Aeroporta gələnlər yalnız avtobuslarla daşınacaq - RƏSMİ

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi ilk 3 gündə xaricdən gələn qonaqlar, xüsusilə də yerli vətəndaşlar aeroportda fəaliyyət göstərəcək avtobuslardan istifadə edilməli olacaqlar. Sozcu.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib. O bildirib ki, COP29 ilk günlərində hava limanına gələn qonaqlar və vətəndaşlar nəqliyyat vasitələrindən istifadə edərək şəhərə gələ bilməyəcəklər: "İlk 3 gündə nəqliyyat vasitələri aeroporta daxil ola biləcək və "Terminal 2"də vətəndaşları düşürə bilərlər, lakin oradan kimisə aparmaq mümkün olmayacaq. Həmin ərazilərdə fəaliyyət göstərəcək H1 və H2 avtobusları ilə vətəndaşlar ünvanlara gedə bilərlər. H1 üzrə marşrut hava limanı - "28 may" ərazisini, H2 üzrə marşrut isə hava limanı - "Əhmədli" metrosu stansiyasını əhatə edir".

Külək güclənəcək - XƏBƏRDARLIQ

Noyabrın 2-3-ü gecə və səhər Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq olunub. Bu barədə Sozcu.az-a Xidmətdən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək. Sarı xəbərdarlığa uyğun olaraq Hacıqabul, Şirvan, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Gəncə, Göygöl, Daşkəsəndə fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Şahin Mustafayev Qriqoryanla görüşdü: razılıq əldə edildi

2024-cü il noyabrın 1-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın onuncu görüşü keçirilib. Sozcu.az xəbər verir ki, yuxarıda qeyd olunan komissiyaların birgə fəaliyyəti haqqında 2024-cü il avqustun 30-da imzalanmış Əsasnamənin 7-ci maddəsinə uyğun olaraq, görüş zamanı Tərəflər həmin Əsasnamənin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların onların dövlətləri tərəfindən yerinə yetirilməsi barədə bildirişləri mübadilə etdilər. Əsasnamənin 7-ci maddəsinin bu cür prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin alındığı gündə onun qüvvəyə minməsini təsbit etməsini nəzərə alaraq, Tərəflər vurğuladılar ki, sözügedən Əsasnamə 2024-cü il noyabrın 1-də qüvvəyə minir. Tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ətrafında fikir mübadiləsi apardılar. Tərəflər delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə etdilər. Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəldilər. Komissiyaların görüşü başa çatdıqdan sonra Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan ayrıca olaraq nəqliyyat kommunikasiyaları məsələlərini müzakirə etdilər.

Türkiyə ordusu15 terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalındakı “Fərat qalxanı” və “Sülh çeşməsi” bölgələrində PKK/PYD terror qruplaşmasının 11, İraqın şimalındakı “Pəncə-Kilit” əməliyyat bölgəsində isə PKK-nın 4 üzvü öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin X səhifəsində məlumat yayılıb.

Xaçmazda qətl: 57 yaşlı kişi öldürüldü

15:48 Noyabrın 1-də saat 13 radələrində Xaçmaz rayonu ərazisində 1967-ci il təvəllüdlü İlham Rüstəmovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Sozcu.az-a Xaçmaz Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, araşdırma zamanı 1981-ci il təvəllüdlü Rəhman Cavadovun şəxsi münasibətlər zəminində İlham Rüstəmova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. "Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Rəhman Cavadov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub", - məlumatda bildirilib.

Prezidentin başçı təyin etdiyi şəxs kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamına əsasən Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Sozcu.az xəbər verir ki, O. Hüseynzadə 1983-cü ildə Bakı şəhərində anadan olub. O, 2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 2006-2012-ci illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2012-2018-ci illər ərzində isə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müxtəlif vəzifələrdə işləyib. 2018-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında çalışıb. Daha sonra isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsində işləməyə başlayıb.

Qaz limitinə yenidən baxılmalıdır - Deputatdan təklif

Qaz limiti məsələsində narazılıqların artan xətlə getməsini nəzərə alaraq limitlərə və qiymətlərə yenidən baxılmasına ehtiyac var. Sozcu.az ölkə.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Əli Məsimli deyib. O qeyd edib ki, dağ kəndlərinin qış mövsümü ilə əlaqədar problemlər vaxtından əvvəl üzə çıxıb: “Bəzi kəndlərdə qaz yoxdur, bəzilərində də soyuq mövsüm çox olduğundan qazdan daha çox istifadə olunur. Ona görə də qaz limitinin baxılmasına ehtiyac var. Məsələ getdikcə aktuallaşır. Bu baxımdan dağ kəndlərində qaz limitinə yenidən baxılmasına ehtiyac var".

Prezident yeni başçı təyin etdi

Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Hava dəyişir: Temperatur 10 dərəcə enəcək - Xəbərdarlıq

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 3-ü günün ikinci yarısından ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, 4-ü axşamadək qeyri-sabit, arabir yağıntılı keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bunu Millli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib. G.Abbasova qeyd edib ki, havanın temperaturunun ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcəyi gözlənilir. O bildirib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 3-ü axşamdan 4-ü gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı ehtimalı var. “Noyabrın 3-ü axşam şimal və qərb rayonlarından başlayaraq 4-ü axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda yağışın qara keçəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur”, - xidmət rəsmisi vurğulayıb.

Xəstəxanada DƏHŞƏT: diri-diri yanıb ölən var

Almaniyanın Frankenberq şəhərində (Hessen federal əyaləti) xəstəxanada güclü yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Bild qəzeti məlumat yayıb. Bildirilib ki, yanğın nəticəsində 14 nəfər xəsarət alıb. Onlardan birini xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, yanğın saat 18:40 radələrində otaqlardan birində başlayıb və yanğın siqnalı işə düşüb. Həkimlərin sonradan xilas edə bilmədiyi şəxsin yanğın baş verən palatadakı xəstə olduğu ehtimal edilir. Yanğın uğurla söndürülüb. 13 xəstə tüstüdən zəhərləndiyi üçün digər tibb müəssisələrinə köçürülüb. Bəzilərinin başqa əlavə köməyə ehtiyacı yaranıb. Hadisə yerində bir neçə yanğınsöndürən maşın, təcili yardım maşınları və tibb işçiləri olub. Xəstəxananın bəzi əraziləri yararsız hala düşdüyündən 150-yə yaxın xəstə qonşu klinikalara köçürülməli olub. Hazırda polis yanğının səbəbi araşdırır.publika)

"Travmatologiya"nın travmalı dəhlizi, biganə tibb bacıları

"Bu gün yolum təsadüfən Travmatologiya Xəstəxanasına düşdü və orada gördüklərimdən gerçək reallıq qarşısında xəcalət çəkdim". Sozcu.az xəbər verir ki, bunu sosial şəbəkədə "Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu yazıb. "Dəhlizdə metlaxlar dağılıb, qapılar sınıq-sökük, xəstələr isə çarəsiz durumdadır. Dəhlizin sonunda dayanan gülərüz tibb bacılarına səslənərək, “Xəstə sizi çağırır, eşitmirsinizmi?” dedim. Onlar isə, “Eşidirik, amma bu sizi niyə narahat edir ki?” cavabını verdilər", - deyə Ş.Xuduoğlu qeyd edib.

Baba Rzayev töhmət alsa da “Azərenerji“nin ixrac gəlirləri kəskin azalır

Bu ilin üçüncü rübündə "Azərenerji" ASC 73,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 4,5 dəfə azdır.  “Yeni Sabah” bu barədə “İxrac İcmalı”na istinadən xəbər verir.  Məlumata görə son bir ildə dövlət şirkətinin ixrac gəlirləri 256 milyon manat azalıb. 2023-cü ilin ilk doqquz ayında "Azərenerji" xaricə 329,7 milyon dollarlıq məhsul ixrac etmişdi.  Qeyd edək ki, ASC dövlət şirkətləri arasında qeyri-neft məhsulları ixracına görə 5-ci yerdə qərarlaşıb.  Xatırladaq ki, bu ilin oktyabrın 10-da Baş nazir Əli Əsədovun sərəncamı ilə "Azərenerji”nin sədri Balababa Rzayevə şiddətli töhmət elan edilib. Buna əsas səbəb kimi 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etməsi göstərilib.

Bakı metrosunda ciddi problem – Qatar 10 dəqiqədən çox gecikdi

Bu gün səhər saatlarında Bakı Metropolitenində problem yaranıb. Metropolitenin “Azadlıq Prospekti” stansiyasında qatarın uzunmüddətli gecikməsi baş verib. Sozcu.az xəbər verir ki, saat 08:33 və 08:45 arasında metronun 10 dəqiqədən daha çox intervalla gecikməsi müşahidə olunub. Gecikmə stansiyalarda insan izdihamı və qatarlarda sıxlıq yaradıb. Metroda baş verən ləngimənin səbəbi isə məlum deyil. Məsələ ilə bağlı metropolitendən hələlik heç bir açıqlama verilməyib.

Rusiyanın elit bölmələri Ukraynada məhv edildi

Rusiyanın elit xüsusi təyinatlıları Ukraynada dəhşətli itkilər verib. Sozcu.az xəbər verir ki, bu barədə “Nəşnl İnterest”də dərc olunan məqalədə deyilir. Bildirilir ki, Kreml bu bölmələrə ən mühüm vəzifələri - xüsusən də Ukrayna rəhbərliyinin sıradan çıxarılmasını tapşırıb. Amma onlardan cəbhə xəttində istifadə olunub. Qeyd olunur ki, Rusiya xüsusi təyinatlıları əsasən Ukraynanın 2022-ci ildə həyata keçirdiyi əks-hücum zamanı xeyli itki verib. Pentaqonun məlumatına görə, 2022-ci il fevralın 24-də müharibəyə daxil olan beş xüsusi təyinatlı briqadadan biri istisna olmaqla, hamısı ciddi itkilər verib.

Türkiyə XİN: Avrointeqrasiyada irəliləyiş Aİ-nin iradəsindən asılı olacaq

Türkiyənin Avropaya inteqrasiya prosesində irəliləyiş Avropa İttifaqının (Aİ) siyasi iradəsindən və ona strateji yanaşmasından asılı olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Aİ-yə üzv olmağa namizəd ölkələrin genişlənməsi və irəliləyişinə dair oktyabrın 30-da dərc etdiyi illik hesabatına Türkiyə Xarici İşlər Nazirliyinin verdiyi şərhdə deyilir. “Mövcud regional və qlobal çağırışlar fonunda aydındır ki, Türkiyə-Aİ münasibətlərinə yeni baxış lazımdır. Biz Aİ-nin Türkiyə ilə əməkdaşlıq məsələsində son vaxtlar göstərdiyi səyləri alqışlayırıq. Bununla belə, münasibətlərin canlandırılması siyasi iradə və Aİ-nin strateji baxışına əsaslanan konkret addımlar tələb edir”, - şərhdə vurğulanıb. Qeyd olunub ki, Türkiyə Aİ ilə konstruktiv əməkdaşlığa ümid edir. Xatırladaq ki, Ankara 2005-ci ildə Aİ-yə tamhüquqlu üzv kimi daxil olmaq üçün rəsmi müraciət edib. Danışıqlar prosesində maneələrdən biri də Kipr problemidir.

Gədəbəydə ağır qəza baş verib, ölən və yaralanan var

Gədəbəydə ölümlə nəticələn ağır yol qəzası baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə rayonun Ərtəpə kəndində qeydə alınıb. Kənd sakini 1993-ci il təvəllüdlü Kamil Allahyarovun idarə etdiyi "QAZ-53" yoldan çıxaraq aşıb. Qəza zamanı yük maşının sərnişini 1975-ci il təvəllüdlü Mərdan Bağırov hadisə yerində ölüb. Sürücü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.apa

Bakıda COP29 zolaqlarına daxil olmaq qadağan edilib

COP29-la əlaqədar Bakıda daşımaların fasiləsizliyinin təmin edilməsi məqsədilə təşkil edilən xüsusi hərəkət zolaqlarına daxil olmaq qadağan edilib. Bu barədə "APA-Economics"ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, 1 noyabr tarixindən 26 küçə və prospektdə – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və ​Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən zolaqlara daxil olmaq qadağandır. Qurum hərəkət iştirakçılarına yollarda quraşdırılan nişanların və çəkilən yol cizgi xətlərinin tələblərinə riayət etmələrini tövsiyə edir.

KİV: İran yaxın günlərdə İraq ərazisindən İsrailə zərbə endirmək niyyətindədir

İran İsrailin son hücumuna cavab olaraq yaxın günlərdə İraq ərazisindən yəhudi dövlətinə genişmiqyaslı zərbə endirməyə hazırlaşır. Sozcu.az xəbər verir ki, bu barədə “Axios” portalı İsrail kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Tehran ABŞ-də noyabrın 5-də keçiriləcək seçkilərdən əvvəl çoxlu sayda PUA və ballistik raketlərdən istifadə etməklə əməliyyat keçirə bilər.

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq

ABŞ yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketi ayıracaq. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken təfərrüatlara varmadan açıqlayıb. Diplomat Vaşinqtonda ABŞ və Koreya Respublikasının xarici siyasət və hərbi idarə rəhbərlərinin iştirakı ilə “2+2” formatında danışıqların yekunları üzrə birgə mətbuat konfransında deyib: “Biz Ukraynaya hərbi dəstək göstərməkdə davam edirik. Yaxın günlərdə əlavə addımlar barədə məlumat verəcəyik”.

Tramp məni buna məcbur edə bilməz - Zelenski

Tramp prezident seçkilərində qalib gəlsə və Ukraynanı ərazilərini verməyə məcbur etməklə müharibəni bitirmək istəsə, buna nail olmayacaq. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Yeni Yasamalda yanğın: 12 nəfər zəhərləndi

Yeni Yasamalda, Ə.Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında 12 nəfər tüstüdən zəhərlənib. Sozcu.az FHN-ə istinadla xəbər verir ki, 17 mərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib. TƏBİB-in məlumatına görə, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub. 12 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə yerində tibbi yardım göstərilib. 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub.

Öz qapısındakı qoyunu kəsənlərə 5 min dollar CƏRİMƏ

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt layihəsi hazırlayıb. Layihədə dönərin hazırlanmasını həyata keçirən iaşə obyektləri qarşısında yeni tələblər qoyulub. İlk növbədə, istifadə olunan ətlə bağlı qaydalar sərtləşdirilir. Yeni qaydalar dönərxanalarda zəhərlən və keyfiyyətsiz ət istifadəsinin qarşısını alacaqmı? Yenisabah.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, hazırda AQTA ət sektorunun bir çox seqmentinə tam nəzarət edə bilmir: “Ümumiyyətlə, hazırda heç bir mağazaya heç bir ərzaq məhsulu AQTA-nın sənədi olmadan daxil ola bilmir. Heç bir supermarket müvafiq sənədi olmayan heç bir məhsulu qəbul etmir. Eləcə də marketlərə daxil olan ətin hamısı AQTA-nın sənədi əsasında satışa buraxılır. AQTA-ın tələbinə əsasən, əmtəə bazarında satılan bütün iri və xırdabuynuzlu heyvanlar onun müəyyən etdiyi yerlərdə kəsilməlidir. Mal baytar nəzarətindən keçirilməli və sənəd verildikdən sonra satış şəbəkələrinə gedə bilər. Lakin AQTA bazarın ət sektorunun bütün seqmentlərinə nəzarət edə bilmir. Çünki fərdi təsərrüfatlarda da vətəndaşlar öz heyvanlarını kəsir və istehlak edirlər”.  Eyyub Hüseynov inzibati üsulların və cərimələrin heç nəyi dəyişdirməyəcəyini qeyd edib: “AQTA nəzəri olaraq istəyir ki, Yeni Zellandiyadakı praktikanı tətbiq etsin. Həmin ölkədə əgər vətəndaş hətta öz qapısındakı qoyunu kəsərsə, 5 min dollar cərimələnir. AQTA Qərb ölkələrində tətbiq olunan qaydaları icra etmək istəyir, ancaq çox zəif addımlar atır. Bu hədəflərə çatmaq üçün insanların şüurunda dəyişklik edilməlidir. Ona görə də AQTA gərək bütün istehlakçıları özünün lobbiçilərinə çevirsin. Bu məsələdə KİV-in müstəsna rolu var. Lakin buna nail olmaq mümkün olmayıb. Cərimələmə inzibati üsuldur. Mən isə dəfələrlə təklif etmişəm ki, z köməkləşib nümunəvi dönərxanalar yaradaq. Əhali bu dönərxanalara getsin və bazar üsulu ilə digərləri sıradan çıxsın. Təəssüf ki, heç kəs təşəbbüsə dəstək vermədi. Bir sözlə, inzibati metod özünü doğrultmayacaq. Dönərxanalar istədiyi ucuz ətdən istifadəyə etməyə davam edəcək. Sonra qanuni kəsim yerindən ət alıb kağızını divardan asacaq və əvvəlki kimi könlü istəyən dönər satacaq”.

Qazaxda zəncirvari qəza, xəsarət alanlar var

Qazaxda üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var. Sozcu.az -ın məlumatına görə, hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb. Avtomobillərin toqquşması nəticəsində 1976-cı il təvəllüdlü K.Salehov və 1987-ci il təvəllüdlü S.Ocaqverdiyev xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Şvartsenegger kimə səs verəcəyini açıqladı

Məşhur Hollivud ulduzu, Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartsenegger ABŞ prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisə səs verəcək. Sozcu.az xəbər verir ki, aktyor bu barədə özünün X səhifəsində yazıb. “Bu həftə Kamala Harris və Tim Foltsa (vitse-prezidentliyə namizəd) səs verəcəyəm”, - Şvartsenegger bildirib. Aktyor bununla yanaşı bildirib ki, hazırda heç bir partiya onun xoşuna gəlmir: “Respublikaçılar azad bazarın gözəlliyini unudublar, kəsiri artırıblar, seçkilərin nəticələrini rədd ediblər və demokratlar da kəsiri daha yaxşı idarə edə bilmirlər. Demokratlar Partiyasının daxili siyasəti səbəbindən ABŞ şəhərlərində cinayətlər artır”.