Pandemiyada yazılan cərimələr nə vaxt SİLİNƏCƏK? – AÇIQLAMA

Azərbaycanda 2020-ci ilin martından koronavirus səbəbilə elan edilən xüsusi karantin rejimi aprel ayının 2-dək davam edəcək. Həmin tarixdən sonra karantin rejiminin uzadılması hələlik məlum deyil. Rejim tam ləğv edilməsə də, infeksiyanın çox yayıldığı zaman xeyli sayda insanın cərimələnməsinə səbəb olan maska və digər qadağalar götürülüb. Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə keçirilən tədbirlər zamanı qaydalara uymayan vətəndaşlar cərimələnib. Lakin ümumilikdə nə qədər insanın cərimələndiyi, nə qədərinin cəriməni ödədiyi və borclu qaldığı haqqında statistika yoxdur. Rəqəmlər məlum olmasa belə hələ də sosial şəbəkələrdə cərimələrin ləğvi, məbləği barədə müzakirələr gedir. Cərimə olunan və bunu ödəməyənlər cərimənin hansı halda silinməsinin mümkünlüyü ilə bağlı suallara cavab axtarırlar. Xüsusilə, qonşu ölkələr, Gürcüstan və Türkiyə cərimələrin ləğvi və ödənilən cərimələrin məbləğinin geri qaytarılması haqqında qərar qəbul etdikdən sonra ölkədə buna ümid edənlərin sayı artıb. Maskasız, sms icazə olmadan çölə çıxanların cərimələri hansı halda bağışlana bilər? Cəriməni ödəyənlərin ödədiyi məbləğ geri qaytarıla bilərmi? Mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Razi Nurullayev cərimələrin ləğvinin tərəfdarıdır: “Buna hökumət, Milli Məclis səviyyəsində qərar verilə bilər. Gürcüstanda bu məsələ qaldırıldı və parlament səviyyəsində həll olundu. Hesab edirəm ki, Azərbaycanda da məsələyə diqqətlə yanaşılmalı və həll olunmalıdır.  Doğrudur, o vaxt kimlərsə cərimə olundu, amma dövlətin məqsədi insanları cərimələmək, insanların cibinə girmək deyildi. Məqsəd insanları məsuliyyətli olmağa dəvət etmək idi. Bu baxımdan düşünürəm ki, bu cərimələr ləğv olunmalıdır. Bunun necə olacağını deyə bilmərəm. Amma bu məsələnin ciddi şəkildə həllinin tərəfdarıyam”. Milli Məclisin üzvü cərimələrin geri qaytarılmasında Türkiyə təcrübəsindən istifadə edilməsini doğru hesab edir:  “Cərimələrin geri qaytarılması ilə bağlı Türkiyədə təcrübə varsa və ölkəmizdə də bu həyata keçirilərsə, təbii ki, vətəndaşlarımız çox razı qalar. Mən istəyərdim ki, olsun. Nə qədər mümkündür, mümkün deyil, gərək bununla bağlı əlaqədar orqanlar qərar versin. Amma niyə mümkün deyil ki? Həyatda mümkün olmayan nəsə varmı?!  Hər şey mümkündür. Ən azından hələki ödənilməyən cərimələrin ləğv olunması ilə bağlı bir qərar lazımdır. Kimlərsə də ödəyibsə, onlara haqsızlıq olmasın deyə, həmin şəxslərin cərimələrinin geri qaytarılması gözəl bir addım olar”.

"Orta ixtisas təhsilli bağça müəllimlərinin işləməsinə icazə verilməyəcək” - Emin Əmrullayev

Məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslərin minimum bakalavr təhsili səviyyəsində hazırlanması əsas məqsəddir. Sozcu.az xəbər verir k, bunu Elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib. Nazir hesab edir ki, yaxın gələcəkdə bununla bağlı dəyişiklik barədə məlumat vermək mümkün olacaq: “Gələcəkdə orta ixtisas təhsilli mütəxəssislərin bağçalarda işləməsinə icazə verilməyəcək. Biz artıq ümumi təhsildə orta ixtisaslı mütəxəssislərin fəaliyyətini dayandırmışıq. Bu, məktəbəqədər təhsildə də olacaq. Bu vaxta qədər işə qəbul olunmuş orta ixtisaslı şəxslər çalışacaq. Onların fəaliyyətinə heç bir müdaxilə edilməyəcək.

"KamAZ" 74 yaşlı velisopedçini vuraraq öldürdü

Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə Gəndob-Xaçmaz -Yalama avtomobil yolunun rayonun Cinartala kəndindən keçən hissəsində baş verib. Belə ki, "KamAZ" markalı yük avtomobili velosipedçi, 1949-cu il təvəllüdlü Mirzəyev Sədyar Qaraxan oğlunu vuraraq öldürüb. Hadisə ilə bağlı araşdırma aparılır.

Toyda dava düşüb, bıçaqlananlar var - YENİLƏNDİ

Gəncədə toyda bıçaqlan şəxslərin sayı üçə çatıb. Bıçaqlanan şəxs 1992-ci il təvəllüdlü Əli Musayevdir. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. APA *** 12-09/22:41 Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə Mahrasa bağı adlanan ərazidə yerləşən şadlıq saraylarının birində qeydə alınıb. 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev və 1983-cü il təvəllüdlü Akif Rüstəmov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım göstərilib, vəziyyərlərinin kafi oldu bildirilir. Məlumata görə hər iki şəxs toyda dava zamanı bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. APA

Bank kartlarından oğurluq edənlər tutuldu

Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı vətəndaşlardan birinin kartından 312 manat pul oğurlamış paytaxt sakini 2002-ci il təvəllüdlü Aqşin Quliyev saxlanılıb. Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə daha bir vətəndaşın bank kartından 346 manat pul oğurlamış Qusar rayon sakini 1997-ci il təvəllüdlü Sahil Xaspoladov saxlanılıb. Hər iki şəxs barəsində araşdırmalar davam etdirilir. Qeyd edilib ki, onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Bakıda ana övladını taksidə qoyaraq qaçdı

Daxili İşlər Nazirliyi (DİN) Bakıda ananın övladını taksidə qoyaraq qaçması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılır: “Məsələdən məlumatlıyıq, araşdırmalara başlanılıb”. 04:12 Bakıda ana övladını taksidə qoyaraq qaçıb. Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib. “Gecəmiz təəssüf ki, rahat keçmədi. Körpənin anası övladını taksidə qoyaraq gedib. O, taksi sürücüsünə su alıb qayıdacağını bildirib. Hazırda körpə sığınacaqdadır”, - deyə M.Zeynalova qeyd edib.

Sənədsiz evlərlə bağlı şokedici iddia: Başqa ünvanla...

Bu il oktyabr ayının 1-dən sonra paytaxtda tikilən sənədsiz evlər elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq. Yeni qərara görə, sənədsiz evlərə kommunal xidmətlər göstərilməyəcək. Bu xidmətlərin göstərilməsi üçün mütləq şəkildə evin çıxarışı olmalıdır. Bu qərar əmlak bazarına öz təsirini göstərib. Alqı-satqı edənlər arasında çaşqınlıq yaranıb. “Cebhe.info” əmlak bazarını araşdırdıqda, məlum olub ki, yarıtikili evlərdə qiymətlər aşağı düşüb. Sənədi olan evlərdə də alıcı qıtlığından qiymətlərdə azalma olduğunu deyən “maklerlər” var. Adının çəkilməsini istəməyən “makler” bildirib ki, sənədsiz yarıtikili evlərə bəzi kommunal xidmətlərin verilməsində qanundankənar yollar axtarılır: "Qanunla həmin evlərə kommunal xidmət göstərilməsə də, bunun da çarəsini axtarırlar. Bəzən kimlərsə riskə gedib müəyyən razılaşma ilə başqa ünvanlara aid abonent kodunu aktivləşdirib yeni ünvanlara verməyə cəhd edir. Alınmasa belə, ilkin cəhdlər edilir. Amma nail ola bilmirlər”. Vasitəçi bazardakı son durumu acınacaqlı hesab edir: "Bazarda son bir ayda çox durğunluq var . Bir aydır ki, ev satmaq olmur, evin hər bir sənədi olsa belə satılmır. Hər kəs zəng edir, məlumat almaq istəyir. Bu qərardan sonra əhalinin əmlak bazarına maraqı azalıb. İnsanlar bilmir nə etsin, necə etsin. Çünki bələdiyyə sənədi olan evlər çoxluq təşkil edir. Qəbul edilmiş son qərardan sonra elə evlərə də maraq çox azalıb. Alıcılar daha çox sənədli evlərə üstünlük verirlər. Onun da qiyməti münasib olmadığına görə alıcısı azlıq təşkil edir". “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı açıqlamasında bildirib ki, onun təmsil etdiyi qurumda ümumiyyətlə, belə hallar mümkün deyil. “Azərsu” ASC ancaq sənədi qanunun tələblərinə cavab verən evlərə xidmət göstərir: "Prezident Fərmanı ilə qanuna dəyişiklik edilib və 1 okyabrdan tikintiyə icazəsi olmayan evlərə suyun verilməsi qanunla qadağan olunub".

Bakıda xəstəxanada biabırçılıq: “İşçilər əməliyyat zamanı…”

Özəl tibb müəssisəsində lentə alınan videogörüntülər cəmiyyətdə narazılığa səbəb olub. Sozcu.az oxu.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə paylaşılan görüntülərin metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında, Kazım Kazımzadə, 99 ünvanında yerləşən “Uni” klinikasında həkim Elmir Qəhrəmanovun icra etdiyi əməliyyat zamanı lentə alındığı iddia edilir. Belə ki, əməliyyat gedərkən həkimin assistenti olduğunu bildirən xanım “TikTok” platformasında canlı yayım açıb. Canlı yayım zamanı izləyicilər şərh bölməsindən xanıma “Komutan”, XTQ, “Hidayət” kimi sözləri əlinə yazmasını istəyirlər. Xanım isə əlcəklərin üzərinə qeyd edilən sözləri yazır. Sözügedən canlı yayımda aparılan cərrahi əməliyyata dair heç bir məlumatlandırıcı məzmunun olmaması və xanımın əməliyyat zamanı lağlağı etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Steril mühitin pozulmasını, pasiyentin sağlamlığının riskə atılmasını qınayan sosial şəbəkə istifadəçiləri bu davranışı həkimin və tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri-peşəkar yanaşması kimi qiymətləndiriblər. Məsələ ilə bağlı sözügedən klinikanın direktoru Elmir Daşdəmirov ilə əlaqə saxladıq. Direktor saytımıza açıqlamasında sözügedən videogörüntülərin onun klinikasında və həkim Elmir Qəhrəmanovun əməliyyat zamanı çəkildiyinə dair iddiaları təsdiq edib: “Videogörüntülərdən xəbərim yox idi, indi gördüm. Həkim çağırılacaq, töhmət veriləcək. Mən işdən azad eləsəm, gedib ayrı müəssisədə işləyəcək. Həkimdir, diplomunu da əlindən ala bilmərəm. Digər məqamı Səhiyyə Nazirliyi yoluna qoymalıdır”.

Deputatın milyonlarla vergi borcu olan şirkətini məhkəməyə verdilər

78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədov tərəfindən təsis olunan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinə qarşı məhkəmə iddiası qaldırılıb. Sozcu.az xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatına verilib. “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi barədə iddianı “Tekno Crusher” MMC qaldırıb. Məhkəmə iddiası alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlı qaldırılıb. Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 45 min dollar olan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi 16 oktyabr 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Məmmədov Ramiz Fərman oğlu olan “Kaspi-Yıldız”ın hüquqi ünvanı “Nizami rayon, Özbəkistan, ev 24E”də yerləşir. “Kaspi-Yıldız” barəsində iddia qaldıran “Tekno Crusher” MMC isə 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4 manat olan şirkətin qanuni təmsilçisi Padayev Nikolay İvanoviçdir. MMC mərkəzi ofisi Rusiyada yerləşən “Tekno Crusher” şirkətinə bağlıdır. Bu şirkət Azərbaycandan başqa İran və Qazaxıstanda da fəaliyyət göstərir. Şirkət mədən sənayesində istifadə olunan avadanlıqların istehsalı və satışı ilə məşğuldur. Onu da qeyd edək ki, şirkətin təsisçisi 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədovdur. 2019-cu ildə mətbuata verdiyi açıqlamada İqbal Məmmədov bildirib ki, o, 2010-cu ildə deputat seçildikdən sonra müəssisəyə rəhbərliyi qardaşına həvalə edib. Bir müddət “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinə rəhbərlik edən İqbal Məmmədovun qardaşı Asif Məmmədov isə 2006-2013-cü illərdə Balakən və Şamaxı rayonlarının İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Onu da bildirək ki, ötən ilin yanvar ayında “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin Türkiyə vətəndaşı olan təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50% payı İqbal Məmmədova verib. Nəticədə “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100% pay ilə millət vəkili İqbal Məmmədov olub. İqbal Məmmədovun təsis etdiyi şirkət uzun zamandır dövlət büdcəsinə olan böyük miqdarda vergi borcuna görə mətbuatda müzakirə olunur. Hazırda “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin dövlət büdcəsinə 9 milyon 392 min 818 manat 93 qəpik vergi borcu var. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti daha əvvəl “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinə qarşı məhkəmə iddiası qaldırıb. Amma görünən odur ki, müəssisənin vergi borcu bu günə kimi ödənilməyib. Bundan başqa Azərbaycanın ən böyük bankı hesab olunan “Kapital Bank” da (səhmlərinin 99,87%-i “Paşa Holdinq”ə məxsusdur) borc müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq millət vəkili İqbal Məmmədova, həmçinin Məmmədov Nəriman Qədir oğluna (deputatın atası), Məmmədov Çingiz Nəriman oğluna (deputatın qardaşı) və “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Birgə Müəssisəsinə qarşı məhkəmə iddiası qaldırıb.yeniavaz)

“Məktəbdən valideynlərə zəng edirlər ki, uşaqları aparın...”

“Dəlixanadı, Allaha and olsun! Məktəblər valideynləri çağırıb uşaqları göndərib evə, idarə də, nazirlik də açıqlama verir ki, bütün məktəblərdə tədris davam edir, bəzi valideynlər könüllü olaraq götürüblər uşaqlarını. 146, 297, 58, 311, 192 saylı məktəblərdə şagirdlər evə buraxılıb, özü də məktəbdən müəllimlər zəng edib valideynlərə ki, gəlin uşaqları aparın, idarədən təlimat var”.  Sozcu.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Həbibə Abdulla şəxsi Feysbuk hesabında yazıb. Jurnalist iddia edib ki, sonradan qərar dəyişib, ikinci növbədə oxuyanlara deyilib ki, dərsə gəlin.  Həbibə Abdulla təhsilə rəhbərlik edən qurumları qeyri-səmimilikdə suçlayıb: "On minlərlə valideynə bu yalanı demək kimə və nəyə lazımdır axı?!” 

Bakı və Abşeronda bu evlər dövlət tərəfindən təmir olunacaq

Azərbaycanın bir sıra ərazilərində salınmış məcburi köçkün qəsəbələrindəki fərdi yaşayış evləri və mənzillər təmir olunacaq. Sozcu.az xəbər verir ki, təmir işləri ilə əlaqədar sifarişçi Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsidir. Belə ki, təmir işləri Bakı şəhəri, Abşeron, Saatlı, Füzuli, Biləsuvar, Goranboy, Füzuli, Göyçay və Qəbələ rayonlarında salınmış məcburi köçkün qəsəbələrindəki fərdi yaşayış evləri və mənzilləri əhatə edəcək.(İqtisadiyyat.az)

Şəhid atası vəfat etdi - FOTO

Bu gün Neftçalada şəhid atası vəfat edib.  Oxu.Az-ın məlumatına görə, şəhid Elşən Xankişiyevin atası Elşad Xankişiyev dünyasını dəyişib.  Qeyd edək ki, şəhid Elşən Xankişiyev 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. E.Xankişiyev 21 sentyabr 2023-cü il tarixində Neftçala şəhəri Şəhidlər xiyabanında dəfn olunub.