığı bildirilir. vakansiyalar Xatırladaq ki, hadisə dünən Bakı-Pirşağı-Sumqayıt qatar reysinin Zabrat qəsəbəsindən keçən hissəsində baş verib. Sürət qatarı hərəkətdə olarkən qatar yoluna qəfil çıxan bir qadını vurub. Stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılsa da, həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

Əhaliyə XƏBƏRDARLIQ: İki gün çölə çıxmayın, yoxsa...

Bu gündən etibarən iki gün ərzində geomaqnit qasırğası olacaq. Bu haqda Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Qeyd olunub ki, günəşdə davamlı olaraq baş verən M sinif, yəni radiodalğaları əngəlləyən, yayılmasına mane olan alışmalar hesabına Günəş aktivliyi yüksək səviyyəyə qalxıb.  Bu hadisə insanlar arasında da təsirsiz ötüşmür. Bəs ən çox kimlər risk altındadır? Təhlükədən özümüzü qorumaq üçün nə etməliyik? Mövzu barədə Nevroloq Rəna Abbasova “Yeni Sabah”a açıqlama verib. Bildirib ki, belə hallarda çölə çıxmamaq daha məqsədəuyğundur:  vakansiyalar “Geomaqnit qasırğası zamanı daha çox xroniki xəstəlikləri olan və yaşlı insanlar risk altında olur. Həmçinin, bu sıraya ürək, qan-damar xəstəliyi olan şəxslər də daxildir. Sadalanan şəxslər bu günlərdə daha da ehtiyatlı olmalıdırlar.  Adi insanlarda da geomaqnit qasırğası öz təsirlərini yuxusuzluq, əsəb, narahatlıq kimi hallarla göstərə bilər. Ancaq xroniki xəstəliyi olan insanlarda geomaqnit qasırğasının güclənməsi ilə bir sıra fəsadlar ortaya çıxa bilər.  Ürək xəstəliyi olan insanlarda insult kimi ağırlaşmaların ortaya çıxma ehtimalı yüksəkdir. Arterial təzyiq və şəkərli diabet xəstələri də belə vaxtlarda diqqətli olmalı, dərmanlarını vaxtında qəbul etməlidirlər. Açıq hava yerinə qapalı məkanlarda vaxt keçirmək daha təhlükəsiz sayılır. Əgər xüsusi və vacib bir tədbirləri yoxdursa, evdən çıxmamaq tövsiyə olunur. Bundan əlavə olaraq, bol maye qəbulu, yuxu rejiminə diqqət etmək, stresə düşdükdə sakitləşdiricilər, yuxusuzluq fonunda dərman qəbul etmək olar”.  Həkim insanlara elektronik əşyalardan uzaq durmağı və həkimə müraciət etməyi tövsiyə edib: “Azyaşlılarda da halsızlıq, baş ağrıları, iştahsızlıq kimi hallar meydana gələ bilər. Bu səbəbdən həm uşaqlara, həm də yetkin şəxslərə telefon, kompüter və digər elektronik cihazlardan bir qədər uzaq qalmaq tövsiyə edilir.  Əgər geomaqnit qasırğası bitdikdən sonra da insanlar səhhətlərində narahatlıq hiss etməyə davam edərsə, bu zaman yaxşı olar ki, həkimə müraciət etsinlər”. 

Kəlbəcərdə yük maşını aşdı SÜRÜCÜ ÖLDÜ

Kəlbəcərdə ölümnə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib, ki sentyabrın 12-i gecə saatlarında Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Polis əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar zamanı məlum olub ki, Daşkəsən rayon sakini, 1989-cu il təvvəlüdlü N. Qasımov “Hovo” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb. Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sərnişin Daşkəsən rayon sakini, 1992-ci il təvvəllüdlü İ. Qasımov isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Məktəbli çantasının ağır olması bu xəstəliklərə yol aça bilər! - XƏBƏRDARLIQ

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Valideynlər artıq övladları üçün büdcələrinə uyğun müxtəlif məktəb ləvazimatları alıb. Şagirdlərə alınan məktəbli çantalarının ağırlığı müzakirə olunan mövuzlardan biridir. Məktəbli çantalarının ağırlığı uşaqların sağlamlığına və ümumi inkişafına ciddi təsir göstərir. Bir çox ölkədə aparılan tədqiqatlar göstərir ki, ağır məktəbli çantaları uşaqlarda onurğa əyrilikləri, əzələ və oynaqlarda ağrılar, habelə fiziki və psixoloji yorğunluq yarada bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, uşaqların 80%-dən çoxu məktəb yaşında çanta daşımalarına görə onurğa və kürək ağrıları yaşayır. Çantalar uşağın çəkisinin 10-15%-dən çox olduğu hallarda ağrılar daha da artır. ABŞ-da aparılan bir araşdırmada göstərilib ki, məktəbli çantalarının çəkisi uşaqların bədən çəkisinin orta hesabla 15%-ni təşkil edir, bu isə sağlamlıqla bağlı ciddi problem yarada bilər. İspaniyada aparılan araşdırmada isə qeyd olunub ki, məktəb yaşında olan uşaqların 60%-dən çoxu ağır çantaya görə kürək ağrılarından əziyyət çəkir. Uşaqların 30%-i həftədə ən azı bir dəfə kürək ağrılarından şikayə edir.  Məktəbli çantalarının ağırlığı təkcə fiziki sağlamlığa deyil, həm də psixoloji vəziyyətə mənfi təsir göstərir. Ağır çanta daşıyan uşaqlar daha çox stress keçirir, məktəbdə və digər yerlərdə fəaliyyətlərə motivasiyasız yanaşırlar. Bu, uşaqların ümumi performansına mənfi təsir edə bilər. Sozcu.az-ın məlumatına görə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Elşən Məhərrəmov da məktəbli çantalarının ağır olmasının fəsadlarından danışıb. “Alimlərin araşdırmaları göstərir ki, ibtidai sinif şagirdlərinin içərisində dərs vəsaitləri olan bir məktəb çantasının çəkisi 5-6 kiloqrama çatır. Məktəb çantasının ağırlığı uşağın bədən çəkisinin 10 faizindən çox olmamalıdır. Əks təqdirdə onurğa əyriliyinə və qamət pozğunluğuna səbəb ola bilər. Bundan əlavə, ayaqların, bel ağrısının və yeriş problemlərinin inkişafı ilə nəticələnmə ehtimalı var. Ağır məktəb çantası travma riskini artıra bilər. Sözsüz ki, uşaqlar tez yorulur və bu, dərslərin mənimsənilməsi imkanlarına təsir göstərir. Hazırda uşaqlarda vacib məqam düzgün bədən duruşunun formalaşması və qorunmasıdır. Zəif qamətin formalaşmasına təsir edən müxtəlif amillər var”, - o qeyd edib. Travmatoloq məktəb çantası seçərkən diqqət edilməli məqamlardan söz açıb: “Məktəb çantasını seçərkən uşağın yaşı, boyu və çəkisini, inkişaf xüsusiyyətlərini nəzərə almaq vacibdir. Çantanın anatomik cəhətdən rahat olması da olduqca mühüm məsələdir. Ölçü baxımından çanta çox böyük olmamalı, üst hissəsi boyuna, aşağı hissəsi isə aşağı arxaya təzyiq etməməlidir. Həkimlər uşaqların belindəki yükü düzgün bölüşdürməyə kömək edəcək sinə qayışı olan kürək çantaları seçməyi məsləhət görürlər. Uzunboylu uşaqlar üçün şaquli kürək çantaları uyğun gəlir, qısaboylu uşaqlar üçün isə üfüqi kürək çantaları seçmək daha yaxşıdır. Valideynlərə tövsiyə edərdim ki, uşaqlara çəkisi ağır olan çantalar almasınlar”. Uşağın düzgün qamətinin 4 yaşından başlayaraq 10 yaşına kimi formalaşdığına diqqət çəkən mütəxəssis vurğulayıb ki, uşağın sağlam qaməti sinə və budların mövqeyi ilə müəyyən edilir: “Bədənin və ayaqların müstəvisi əyilmədən düz bir şaquli xətt yaratmalıdır. Yalnız bu vəziyyətdə bədənin və daxili orqanların normal işləməsi təmin edilir. Oxu masasının quruluşu təhsil məlumatlarının qavranılması proseslərinə, eyni zamanda, uşağın təhlil, əzbərləmə qabiliyyətinə təsir göstərə bilər. Düzgün qamətin olmaması isə ağrıya səbəb olan dayaq-hərəkət sistemi xəstəliklərinin (skolioz, kifoz, lordoz və digər) inkişafı ilə nəticələnir. Onun sözlərinə görə, başın bir az əyilməsi duruş üçün daha faydalıdır. Başın böyük əyilmələri ilə əlavə motor bölmələri işə cəlb olunur, nəbz sürətlənir, tənəffüs amplitüdü azalır, görmə və duruş problemlərinin yaranması mümkündür. “Masaların rahat və təhlükəsiz olması olduqca vacibdir. Onlar uşağın boyu ilə tənzimlənməli, masa üstü əyilmiş və tezgahdakı künclər yuvarlaqlaşdırılmalıdır. Şagirdə düzgün oxu masasının seçilməsi üçün ümumi qəbul edilən standartlar mövcuddur. Əsas seçim meyarları arasında, ilk növbədə, masanın ölçüsü ilə şagirdin boyu arasında düzgün nisbətə riayət edilməsini qeyd etmək lazımdır. Belə ki, uşağın boyu 110-120 santimetr olduğu təqdirdə masanın hündürlüyü 52, oturacaq isə 32 santimetr olmalıdır. Uşağın boyu 120-130 santimetr olduğu zaman isə masanın hündürlüyü 57, oturacaq 35 santimetr müəyyən edilib. Məktəblinin boyu 10 santimetr artdıqda masa və oturacağın hündürlüyü müvafiq olaraq 5 və ya 3 santimetr artır”, - deyə E.Məhərrəmov qeyd edib.modern)

Qarabağ qazisi vəfat etdi

Vətən müharibəsi qazisi Zaur Hacıbala oğlu Həsənov vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat verilib. Qeyd edək ki, 1974-cü il təvəllüdlü baş-leytenant uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. O, Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.

Naxçıvanda mövqelərimiz atəşə tutuldu

Sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Putin qorxu içində: “Ukrayna qırıcıları havada onun təyyarəsinə...”

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfəri zamanı təyyarəsinin qırıcılar tərəfindən müşayiət edilməsini istəyib.  Sozcu.az xəbər verir ki, bu iddia ilə “Middle East Eye” nəşri çıxış edib.  Nəşr yazır ki, Rusiya Putinin təyyarəsinə uçuş marşrutu boyunca Ukraynanın hücum edə biləcəyi ehtimalından ehtiyatlanır.  vakansiyalar Qeyd olunur ki, Rusiya prezidentinin Ankaraya səfəri məhz bu səbəbdən təxirə salınıb.  Nəşrin yazdığına görə, Moskvanın tələbini yerinə yetirmək çətindir, çünki NATO-nun hava hücumundan müdafiə sistemləri Türkiyədə yerləşir və Rusiya qırıcılarını düşmən hədəfləri kimi qəbul edə bilər.  Xatırladaq ki, uzun müddətdir Putinin Türkiyəyə səfərinə hazırlıq gedir. Səfərin tarixi hələlik açıqlanmayıb.  “Ümid edirik ki, səfər hazırlıq işləri bitəndən sonra baş tutacaq. Uzun müddətdir hazırlıqlar gedir. Bu, hər iki paytaxtda gözlənilən səfərdir. Bu baş verərsə, Kazanda BRİCS sammitində iki prezident arasında təmasların olmasını səbirsizliklə gözləyirik, lakin ümid edirik ki, belə bir fürsət yaranacaq. Bir qayda olaraq, biz prezidentimizin səfərlərinin bütün təfərrüatlarını açıqlamırıq, onlar qapalı xarakter daşıyır. İndi də bunu etməyəcəyik", - Kremlin sözçüsü Dmitri Peksov ötən gün jurnalistlərə bildirib. 

Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmədə: Xəstə yönəldən zaman sponsorunun olduğunu deyirdi

Talassemiyalı uşaqlar üçün toplanmış bir milyonluq vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib. Nuridə Seyidova deyib ki, 2012-ci ildən tibb sahəsi üzrə əmək fəaliyyəti ilə məşğuldur. 2020-ci ildə isə həmin sahə üzrə şirkət yaradıb: "Bizim Antalya Medical Parkla müqaviləmiz olub. Həmin xəstəxanaya xəstə göndərirdik. Aynur xanımı 2022-ci ildən Fidan xanım vasitəsi ilə tanımışam. Fidan dedi ki, Aynur onların qan daşıyıcısıdır. Aynur xanıma qədər talassemiya xəstələri ilə işləməmişəm. Xəstələri Aynurla Aysel gətirirdi. Bir neçə xəstəxanadan bizə xəstələr göndərilirdi. Mərkəzi Klinikada Tariyel adlı həkim Mərkəzi Gömrük Hospitalından da Mircəlal adlı transpotoloq var idi. onlar Aysel xanım vasitəsi ilə bizə xəstə göndərirdilər". Müttəhim Aysel Məmmədovanın sözlərinə görə, Mircəlal doktorla birbaşa Nuridə Seyidova özü görüşüb: "Xəstələrdən əməliyyat pulunun yarısını alıb Nuridəyə verirdim. Nuridə də üstünü düzəldərək xəstələrin əməliyyat olunacağı Mərkəzi Klinika, Olimp Hospital və Mərkəzi Gömrük Hospitalına köçürürdü." Müttəhim Aynur Bayramova bildirib ki, 2018-ci ildən Türkiyədə yerləşən Antalya Medical Parkda qan daşıyıcısı işləyib. Onun sözlərinə görə, övladı xəstə olduğu üçün sözügedən xəstəxanaya gedib-gəlirmiş, həmin vaxt tibb müəssisəsindən iş təklifi alıb. "Antalya Medical Parkdan Akif hoca Azərbaycana gəlmişdi. O, Talassemiya Mərkəzində xəstələri qəbul edirdi. Xəstəxana ilə əməkdaşlıq o vaxtdan bəri yaranmışdı. Nuridə ilə isə Fidan xanım vasitəsi ilə tanış olmuşuq. Nuridə bizə həmin vaxt 3-4 qaraciyər xəstəsi vermişdi. Onlardan birini əməliyyat da etdirmişdik. Antalya Medical Parkın Səlahəddin adlı əməkdaşı dedi ki, onların Nuridə ilə müqavilələri var. Oradan nümayəndələr gəlməli idi. Ona görə də Nuridəyə Çinar Plazada ofis götürməli olduq. Həmin vaxt xəstəxananın rəhbərliyi dedi ki, bizə xəstə yönəldəcəksən. Oradan gələn gəlirin 20 faizi sənə verəcəyik", - A.Bayramova deyib. Müttəhim qeyd edib ki, Nuridəyə xəstələri yönəldəndə onu bəzi məsələlərlə bağlı sorğu-sual edirmiş: “Nuridə onun sponsoru olduğunu deyib. Nuridə Seyidova xəstələrdən aldığı pulu dollara çevirib”. Məhkəmənin növbəti prosesi sentyabrın 27-də davam etdiriləcək. Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.Report

Həkim valideynlərə ÇAĞIRIŞ ETDİ - Dəstək olun!

“İlk dəfə məktəbə gedən şagirdin psixoloji hazırlığı üçün valideynlər reallığı olduğu kimi qəbul etməlidirlər. Məktəbin əhəmiyyəti uşaqlar üçün ətraflı izah olunmalıdır”. Sozcu.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram səhifəsində nazirliyin 2 saylı Kliniki Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov açıqlayıb. Onun sözlərinə görə, baş verən dəyişikliyin müvəqqəti olduğunu anlamalıdırlar: “Valideynlər qısa bir müddətdə övladları ilə məktəb həyatına adaptasiya olmalıdırlar. Valideynlər məktəb mühiti ilə uyğunluğu tezləşdirmək üçün müəllimlərdən və məktəb psixoloqundan tövsiyə ala bilərlər. Yaranan hansısa psixoloji narahatçılığı birlikdə aradan qaldıra bilərlər. Uşaq məktəbə getməmişdən əvvəl məktəb haqqında fikirləri formalaşmalıdır. Şagird məktəb haqqında nə qədər çox məlumatlandırılsa, o qədər psixoloji hazır olacaq”. Psixoterapevt qeyd edib ki, uşaq yeni və başa düşmədiyi anlayışlardan narahatçılıq keçirir: “Müxtəlif əyani və vizual vasitələrlə uşaqlarda məktəb haqqında düşüncə formalaşdırılmalıdır. Valideynlər davamlı olaraq məktəbə qədər məktəb haqqında evdə bilgilər bölüşməlidirlər. Uşaqlara məktəbin nə qədər maraqlı və əyləncəli olduğunu öyrətmək lazımdır. Şagird məktəb həyatını fəlakətləşdirməməlidir. Uşaqların psixi sağlamlığı üçün məktəbə adaptasiya prosesində dəstək olmaq lazımdır”.

“Bir maddə var ki, ümumiyyətlə Azərbaycanla razılaşdırılmayıb” - Paşinyan

"Sülh sazişi layihəsi rəsmi olaraq 13 maddə üzrə razılaşdırılıb". Sozcu.az xəbər verir ki, bunu sentyabrın 11-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı bildirib. “Sülh müqaviləsi layihəsinin preambulası tam razılaşdırılıb, sənədin adı tam razılaşdırılıb, daha üç maddə qismən razılaşdırılıb, razılaşdırılmayan hissələr var. Bir maddə var ki, ümumiyyətlə razılaşdırılmayıb”. Paşinyanın sözlərinə görə, razılaşdırılan maddələr iki dövlət arasında münasibətlərin fundamental prinsiplərinə aiddir. “Biz deyirik: gəlin sülh sazişini imzalayaq və başqa məsələlərlə bağlı müzakirələri davam etdirək”. Lakin onun sözlərinə görə, Azərbaycan deyir: “Yox, mühüm məsələlər var ki, onlar sazişdə öz əksini tapmalıdır. “Bizim sualımız belədir: məsələn, biz bu sənəddə mühüm məsələləri əks etdirsək, hələ də vacib məsələlər qalacaqmı, bu, faktdır ki, dünyada bütün suallara cavab verən razılaşma yoxdur”, - Paşinyan bildirib.