İŞİD rəhbərini məhv edin! - Trampdan TAPŞIRIQ

ABŞ Prezidenti Donald Tramp Somalidə İŞİD terror təşkilatının rəhbərlərindən birinin zərərsizləşdirilməsi barədə müvafiq göstəriş verib. Sozcu.az xəbər verir ki, bu barədə o, "Truth" sosial şəbəkəsində yazıb. “Bu səhər mən hərbçilərə İŞİD-in Somalidəki terrorçularının olduqları ərazilərə dəqiq hava zərbələri endirməyi əmr etdim”, - deyə dövlət başçısı bildirib. O, terrorçuların Somalidəki mağaralarda gizləndiyini qeyd edib. “Zərbələr nəticəsində onların yaşadıqları mağaralar dağıdılıb və dinc əhaliyə heç bir zərər vurmadan çoxlu terrorçu məhv edilib”, - deyə Tramp əlavə edib.

Pakistanda silahlı toqquşma: 42 ölü

Pakistanın Bəlucistan əyalətində hərbçi və separatçılar arasında silahlı toqquşma baş verib. Sozcu.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb. Bildirilib ki, insident zamanı 18 hərbçi və 24 silahlı qruplaşma üzvü ölüb. Məlumata görə, silahlı toqquşma separatçıların yollarda qurduqları postların aradan qaldırılması zamanı baş verib. Qeyd edək ki, separatçıların hansı qruplaşmaya aid olduqları hələ ki bəlli deyil. Əlavə edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif toqquşmanı pisləyib.

Paşinyan: "ATƏT-in Minsk Qrupu nəyə lazımdır?"

"Ermənistan tərəfi ATƏT-in Minsk qrupu çərçivəsində beynəlxalq danışıqlar formatının buraxılmasına razılıq verməyə hazırdır". Sozcu.az TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib. "ATƏT-in Minsk qrupunun buraxılması ilə razıyıqmı? Biz aşağıdakı əsaslandırma ilə razıyıq: əgər münaqişə yoxdursa, münaqişəyə xidmət edən formatın mövcudluğunun mənası nədir? Lakin biz əmin olmaq istəyirik ki, Azərbaycan üçün də ATƏT-in Minsk qrupunun buraxılması eyni məna daşıyır", - deyə o bildirib.

Bakıda hündürmərtəbli bina yanır - Sakinlər təxliyə edilir

Yasamal rayonu ərazisində yanğın başlayıb. Manset.az-ın əldə etdiyi məlumata görə, Məhəmməd Xiyabanı küçəsində hündürmərtəbəli yaşayış binalarının birində yanğın davam edir.  Binaya elektrik enerjisi və qazın verilməsi dayandırılıb. Bir neçə insanın balkonlarda köməksiz qaldığı deyilir. Əraziyə yanğınsöndürmə və təcili tibbi yardım briqadası cəlb olunub.

Rusiyada Su-25 istehsal edən zavoda hücum edildi

Rusiyanın Smolensk şəhəri yaxınlığındakı aviasiya zavoduna PUA hücumu edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, zavodda Su-25 hücum təyyarələri istehsal olunur.

Fərid Səfərli azadlığa buraxıldı - Rəsmi

Fərid Səfərli Azərbaycana qaytarılıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyi birgə mətbuat məlumatı yayıb. Məlumatda bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində İran İslam Respublikasından təhvil alınaraq ölkəmizə qaytarılıb. Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub. Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.

Rusiya 2024-cü ildə nə qədər əsgər itirib? - Sırski

2024-cü ildə Rusiya ordusu Ukraynada 434 mindən çox əsgərini itirib. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib. O qeyd edib ki, rus ordusu keçən il genişmiqyaslı işğalın ilk iki ilinə nisbətən daha çox əsgər itirib: "Hesablamalarımıza görə, ümumi itkilər 434 mindən çoxdur. Bunlardan təxminən 140 mini ölüb, qalanları yaralanıb", - o bildirib.

Tramp Çinə səfər edəcək

Donald Tramp ABŞ prezidenti vəzifəsinin icrasına başlayandan sonra Çinə səfər etməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “Uoll Strit Jurnal” mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, Trampın səfəri andiçmə mərasimindən sonra 100 gün ərzində baş tuta bilər. Qeyd edək ki, bir neçə gün öncə Donald Trampla Çin lideri Si Szinpin arasında telefon danışığı baş tutmuşdu.

Azərbaycanda meymunçiçəyinə yoluxma faktı aşkarlandı

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və TƏBİB birgə məlumat yayıb. Qeyd olunub ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib. Məlumata görə, həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib. Bildirilib ki, simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub. Hazırda xəstə hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır. "Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüb, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar. Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək", - birgə məlumatda qeyd olunub.

Azərbaycanda nazir müavini vəzifəsindən azad edildi

Gənclər və idman nazirinin müavini vəzifəsindən azad olunub. Sozcu.az xəbər verir ki, Mariana Vasileva gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib. SUPER40 endirim kodu - Sən sifariş edənə qədər bəlkə də bu məhsullar tükənəcək! Qeyd edək ki, Mariana Vasileva 2021-ci ildən nazir müavini kimi fəaliyyət göstərib.

Xankəndi-Şuşa yolunda fəhlələri daşıyan avtobus yandı

Xankəndi-Şuşa yolunda avtobus yanıb. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb. Fəhlələri daşıyan avtobus qəfil alışaraq yanıb. Ölən və səsarət alan yoxdur.

Abşeronda iki pakistanlının üzərinə hasar aşdı, biri öldü

Abşeronda Pakistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə Abşeronda yerləşən zavodlardan birində qeydə alınıb. Zavodda fəhlə işləyən Pakistan vətəndaşı, 2003-cü il təvəllüdlü Harı Prakashın üzərinə beton hasar aşıb. Harı Prakash xəstəxanada ölüb. Digər Pakistan vətəndaşı olan fəhlə isə Sumqayıtda xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.