“Azərpoçt” qazansın deyə, bu gün Astaranın 15 bələdiyyəsi niyə iflic vəziyyətə düşməlidir? CİDDİ SİQNAL

“Azərpoçt” qazansın deyə, bu gün Astaranın 15 bələdiyyəsi niyə iflic vəziyyətə düşməlidir? CİDDİ SİQNAL  Azərpoçt” ASC-nin apardığı regional idarəetmə siyasəti nəticəsində ASC-nin Astara filialı bağlandı. Bizə bildirdilər ki, Lənkəran filalında bələdiyyələrin yeni hesabı açılmalıdır. Baxmayaraq ki, bələdiyyələrin bütün məlumatları Astara filalında var idi,  1-ci əsrdə bu hesabları Lənkəran filalına keçirmək üçün bir neçə dəqiqə kifayət idi. Amma “Azərpoçt” bunu etmədi. Hesab açmaq üçün Dövlət Vergi Xidmətindən "şəhadətnamə dublikat" almaq üçün müraciət etmək lazım idi. Əksər bələdiyyələrin DSMF və vergi borcu olduğu üçün Dövlət Vergi Xidmətindən "şəhadatnamə dublikat" üçün müraciət etmək mümkün olmayıb. Lakin Dövlət Vergi Xidmətinə məktubla müraciət etdik. Sağ olsunlar , vergi borclarını ödəmədən bələdiyyələrə bu imkan verildi. Yeni hesabları açdıq. İndi 3 aydan çox vaxt üstündən keçməsinə rəğmən “Azərpoçt”un Lənkəran filalı hesabımızı aktiv edə bilmir. 4 aydan artıqdır ki, biz bələdiyyə olaraq "Azərpoçt"un yarıtmazlığı ucbatından hesablarımızdan heç bir əməliyyat apara bilmirik.   Həm də hesabdan əlavə keçmiş əmək haqqı kartları da ləğv olunur. Yeni əmək haqqı kartı da əlavə ödəniş tələb edir. “Azərpoçt” qazansın deyə, bu gün Astaranı 15 bələdiyyəsi iflic vəziyyətə düşüb.  Bugün düyünə düşmüş bu məsələnin həllinə çalışmaq lazımdır. Rüfət Əliyev Astara rayonu Homoşam bələdiyyəsinin sədri  P.S. Məsələ ilə əlaqədar Azərbaycan Milli Bələdiyyə Assosiasiyalarına və “Bələdiyyələrin onlayn xidmət” mərkəzinə müraciət etdik. Qurumlardan bildirdilər ki, məsələdən məlumatlıdırlar və bununla bağlı “Azərpoçt”un rəhbərliyi ilə əlaqə saxlanılıb. “Azərpoçt rəhbərliyi tərəfindən məsələnin tezliklə bələdiyyələr üçün “itkisiz” həll ediləcəyi bildirilib.

Yardımlıda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var

Yardımlı rayonunda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var. Hadisə avqustun 21-də rayonun Abidinli kəndi ərazisində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 1966-cı il təvəllüdlü İlqar Əhmədağa oğlu Zeynalov idarə etdiyi UAZ markalı minik avtomobili ilə örüş sahəsində hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi dərəyə düşüb. Hadisə nəticəsində avtomobildə olan sərnişinlər, sürücünün həmkəndliləri - Seymur Elxan oğlu Zeynallı və İsmət Etibar oğlu Zeynallı xəsarət alıblar. Sürücü İ.Zeynalov isə aldığı xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Şəmkirdə həmkəndlilər arasında dava: bir nəfər bıçaqlandı

Şəmkirdə həmkəndlilər arasında dava olub, bir nəfər bıçaqlanıb. Sozcu.az xəbər verir ki, hadisə Mahmudlu kəndində qeydə alınıb. Şəmkir rayon sakini, 1968-ci il təvəllüdlü F.Alıyev mübahisə zəminində bıçaqlanıb. O, bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun həmkəndlisi, 1992-ci il təvəllüdlü Ü.Paşayev hadisəni törətməkdə şübhəli bilinən şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Avqustun 23-dək əksər rayonlarda hava yağmursuz keçəcək

Avqustun 21-i saat 10:00-a olan məlumata görə ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 20-də gündüz Lənkəran-Astara bölgəsinin bəzi yerlərində qısamüddətli yağış yağıb (1 mm-dək). Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın maksimal temperaturu Abşeron yarımadasında 36 dərəcəyədək, Naxçıvan MR-da və aran rayonlarında 37 dərəcəyədək, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olub. Avqustun 21-23-də əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtımalı var. Cənub-şərq küləyi üstünlük təşkil edəcək.

Ağcabədidə kişi bıçaqlandı: qonşusu şübhəli bilinir

Ağcabədidə kişi bıçaqlanıb, qonşusu şübhəli bilinir. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə avqustun 20-də Ağcabədi şəhəri, H.Aslanov küçəsində qeydə alınıb. Belə ki, rayon sakini Namiq Kazımovla qonşusu Ramil Hüseynov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Nəticədə N.Kazımov qonşusunun qarın nahiyəsinə bıçaqla bir zərbə endirib. Faktla bağlı araşdırma aparılır.

Oğuzda birinci kurs tələbəsi vəfat etdi

Oğuz rayonunun Bayan kəndində 18 yaşlı qız vəfat edib. Sozcu.az Report-a istinadla xəbər verir ki, 2005-ci il təvəllüdlü Aydan Vidadi qızı Umarova yaşadığı evdə özünü pis hiss edib. O, Təcili Tibbi Yardım avtomobili ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib. Qeyd edək ki, Aydan Umarova Bakı Mühəndislik Universitetinin birinci kurs tələbəsi olub.

Gəncə şəhərində təhlükəli vəziyyət yaradan elektrik naqili

Gəncə şəhəri Ordubadi küçəsində qırılıb yerə düşmüş elektrik naqili təhlükəli vəziyyət yaradır. Küçə sakinləri İdarəyə, onun rəhbərliyinə zəng etsədə telefona cavab verən olmayıb. Sakinlər məcburiyyətdən problemin həllini ictimailəşdirməkdə görüblər: Ceyhun Nəbi

Gəncədə 24 yaşlı qız faciəvi şəkildə öldü

Gəncədə 24 yaşlı qız binadan yıxılaraq ölüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Şahsevənlər küçəsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində qeydə alınıb. Belə ki, şəhər sakini, 1999-cu il təvəllüdlü Şəhla Mehdiyeva yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılaraq aldığı xəsarətlərdən ölüb. Faktla bağlı araşdırma aparılır.

Ukraynada daha bir azərbaycanlı hərbçi həlak oldu - Foto

Ukrayna Silahlı Qüvvələrinin cənub birləşmələrinin azərbaycanlı hərbçisi Rafiq Hacıqulu oğlu Əliyev Zaporojye istiqamətində həlak olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, əslən Azərbaycanın Astara rayonunun Pensər kəndindən olan 1981-ci il təvəllüdlü Ukrayna vətəndaşı R.Əliyev bir müddət əvvəl itkin düşüb. Bu yaxınlarda isə onun meyiti tapılıb. Hazırda onun nəşi cənub istiqamətində morqların birindədir. R.Əliyev müharibəyə qədər Ukraynada Luqansk vilayətinin sakini olub.

Şamaxıda dağlıq ərazidəki yanğın söndürüldü

Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın tam söndürülüb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edək ki, yanğınsöndürmə işləri mürəkkəb şəraitdə, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilib. Yanğın zamanı ümumilikdə 7 hektara yaxın ərazidə əsasən, quru ot və kol-kos yanıb. Yanğınsöndürmə işlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri iştirak edib.

Şəhidimizin anası vəfat etdi

44 günlük Vətən müharibəsində şəhid olan İsə Orucovun anası Nayibə Orucova vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.  “Şəhid valideynlərinə yenidən ciddi psixoloji dəstək lazımdır. Övlad dərdinə dözə bilmirlər”, - o qeyd edib. Qeyd edək ki, İsə Razim oğlu Orucov 20 iyun 2001-ci ildə Şəmkir rayonu Seyfəli kəndində anadan olub. O, 27 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”,  "Cəsur döyüşçü" medalları  və "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 

Ukraynada qətlə yetirilən azərbaycanlıların nəşləri vətənə gətirilib

Ukraynanın Xerson vilayətində rus tankı ilə qətlə yetirilən həmyerlilərimiz Əzizov Orxan Mahir oğlu və Qədirov Ramiz Abuzər oğlunun nəşləri vətənə gətirilib. Onların meyitləri bu gün səhər saat 05:00 radələrində Zərdab rayonunun Məmmədqasımlı kəndinə gətirilib. Kənd məscidində cənazə namazı qılındıqdan sonra onların nəşləri Məmmədqasımlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, qətl edilənlərin hər ikisi ailəli idi və azyaşlı övladları var. Ailə üzvlərindən "Report"un yerli bürosuna bildiriblər ki, Ramiz və Orxan təqribən 5 ay əvvəl Ukraynaya işləmək məqsədilə gediblərmiş. Xatırladaq ki, avqustun 13-də gecə saatlarında Rusiya ordusuna məxsus tank azərbaycanlıların idarə etdiyi meyvə-tərəvəzlə dolu avtomobilin üzərindən keçib. Hadisə zamanı hər iki şəxs həlak olub.