"Mercedes" aşdı – Sürücüsü öldü

Salyanda baş verən qəzada bir nəfər həlak olub.

Sozcu.az APA-ya istinadla bildirir ki, hadisə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobili idarə edən Bakı sakini, 34 yaşlı Cəfərov Asif Rafiq oğlu idarəetməni itirərək yoldan çıxıb və nəticədə, avtomobil aşıb. Sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook