Ağdərədə meşəlik ərazidə yanğın başladı

Ağdərədə növbəti dəfə yanğın hadisəsi qeydə alınıb.

Sozcu.az xəbər verir ki, rayonun Sırxavənd kəndi ərazisində yerləşən meşəlik ərazidə anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdərə, Ağdam və Tərtər rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğınla mübarizəyə yanğınsöndürən helikopterlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Share on Facebook