Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısında dəyişiklik edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib. Dəyişikliyə əsasən, “Fabhalta/Fabhalta” dərman vasitəsi həmin siyahıya əlavə edilib. Bununla da siyahıda yer ala dərmanların sayı 124-ə çatıb.
Üzərliklə sərhədi keçmək istəyənlər artır – bəzi ölkələrdə cinayət məsuliyyəti tətbiq olunur. Son zamanlar bəzi ölkələrin hüquq-mühafizə orqanları tərəfindən üzərlik (Peganum harmala) bitkisi ilə sərhədi keçməyə cəhd edən şəxslərin saxlanılması hallarının artdığı müşahidə olunur. Bu barədə məlumatı Ədliyyə Nazirliyi yayıb. Nazirlik bu bitkinin bir sıra ölkələrdə narkotik və psixotrop tərkibli maddə kimi qiymətləndirildiyini xatırladıb Modern.az bu barədə araşdırma aparıb. Üzərlik bitkisi xalq təbabətində və mədəni-ritual ənənələrdə geniş istifadə olunsa da, onun tərkibindəki bəzi alkaloid maddələr – xüsusilə psixotrop təsirə malik olan harmalin, harmin və digər birləşmələr bir sıra ölkələrdə dövriyyəsi məhdudlaşdırılan və ya tam qadağan edilmiş maddələr siyahısına daxildir. - Fransa - 2005-ci ildən üzərlik və onun tərkib maddələrinin satışı və saxlanması tamamilə qadağan edilib. - Kanada - Bitkinin tərkibindəki alkaloidlər “Schedule III” maddələr siyahısına daxildir, bu səbəbdən satış və daşıma cinayət məsuliyyəti daşıyır. - Avstraliya - Harmalin və harin alkaloidləri yalnız elmi araşdırma məqsədilə istifadə oluna bilər. - ABŞ-ın bəzi ştatları - Luiziana ştatında üzərlik və toxumları qadağandır, Arizona, Nevada, OreQon kimi ştatlarda isə bitki "invaziv alaq" kimi qeydə alınıb və məhdudiyyətlər tətbiq olunur. - Finlandiya - Tibbi məqsədlə istifadə üçün həkim resepti tələb olunur. - Rusiya – 2024-cü ilin əvvəlində "Peganum harmala" rəsmi olaraq psixotrop tərkibli bitkilər siyahısına salınıb və dövlət nəzarətinə götürülüb. Bəzi ölkələrdə gömrük və sərhəd xidməti tərəfindən üzərlik toxumu və qurudulmuş formaları ilə səyahət edən şəxslərin saxlanıldığı barədə məlumatlar yayılıb. Səlahiyyətli qurumlar bu bitkinin bəzi hallarda psixotrop təsirli maddə kimi istifadə olunduğunu əsas gətirərək, hüquqi tədbirlərə əl atırlar. Hərçənd ki, üzərlik bir çox Şərq ölkələrində ənənəvi təmizləyici və qoruyucu vasitə kimi tanınır, Qərb ölkələrində bu bitkiyə münasibət daha sərtdir. Xüsusilə də onun tərkibindəki bəzi maddələri halusinogen qarışıqlarda istifadə olunması hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir.
Azərbaycanda iyulun 31-də havanı günəşli keçəcəyi, 41 dərəcə isti olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, gecə və səhər duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 35-39, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.
Rüşvət almaqda ittiham olunan Ağdam rayonu Dördyol qəsəbə-2 uşaq bağçasının müdiri Kəmalə Quliyevaya hökm oxunub. Sozcu.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 311.1-ci (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi) maddəsi ilə təqsirləndirilən Kəmalə Quliyeva Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə edilib. Hakim Dadaş İmanovun çıxardığı hökmə əsasən, Kəmalə Quliyevaya 3 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Kəmalə Quliyeva 2024-cü ildə başqa bir cinayət işinə görə Xətai Rayon Məhkəməsinin hökmü 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Bu cəza 11 ay 28 gün (1 günə 2 gün hesabı ilə) azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla hazırki cəza ilə qismən toplanılıb. Beləliklə, Kəmalə Quliyevaya qəti olaraq 3 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay azadlıqdan məhrumetmə cəza təyin edilib. İş materiallarından məlum olur ki, Kəmalə Quliyeva Dilguşə İmanova adlı rəfiqəsi ondan həyat yoldaşını uşaq bağçasına işə götürməsini istəyib. Kəmalə Quliyeva isə onu ocaqçı vəzifəsinə düzəldə biləcəyini deyib. Bunun müqbailində isə Dilguşə İmanovadan 2300 manat pul alıb.
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib, ölən var. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. Belə ki, avtoqəza zamanı "Kia" markalı minik avtomobilində olan 1992-ci il təvəllüdlü Günel Bəylər qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Şəmkirdə qohumlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, Şəmkir şəhər sakini 1972-ci il təvəllüdlü Fidayıl Mirzəməmmədov münaqişə zəminində qardaşı oğlu, 1985-ci il təvəllüdlü Vüsal Mirzəməmmədova bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılıblar, onların vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma başlanılıb.
Şəmkir Şəhər Mərkəzi Parkındakı attraksionlar və uşaq əyləncə alətləri kim tərəfindən özəlləşdirilib ? Şəmkir rayonunda əsas istirahət məkanlarından biri Şəmkir Şəhər Mərkəzi Parkıdır. Vaxtilə bu park öz gözəlliyi və cəlbediciliyi ilə regionda birinci idi. Sonrakı illərdə parkda müəyyən bərpa və abadlıq işləri aparılıb. Mətbuatda getmiş məlumatlara baxsaq 2023-cü ildə mərkəzi parkda aparılmış abadlıq işləri çərçivəsində parkın elektrik və işıqlandırma sistemi yenidən qurulmuş, sıradan çıxmış lampalar yeniləri ilə əvəz olunmuş, işıq dirəkləri, o cümlədən skamyalar, tullantı qabları təmir olunaraq rənglənmişdir. Bununla yanaşı Şəmkir Şəhər Mərkəzi Parkında əvvəllər mövcud olmuş velosiped yolu bərpa edilərək asfalt örtüyü salınmış, müvafiq xətlər çəkilmişdir. İlk dəfə olaraq parkda kiçik yaşlı sakinlərin əyləncəsi üçün uşaq oyun meydançası, eyni zamanda digər yaş qruplarından olanların sağlam həyat tərzinin təmin olunması üçün açıq idman meydançası yaradılıb, idman qurğuları quraşdırılıb. Mətbuatda getmiş məlumatlarda attraksionlar və uşaq əyləncə alətləri haqqında heç bir məlumat yoxdur. Bildiyimiz kimi bir neçə ildir ki, onlar fəaliyyətini dayandırıb. Müəyyən açıqlamalarda oxuyuruq ki, onlar özəlləşdirilib və özəlləşdirən şəxsin qərarı əsasında fəaliyyətini bərpa edə bilər. İndi sual doğurur dövlətin parkının attraksionlarının satılmasına səbəb nə olub ? Azərbaycanın ən böyük rayonlarından birinin Mərkəzi Parkında uşaqların istirahəti hansı səbəbdən bir şəxsin keyfinə, istəklərinə həvalə edilib ? Parkadakı attraksionları, uşaq əyləncə alətlərini alan adı açıqlanmayan x şəxs kimdir? Həmin şəxsin Şəmkir rayonu kimi böyük bir rayonun Mərkəzi Parkını bu vəziyyətə salmasında məqsədi nədir? Ceyhun Nəbi, "Sozcu.az"saytının redaktoru
İyulun 26-sı saat 10:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Düşən yağıntının miqdarı Qaxda 5, Bakıda və Abşeron yarımadası, eyni zamanda Yevlaxda 3, Gədəbəy, Daşkəsən, Naftalan, Şəki, Oğuz, Zaqatala, Tərtər, Bərdə, Qazax, Ağstafa, Şəmkir, Tovuz və Mingəçevirdə 1 mm-dir. İyulun 25-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da və Aran rayonlarında 39, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti qeydə alınıb.
“Bəzən torpaq sahələrinin qeydiyyatında və hüquqi sənədləşmələrində ciddi uyğunsuzluqlar müşahidə olunur. Bu uyğunsuzluqlar, əsasən, illər öncə aparılmış natamam və ya qeyri-dəqiq sənədləşmələrin nəticəsində meydana çıxır. Vaxtilə buraxılmış texniki qüsurlar bu gün torpaq sahələrinin yenidən araşdırılmasına və təkrar yoxlanmasına səbəb olur. Məhz bu səbəbdən bir çox vətəndaşın əlində olan torpaq sənədləri, torpağın faktiki mövcudluğu ilə uyğun gəlmir və nəticədə ciddi narazılıqlar yaranır”. Bu fikirləri Yenisabah.az-a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib. Qeyd edib ki, bəzi hallarda kadastr sənədləri vətəndaşlara verilsə də, həmin sənədlərdə koordinatların yanlış göstərilməsi, ölçülərin qeyri-dəqiq olması və torpağın yerləşdiyi real coğrafi mövqeyin düzgün müəyyənləşdirilməməsi nəticəsində ərazilərdə 200-400 metrə qədər fərq qeydə alınır: “Bu cür uyğunsuzluqlar, əsasən, köhnə sənədlərdə daha çox müşahidə olunur. Nəticədə bir çox ərazidə torpaq sahəsi kiçik olsa da, həmin sahəyə bir neçə vətəndaşın iddiası yaranır, çünki torpağın sərhədləri bir-birinin ərazisinə düşür. Belə vəziyyətlərdə torpaq sahiblərinin hüquqları pozulur, bəzən isə bir şəxsin torpaq sahəsi həm yola, həm də qonşulara aid ərazilərə düşür. Bu cür hallarla qarşılaşan vətəndaşlar aidiyyəti qurumlara müraciət etdikdə, onlara bildirilsə də ki, məsələ araşdırılır və uyğunsuzluq var, praktiki olaraq bu işlər illərlə uzanır və problem öz həllini tapmır. Ərazilərin yenidən ölçülməsi, kadastr xəritələrinin yenilənməsi və müvafiq hüquqi dəqiqləşdirmələrin aparılması isə kifayət qədər vaxt və resurs tələb edir”. E.Azadov vurğulayıb ki, bəzi hallarda torpaq sahələrinin koordinatları o qədər uyğunsuzluqla göstərilib ki, nəticədə həmin sahələr faktiki olaraq bir neçə kilometr sürüşmə ilə başqa bir əraziyə düşür: “Bu sürüşmə torpaq sahəsinin yolun kənarında, meyilli ərazidə və ya çətin relyefli yerdə yerləşməsinə görə daha da dəyişkən ola bilir. Belə hallarda 4-5-6 sotluq fərdi sahələrin sərhədləri bir-birinin ərazisinə qarışır, bəzən isə tamamilə digər şəxslərə məxsus torpağın üzərinə düşür. Bütün bu səbəblər nəticəsində bir çox vətəndaşlar aldıqları torpaq sahəsində ev tikmək, sənədləşmə işlərini tamamlayaraq hüquqi mülkiyyətlərini rəsmiləşdirməkdə ciddi çətinliklərlə qarşılaşırlar. Bu isə onların illərlə yığdığı vəsaiti risk altına atır, eyni zamanda sosial və hüquqi münaqişələrin yaranmasına səbəb olur”.
Azərbaycanda daşınmaz əmlak obyektləri üzərində hüquqların rəsmiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin iyulun 16-da imzaladığı fərman 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradacaq. Amma sənədsiz evlərin leqallaşdırılması bəzi tikililərə şamil olunmayacaq. Belə ki, bəzi sənədsiz evlər yüksək təzyiqli qaz kəmərlərinin, neft boru xətlərinin, yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonalarında yerləşir. Həmçinin, sənədi olmayan, dövlət və ya bələdiyyə torpaqlarının zəbt olunması yolu ilə inşa edilən evlərin də qeydiyyatı mümkün deyil və bu tikililərə hüquq tanınmayacaq. Bəs görəsən, bu evlərlə bağlı hansı addımlar atıla bilər? Sozcu.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Unikal"a açıqlamasında bildirib ki, yaxın gələcəkdə bələdiyyə və digər qurumların ayırdığı torpaqlarla bağlı problemlər öz həllini tapacaq. Onun sözlərinə görə, ilkin mərhələdə fərman təxminən 2000-ci ilin əvvəllərinə qədər ayrılmış torpaq sahələrində tikilən evlərə şamil olunur: "Yəqin ki, növbəti mərhələdə bələdiyyə və digər təyinatlı torpaqlarla da bağlı olacaq. Bəzi ərazilər var ki, oralar qadağan olunub. Qadağan olunmuş ərazilərdə inşa olunmuş yaşayış evlərinə çıxarışların verilməsi mümkünsüzdür. O zamana qədər ki, həmin əmlak üzərindən qadağan olunma statusu götürülsün. Yəni, əmlak üzərindən hər hansı yüksək gərginlikli elektrik naqilləri və yaxud digər kommunikasiya xətləri keçirsə, onların yeri dəyişdirilərsə, bu halda əmlaklar çıxarışla təmin oluna bilər. Əks halda onlara çıxarışların verilməsi mümkün deyil. Ən böyük problemlərdən biri də neft ərazilərində tikilmiş fərdi yaşayış evləri ilə bağlıdır. Onlar neft buruqlarının ətrafında olduğuna görə bu tip ərazilər çıxarışla təmin oluna bilməyəcək. Bu da böyük sayda əmlakları özündə əks etdirir. Düşünürəm ki, gələcəkdə bununla bağlı hər hansı tədbirlər planı görülə bilər. Ya həmin əmlakların sökülməsi və yaxud çıxarış verilməsə də, vətəndaşlara yaşamaq hüququ verilərsə, yaşama hüququ bir sənəddir. Vətəndaş həmin sənədlə ən azından qeydiyyat və digər problemlərini həll edə bilər".
Azərbaycanda iyulun 25-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az çiskin olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 34-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək. Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhərdən bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-26 dərəcə isti olacaq.
“Əslində qanun ikitərəflidir. Qanunvericiliyə görə, hər bir vətəndaşın yaşadığı yer toxunulmaz sayılır. Sadəcə vətəndaşlar vaxtilə məlumatsız olub. Görüblər ki, başqaları tikir, onlar da başlayıblar tikməyə. Yəni qanundan xəbərdar olmadıqlarına yaxud vaxtilə belə bir qanun olmadığına görə, bu məsələyə laqeyd yanaşıb. Buna baxmayaraq, hansısa vətəndaş hər hansı bir yerdə uzun müddət məskunlaşırsa, məskunlaşma məsələsi digər qanunlara istinadən tənzimlənir. Amma ən üst qanun odur ki, sən qanunsuz əmlak tikmisən və tikintinin aparıldığı yer qadağan olunmuş ərazidir”. Sozcu.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib. Bildirək ki, Nərimanov-Böyükşor və Bakı sərnişin dəmiryolu xətlərinin mühafizə zolağında qanunsuz tikilən evlər sökülür. Hazırda ərazidə 161 qeyri qanuni tikilmiş ev var. Burada ümumilikdə 156 ailə, 543 nəfər yaşayır. Araşdırma göstərir ki, yaşayan şəxslər Azərbaycanın 40 şəhər və rayonunu təmsil edirlər. Onlardan yalnız 12-si keçmiş məcburi köçkün ailəsidir. Dördpendirli pizza Durumu şərh edən ekspert bildirib ki, qanunvericiliyə əsasən, dəmiryolu xətlərinə 60 metrdən yaxın hər hansı bir tikintinin aparılması yolverilməzdir: “Dəmiryolu xətlərinə 60 metrdən yaxın hər hansı bir tikintinin aparılması yolverilməzdir. Yalnız dəmiryolu xətti ilə əlaqədar olan və qanunla tənzimlənən tikililərin inşa olunmasına yol verilir. Sırf buna görə də, gələcəkdə vətəndaşlar hər hansı bir iddia irəli sürməsinlər deyə, çox güman ki, iddianı həmin dövlət təşkilatının özü qaldırıb. Ona görə də, təhlükə zonasından həmin evlərin sökülməsi ilə bağlı hökumət tərəfindən işlər aparır. Evlərin qanunsuz tikili olmasına görə də sakinlərə təzminat verilmir. Zamanla bələdiyyələrə Nazirlər Kabineti tərəfindən müəyyən sahələr ayrılmışdı. Bələdiyyələr bu torpaqları satdıqdan sonra, başladılar onlara aid olmayan digər ərazilərin də satışına”. Ekspert vurğulayıb ki, Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma qanunvericiliyə uyğun olaraq, hər 5 ildən bir respublikada olan ərazilərin planlaması aparılmalıdır: “Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma qanunvericiliyə uyğun olaraq, hər 5 ildən bir respublikada olan ərazilərin planlaması aparılmalıdır. Təəssüflər olsun ki, bunu heç kim etməyib. Bu o deməkdir ki, yerli icra qurumları öz ərazilərində olan yeni salınan yaxud salınacaq yaşayış massivləri ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etməlidirlər. Bu kimi boşluq isə Azərbaycanın bütün rayonlarında var. Torpaq təyinatlarının dəyişdirilməsi ilə bağlı keçən il ölkə başçısı tərəfindən fərman verildi. Bu fərmanla vətəndaşlar istifadəsi uyğun olmayan torpaqların təyinatını dəyişə bilərlər. Amma qanunla vətəndaş kənd təsərrüfatı zonasında yaxud sənaye zonasında inşa olunmuş əmlakın yerləşdiyi torpağın təyinatının dəyişdirilməsi ilə bağlı müvafiq quruma (Əmlak Məsələləri Dövlət Xidməti) müraciət edir. Amma ərazinin planlaması düzgün olmadığına görə vətəndaşa mənfi cavab gəlir. Yəni qanun var, tənzimləyici mexanizm var, amma vətəndaş fərdi müraciət etdikdə ona mənfi cavab verilir. Bu icra hakimiyyətinin işidir. Geci-tezi qanunsuz tikililər leqallaşmalıdır. Amma leqallaşdırılacaq o ərazilər ki, orada ziddiyət yoxdur. Yəni kommunikasiya xətlərinin üzərində deyil, dəmiryolu xətlərinə 60 metrdən yaxın deyil və s”.