Ətin qiyməti BAHALAŞACAQ - AÇIQLAMA

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin yanvar - oktyabr ayları ərzində Azərbaycan xaricdən mal əti idxalını 93.3 faiz artırıb. Komitənin başqa bir hesabatında göstərilir ki, cari ilin yanvar – sentyabr aylarında Azərbaycanda 2 milyon 533 min 192 ədəd iribuynuzlu mal-qara olub. İstehsal olunan ətin ümumi çəkisi isə 424 min 545 ton təşkil edib. Dövlət Gömrük Komitəsinin bu dövr üçün açıqladığı son hesabat da bu məlumatı təsdiq edir. Belə ki, bu dövrdə Azərbaycana 95 milyon 632 min dollardan çox diri heyvan idxal olunub ki, bunun da ümumi çəkisi 682 tondan bir çox olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 milyon 474 min dollar və ya 37,10 faiz çoxdur. Buradan da belə aydın olur ki, bir il ərzində idxal olunan ətin çəkisində cüzi, yəni 1 milyon 054 tondan bir qədər çox və ya 3,03 faiz, maliyyə dəyərində isə 7 milyon 386 min dollar və ya 10.55 faiz artım olub. Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Referans.az-a açıqlamasında bildirib ki, ət idxalının artmasının səbəbi ölkə daxilində ət istehsalının azalmasıdır: “İdxal hesabına yerli bazarda ət qiymətinin ucuzlaşması mümkün deyil. Bəzi hallarda mümkün olur, amma indiki halda bu belə deyil. Konkret olaraq ət idxalı hesabına ölkə daxilində bazardakı ucuzlaşmaya nail olmaq mümkün deyil. Bu bazarın strukturundan asılı olan bir məsələdir. Məsəl üçün ucuz qiymətə çay idxal etsək, ölkə daxilində çayın qiymətin azalda bilərik, amma ət idxalında bunu etmək mümkün deyil. Çünki bizdə idxal olunan ət çox nadir hallarda bazara çıxır. İdxal olunan ət əsasən hökumət və qeyri-hökumət təşkilatlarında çoxsaylı şəxsi heyyəti qidalandıran müəsissələr üçün istifadə edilir. Bu ətlərin əksəriyyəti dondurulmuş olur”. İqtisadçı qeyd edib ki, bizim bazarlarda gördüyümüz ənənəvi satılan ət idxal olunan ət deyil, yerli ətdir. Onun sözlərinə görə, yerli ət istehsalı azaldıqca da bazardakı ətin qiyməti bahalaşır: “Ət istehsalının ucuzlaşmasının əsas səbəblərindən biri isə 2015-ci ildən bəri bizim iqtisadi strategiyamızla bağlıdır. Pambıq strateji məhsulu istehsal olunanda Azərbaycanda heyvandarlıqla məşğul olan fermerlərin əllərində olan torpaqları alıb yerində pambıq əkdilər. Onlar da əllərində olan heyvanları satıb heyvandarlıqdan çəkildlər və nəticəsi də belə oldu”. Həmişə yay aylarında ətin qiyməti ucuzlaşırdı, amma bu il yay aylarında hətta məhərrəmlik ayı ətin qiyməti 1 manat bahalaşdı. Qarşıdakı aylarda da ətin qiymətinin bahalaşması mümkündür. Biz idxal hesabına heç vaxt ölkə bazarında ətin qiymətini aşağı sala bilmərik – deyə Akif Nəsirli əlavə edib.

Bəzi rayonlara qar yağıb, 4 dərəcə şaxta olub - FAKTİKİ HAVA

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Şərur, Şahbuz, Ordubad, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağıb, Qusar və Şahdağda qar yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Naxçıvan, Şərur, Culfa, Şahbuz, Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Qax, Şamaxı, Naftalan, Gəncə, Balakən, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Şahdağ, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, Yardımlı, Lerikdə duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək, Naxçıvan MR-da 6-10 dərəcə, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 0-4 dərəcə şaxta olub. Bu gün axşam saatlarından yağıntıların tədricən kəsiləcəyi, hava şəraitinin sabitləşəcəyi gözlənilir.

"Azərbaycan hələ də yas dəbdəbəsinin əsiridir"

"Azərbaycan hələ də yas dəbdəbəsinin əsiridir". Sozcu.az bildirir ki, bu sözləri sosioloq Lalə Mehralı deyib. Sosioloq qeyd edib ki, son bir neçə ilin ən qızğın müzakirə və mübahisə edilən mövzularından olan yas süfrəsi mövzusu hələ də müzakirəyə açıq olaraq qalır: "Bu qədər yazılan, müzakirə ediləndən sonra belə heç bir yas sahibi süfrəsini “kasıblatmadı”. Yenə yas süfrələri dəbdəbəsindən, təntənəsindən, cah-cəlalından geri qalmır. Hər gün dindən dəm vuran, israfçılığın günah olmasından danışan insanların öz evində olan yas mərasimlərində belə bu mənzərə kifayət qədər dəbdəbəlidir. Heç kim qonşudan geri qalmır, qalmaq istəmir, imkanı olasa da, olmasa da. Bu ənənə çoxdan başlayıb. İnsanlar yas mərasimlərini toya çevirdilər, süfrələr dolub-daşdı, yas evinin həyətindən toy evini xatırladan təamların növbənöv qoxuları ətrafa yayıldı, qadınlar yasa daha sadə bir don, adi bir paltar geyinmir, kimin nə qızılı, brilyantı, bahalı telefonu varsa yas mağarında nümayiş etdirirdi. Heç kim ayağını yorğanına görə uzatmırdı. Hələ ləbləbini, növbənöv şokoladları, rəngbərəng meyvə sularını, ekzotik meyvələri demirəm. Qonşunun yas süfrəsini bəyənməyib “layiqli ehsan vermədi” deyə tənə edənlər də aramızda çoxdur. Yas məclisini dəbdəbəli şəkildə təşkil etməklə insanlar, başqasının tənələrindən uzaq olmağa çalışırlar. Düşünür ki, süfrəyə az nemət qoysa deyəcəklər ki, ata-anasına hörmətsizlik etdi. Ya filankəs məclisdə üç cür şirniyyat verib deyə bu o qədər verməli, ya da ondan da artıq sayda şirniyyat növü menyuya daxil etməlidir". Bütün ölkəmiz bu yas dəbdəbəsinin əsiridir. Borca salan, sələmə girməyə vadar edən yas mərasimləri fəlakətdən də betərdir. Yasın düşəndə bilmirsən itirdiyin əzizinə yanasan, yoxsa borca girib yas süfrəsi açmaq məcburiyyətində olmağına. Ölən qalır bir tərəfdə, sən qonaqların nə yeyəcəyini, neçə kilo ət lazım olacağını, hansı şirniyyatları bişirtdirmək lazım olduğunu hesablamalısan". Sosioloq qeyd edib ki, qədimdə yas mərasimləri çox sadə keçirilib: "Yas mərasimi kədərin göstəricisidir, ona görə qədimdə yas düşən evdə neçə gün ocaq tüstüləməzdi. Axı əzizi ölən yemək bişirib, süfrə qurmaq istəməz. Yası düşənə, əzizi ölənə qonşusu yemək bişirib gətirərmiş – ocağını tüstülətmədiyi, süfrəsini açmadığını bildiyi üçün. İndi isə ölən əzizimizin portretini əks etdirən tort sifariş edirik. İndiki yas mərasimlərinin bircə xanəndə-çalğıçı heyəti çatmır. Oxuyanın yerində molla oturmasa, divardan mərhumun qara lentli rəsmi asılmasa heç kim yas yas mağarına girdiyini anlamaz.Hər məclisdə molla, axund “bu cür yas süfrəsi açmaq günahdır” deyir, amma özləri daha çox yeyir o təamlardan. Biz göstərişi, cah-cəlalı sevirik. Ən kasıbımız da, ən milyonçumuz da. Əzizini itirmiş insanlar bilmirlər ki, nə etsinlər. İnsanlar yasa sanki ölü yiyəsinə təsəlli vermək üçün deyil, yemək üçün gəlirlər. Əlbəttə, bütün bunlardan əhalinin varlı təbəqəsi deyil, kasıblar əziyyət çəkirlər. Restoranlarda nəinki xeyir, həm də şər üçün xüsusi zallar ayrılıb. Məqsəd də əlbəttə ki, insanların cibinə girərək pul qazanmaqdır. Restoranlardan başqa, belə məclislər üçün qurulan çadırlar da çox bər-bəzəklidir. Artıq çadırlarda insanlar üçün hər bir xidmət yaradılıb. Bu cür çadırların içində hətta ayaqyolu olanları da var. Əvvəllər, rayon-kənd yerlərində kiminsə yaxını öləndə yası olan şəxs sadəcə çadıra görə pul ödəyirdi. Qalan bütün işləri özü, yaxınları gördüyü üçün heç bir əlavə vəsait xərcləmirdi. Amma indi vəziyyət dəyişdiyi üçün hər kəs bu cür xidmətlərdən yararlanmağa üstünlük verir. Ofisiantından tutmuş qab-qaşıqların yuyulmasına qədər bütün xidmətlər yas mərasimi təşkilatçıları tərəfindən təklif olunur. Çadırın içinin çilçırağı, xalçası, pərdələr, mikrofon-səsgücləndirmə sistemi, qab-qacaq və s. xidmətə daxildir. Əzizinə ağlamayıb pulla ağlayan tutanlar Yas evlərinin bir məşhur siması da var – mərsiyəxan. Daha çox şəhər mühitində fəaliyyət göstərirlər. Dini savadları olmayan, insanlarda Allaha sevgi aşılamaq yerinə daha çox Allah qorxusu və xof aşılamaqla tanınırlar. Məclis boyunca yalançı göz yaşı axıdıb dinlə əlaqəsi olmayan xurafatla zəngin əhvalatlar danışırlar". Sosioloq yas mərasimlərinə baha qiymətə gələn mərsiyəçi və ya mərsiyəxanlardan da söz açıb: "Məclisə yüksək qiymətə gəlirlər. Ən yaxşı halda 2 saatlıq ağlaşma mərasimi üçün 100-150 manat tələb edirlər, daha çox tanınan mərsiyəçilər məbləği yüksəldir. Əvvəllər ev sahibinin yaxını öləndə onun dərdinə şəriç çıxanlar, məclisə yığışanlar səmimiyyətlə ağlayaraq göz yaşı tökürdü. Çünki məclisdə əzizini itirən özü öz acısını dilə gətirib ağlayırdı. Amma indi ev sahibi özü dünyadan köçəninə ağlamaq yerinə mərsiyəçini ağladır. O məclislərdə mərsiyəçinin missiyası ağı deyib şüvənlik salmaq, məcburən də olsa ağlaşma yaratmaqdır. İndi heç kəs yas yerinə ağlamağa getmir. İnsanlar artıq bir-birinə yadlaşıb. Heç kəs heç kəsi tanımır. Bu yadlaşma nəticəsində isə heç kəs kiminsə ölüsü üçün göz yaşı axıtmaq istəmir. Qısası, yas mərasimi çoxdan yas olmaqdan uzaqlaşıb".musavat.com)

Şirvanda yeniyetmə qızılcadan öldü

Şirvan şəhərində 12 yaşlı yeniyetmə qızılca xəstəliyindən ölüb. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, bir müddət əvvəl qızılca xəstəliyinə yoluxan şəhər sakini, 2011-ci il təvəllüdlü Şahbazzadə Ömər Kürdoğlu oğlu ağırlaşmış vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. O, həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.

Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA

Dağlıq rayonlarda 1 dərəcəyədək şaxta olub. Bu barədə Sozcu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Xaltan, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astrada, Bakıda və Abşeron yarımadasında arabir yağış, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şahdağda isə qar yağıb. Naxçıvan, Şahbuz, Ordubad, Daşkəsən, Göygöl, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qusar, Xaltan, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 9 dərəcəyədək isti, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda isə 1 dərəcəyədək şaxta olub.

Bakının BU prospektində çuxur yarandı -4 avtomobil...

Bakınln Yasamal rayonunda yol ötürücüsündə çuxur yaranıb. Sozcu.az xəbər verir ki, hadisə Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospektinə keçid hissəsində qeydə alınıb. Yol ötürücüsündə uzunmüddətli yağıntılardan sonra çuxur yaranıb. Həmin hissədən yüksək sürətlə keçən avtomobillərin təkərlərinə ciddi ziyan dəyib. Ümumilikdə 4 avtomobilə ciddi ziyan dəydiyindən həmin sürücülər polisə məlumat verib. Digər maşınlara zərər dəyməsin deyə onlar yüksək sürətli şosedə dayanaraq sürücüləri digər zolağa yönləndiriblər. Hazırda sözügedən şosedə sıxlıq yaranıb. Qələbə dairəsindən Koroğlu istiqamətinə hərəkət edən sürücülərin diqqətli olması tövsiyə edilir.apa

Azərbaycanın bəzi ərazilərinə qar yağdı

Dekabrın 12-si saat 16:00-a olan məlumatına əsasən Gəncə, Şəmkir, Balakən, Oğuz, Zaqatala, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Bakıda və Abşeron yarımadasında arabir yağış, Şahdağ, Qaxda (Sarıbaş) qar yağıb. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Şəki, Şamaxı, Göyçay, Lerikdə duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8 dərəcəyədək isti, Naxçıvan MR-da 10-14 dərəcə isti, Aran rayonlarında 6-8 dərəcə isti, dağlıq rayonlarda 2-4 dərəcə isti olub.

Şəhid atası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Balaqardaş Vəliyevin atası vəfat edib. Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin atası Fərhad Vəliyev Masallı rayonunda dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, 2002-ci il təvəllüdlü Balaqardaş Vəliyev 1 oktyabr 2020-ci il tarixdə şəhid olub. Şəhidin nəşi 15 dekabr 2020-ci il tarixində doğulduğu Viləş kənd qəbiristanlığında torpağa tapşırılıb. O, ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Pandemiyada yazılan cərimələr nə vaxt SİLİNƏCƏK? – AÇIQLAMA

Azərbaycanda 2020-ci ilin martından koronavirus səbəbilə elan edilən xüsusi karantin rejimi aprel ayının 2-dək davam edəcək. Həmin tarixdən sonra karantin rejiminin uzadılması hələlik məlum deyil. Rejim tam ləğv edilməsə də, infeksiyanın çox yayıldığı zaman xeyli sayda insanın cərimələnməsinə səbəb olan maska və digər qadağalar götürülüb. Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə keçirilən tədbirlər zamanı qaydalara uymayan vətəndaşlar cərimələnib. Lakin ümumilikdə nə qədər insanın cərimələndiyi, nə qədərinin cəriməni ödədiyi və borclu qaldığı haqqında statistika yoxdur. Rəqəmlər məlum olmasa belə hələ də sosial şəbəkələrdə cərimələrin ləğvi, məbləği barədə müzakirələr gedir. Cərimə olunan və bunu ödəməyənlər cərimənin hansı halda silinməsinin mümkünlüyü ilə bağlı suallara cavab axtarırlar. Xüsusilə, qonşu ölkələr, Gürcüstan və Türkiyə cərimələrin ləğvi və ödənilən cərimələrin məbləğinin geri qaytarılması haqqında qərar qəbul etdikdən sonra ölkədə buna ümid edənlərin sayı artıb. Maskasız, sms icazə olmadan çölə çıxanların cərimələri hansı halda bağışlana bilər? Cəriməni ödəyənlərin ödədiyi məbləğ geri qaytarıla bilərmi? Mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Razi Nurullayev cərimələrin ləğvinin tərəfdarıdır: “Buna hökumət, Milli Məclis səviyyəsində qərar verilə bilər. Gürcüstanda bu məsələ qaldırıldı və parlament səviyyəsində həll olundu. Hesab edirəm ki, Azərbaycanda da məsələyə diqqətlə yanaşılmalı və həll olunmalıdır.  Doğrudur, o vaxt kimlərsə cərimə olundu, amma dövlətin məqsədi insanları cərimələmək, insanların cibinə girmək deyildi. Məqsəd insanları məsuliyyətli olmağa dəvət etmək idi. Bu baxımdan düşünürəm ki, bu cərimələr ləğv olunmalıdır. Bunun necə olacağını deyə bilmərəm. Amma bu məsələnin ciddi şəkildə həllinin tərəfdarıyam”. Milli Məclisin üzvü cərimələrin geri qaytarılmasında Türkiyə təcrübəsindən istifadə edilməsini doğru hesab edir:  “Cərimələrin geri qaytarılması ilə bağlı Türkiyədə təcrübə varsa və ölkəmizdə də bu həyata keçirilərsə, təbii ki, vətəndaşlarımız çox razı qalar. Mən istəyərdim ki, olsun. Nə qədər mümkündür, mümkün deyil, gərək bununla bağlı əlaqədar orqanlar qərar versin. Amma niyə mümkün deyil ki? Həyatda mümkün olmayan nəsə varmı?!  Hər şey mümkündür. Ən azından hələki ödənilməyən cərimələrin ləğv olunması ilə bağlı bir qərar lazımdır. Kimlərsə də ödəyibsə, onlara haqsızlıq olmasın deyə, həmin şəxslərin cərimələrinin geri qaytarılması gözəl bir addım olar”.

"Orta ixtisas təhsilli bağça müəllimlərinin işləməsinə icazə verilməyəcək” - Emin Əmrullayev

Məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslərin minimum bakalavr təhsili səviyyəsində hazırlanması əsas məqsəddir. Sozcu.az xəbər verir k, bunu Elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib. Nazir hesab edir ki, yaxın gələcəkdə bununla bağlı dəyişiklik barədə məlumat vermək mümkün olacaq: “Gələcəkdə orta ixtisas təhsilli mütəxəssislərin bağçalarda işləməsinə icazə verilməyəcək. Biz artıq ümumi təhsildə orta ixtisaslı mütəxəssislərin fəaliyyətini dayandırmışıq. Bu, məktəbəqədər təhsildə də olacaq. Bu vaxta qədər işə qəbul olunmuş orta ixtisaslı şəxslər çalışacaq. Onların fəaliyyətinə heç bir müdaxilə edilməyəcək.

"KamAZ" 74 yaşlı velisopedçini vuraraq öldürdü

Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə Gəndob-Xaçmaz -Yalama avtomobil yolunun rayonun Cinartala kəndindən keçən hissəsində baş verib. Belə ki, "KamAZ" markalı yük avtomobili velosipedçi, 1949-cu il təvəllüdlü Mirzəyev Sədyar Qaraxan oğlunu vuraraq öldürüb. Hadisə ilə bağlı araşdırma aparılır.

Toyda dava düşüb, bıçaqlananlar var - YENİLƏNDİ

Gəncədə toyda bıçaqlan şəxslərin sayı üçə çatıb. Bıçaqlanan şəxs 1992-ci il təvəllüdlü Əli Musayevdir. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. APA *** 12-09/22:41 Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə Mahrasa bağı adlanan ərazidə yerləşən şadlıq saraylarının birində qeydə alınıb. 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev və 1983-cü il təvəllüdlü Akif Rüstəmov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım göstərilib, vəziyyərlərinin kafi oldu bildirilir. Məlumata görə hər iki şəxs toyda dava zamanı bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. APA