Prezident 4 fərman imzaladı

16:54 Prezident İlham Əliyev “Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: 1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 486 (Cild I) ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a aşağıdakı məzmunda 1-1-ci bənd əlavə edilsin: “1-1. Normativ hüquqi akt layihələrinin razılaşdırılması və vizalanması ilə bağlı kargüzarlığın aparılması, o cümlədən sənədlərin rəsmiləşdirilməsi, protokolların hazırlanması və tərtib edilməsi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla həyata keçirilir.”. 2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323 (Cild I); 2024, № 1, maddə 31; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 mart tarixli 17 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin: 2.1. 8.4-cü bənddən “, normativ hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasını, dövlət uçotunu və dövlət qeydiyyatını aparır” sözləri çıxarılsın; 2.2. aşağıdakı məzmunda 8.4-1-ci və 9.5-1-ci bəndlər əlavə edilsin: “8.4-1. Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrini aparır, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları istisna olmaqla) məcburi hüquqi ekspertizasını keçirir;”; “9.5-1. Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunmuş mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları istisna olmaqla) məcburi hüquqi ekspertizasını keçirmək;”; 2.3. 9.3-cü, 9.5-ci və 9.7-ci bəndlər aşağıdakı redaksiyada verilsin: “9.3. yeni normativ hüquqi aktların qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə təkliflər hazırlamaq;”; “9.5. Azərbaycan Respublikası Hüquqi Aktların Dövlət Reyestrinin aparılmasını, idarə olunmasını, tamlığını, müvafiq internet informasiya ehtiyatı vasitəsilə ümumi istifadə üçün daimi açıqlığını və mühafizəsini təmin etmək;”; “9.7. ictimaiyyət üçün açıq olan Hüquqi aktların vahid elektron bazasını aparmaq;”; 2.4. 9.4-cü bənddə “normativ hüquqi aktların və normativ xarakterli aktların” sözləri “qanun layihələrinin, Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının” sözləri ilə əvəz edilsin; 2.5. 9.6-cı bənddən “, ədliyyə orqanları və məhkəmələrin normativ hüquqi aktlarla təchiz olunmasını həyata keçirmək, onlara normativ hüquqi aktların nəzarət vəziyyətində saxlanılması üçün kömək göstərmək” sözləri çıxarılsın; 2.6. 10.2-ci bənddə “zərurət olarsa, öz qərarlarını müvafiq icra hakimiyyəti orqanları” sözləri “öz qərarlarını aidiyyəti üzrə dövlət orqanları (qurumları)” sözləri ilə əvəz edilsin; 2.7. 10.4-cü bəndə “aktlar” sözündən sonra “(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları istisna olmaqla)” sözləri, “orqanlar” sözündən sonra “(qurumlar)” sözü əlavə olunsun və həmin bənddə “qüvvədən düşməsi, yaxud onlara əlavə və” sözləri “ləğv edilməsi və ya onlarda” sözləri ilə əvəz edilsin. 3. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 626 (Cild I) ilə təsdiq edilmiş “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin: 3.1. 3.11-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin: “Bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi aktlar Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunduqdan sonra yeddi iş günü müddətində Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtina edilməyibsə, həmin aktlar Dövlət Reyestrinə daxil edilmiş hesab olunur və rəsmi dərc edilməlidir, bu şərtlə ki, həmin müddət bitdikdən sonra bir iş günü ərzində Ədliyyə Nazirliyi tərəfindən hüquqi aktın Dövlət Reyestrinə vaxtında daxil edilməməsinin səbəbləri barədə hüquqi aktı qəbul etmiş orqana (quruma) əsaslandırılmış məlumat verilməmiş olsun.”; 3.2. 4.1.3-cü yarımbənddən “(vizalanması)” sözü çıxarılsın. 4. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1794 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 4.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası” üzrə: 4.1.1. 5.3-cü bənddə “Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidenti aktlarının layihələrinə və digər sənədlərə” sözləri “sənədlərə (bu Qaydanın 5.3-1-ci bəndi nəzərə alınmaqla)” sözləri ilə əvəz edilsin; 4.1.2. aşağıdakı məzmunda 5.3-1-ci, 5.3-2-ci, 5.14-cü və 5.15-ci bəndlər əlavə edilsin: “5.3-1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Nazirlər Kabinetinə normativ hüquqi akt layihəsinin hazırlanması və ya yenidən işlənilməsi ilə bağlı göndərilən təklifə, həmçinin baxılması (münasibət bildirilməsi) üçün göndərilən normativ hüquqi akt layihəsinə ən geci 3 (üç) ay müddətində, əlavə araşdırma tələb olunduqda isə 6 (altı) aydan gec olmayaraq baxılmalıdır (münasibət bildirilməlidir). Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin məktubunda normativ hüquqi akt layihəsinin hazırlanması və ya yenidən işlənilməsi, habelə normativ hüquqi akt layihəsinə baxılması (münasibət bildirilməsi) üçün daha qısa müddət müəyyən edilə bilər. 5.3-2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Nazirlər Kabinetinə icra hakimiyyəti orqanlarının təsdiq edilmiş (qüvvəyə minmiş) normativ hüquqi aktlarının təkmilləşdirilməsi, aşkar edilmiş boşluqların, ziddiyyətlərin və digər nöqsanların aradan qaldırılması ilə bağlı göndərilən təkliflər nəzərə alınmalı və ən geci 1 (bir) ay müddətində müvafiq normativ hüquqi aktlarda dəyişiklik edilməsi və ya onların ləğv edilməsi ilə bağlı tədbirlər görülməli, nəticəsinə dair məlumat, təkliflərin nəzərə alınması mümkün olmadıqda isə bu barədə əsaslandırılmış cavab məktubu Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.”; “5.14. Normativ hüquqi akt layihəsinin hazırlanması ilə bağlı tapşırığın icra müddətinin ilk üçdə bir hissəsi ərzində (bu Qaydanın 5.15-ci bəndi nəzərə alınmaqla) əsas icraçı tərəfindən müvafiq normativ hüquqi akt layihəsi hazırlanmalı və razılaşdırılmaq üçün aidiyyəti dövlət orqanlarına (qurumlarına) göndərilməlidir. Tapşırığın icra müddətinin qalan hissəsində normativ hüquqi akt layihəsi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3-cü hissəsinin tələbləri nəzərə alınmaqla razılaşdırılmalı və Nazirlər Kabinetinə təqdim olunmalıdır. 5.15. Normativ hüquqi akt layihəsinin hazırlanması ilə bağlı tapşırığın müəyyən olunmuş müddətdə icrası mümkün olmadıqda, tapşırığı icra edən bunun səbəbləri və tapşırığın icra tarixini göstərməklə, yuxarı dövlət orqanına tapşırığın icrasının başaçatma tarixindən azı 7 (yeddi) iş günü əvvəl məlumat verməlidir.”; 4.1.3. 5.9-cu bəndin ikinci cümləsində “Təcili” sözü “Normativ hüquqi aktların layihəsinin hazırlanması ilə bağlı tapşırıq istisna olmaqla, “təcili” sözləri ilə əvəz edilsin; 4.1.4. 5.10-cu bənd üzrə: 4.1.4.1. birinci cümlədə “Tapşırığın” sözü “Normativ hüquqi akt layihəsinin hazırlanması ilə bağlı tapşırıq istisna olmaqla, digər tapşırığın” sözləri ilə əvəz edilsin; 4.1.4.2. ikinci cümləyə “tarixindən” sözündən sonra “azı” sözü əlavə edilsin; 4.1.5. 5.11-ci bənd üzrə: 4.1.5.1. birinci cümlədə “Tapşırıq” sözü “Normativ hüquqi akt layihəsinin hazırlanması ilə bağlı tapşırıq istisna olmaqla, digər tapşırıq” sözləri ilə əvəz edilsin; 4.1.5.2. üçüncü cümlə çıxarılsın; 4.1.6. 5.13-cü bənddə “Tapşırıq” sözü “Normativ hüquqi akt layihəsinin hazırlanması ilə bağlı tapşırıq istisna olmaqla, digər tapşırıq” sözləri ilə əvəz edilsin; 4.1.7. 6.3-cü bənddə “2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanına əlavə – “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin” sözləri “2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin” sözləri ilə əvəz edilsin və həmin bənddən “Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin “Elektron hökumət” portalında yerləşdirilməsinə,” sözləri çıxarılsın; 4.1.8. 6.4-cü bənddə “layihə irad və təkliflərlə birlikdə” sözləri “digər dövlət orqanları (qurumları) tərəfindən vizalanmış layihə, ona razılıq verməyən icraçıların rəylərini əks etdirən iclas protokolu və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 48.2-ci maddəsində göstərilənlər əlavə olunmaqla” sözləri ilə əvəz olunsun və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Bu qaydaya əməl edilmədən təqdim olunan sənədlər əsas icraçıya geri qaytarılır.”; 4.1.9. 6.5-ci bənddə “layihəni hazırlayan əməkdaşının (əməkdaşlarının), habelə irad və təklifləri olan mərkəzi icra hakimiyyəti orqanının (orqanlarının), yerli icra hakimiyyəti orqanının (orqanlarının), dövlətin hüquqi şəxsinin (şəxslərinin) və digər aidiyyəti qurumların rəhbərlərinin (müavinlərinin) və ya nümayəndələrinin” sözləri “layihənin əsas icraçısının, habelə aidiyyəti dövlət orqanları (qurumları) rəhbərlərinin (onların müavinlərinin)” sözləri ilə əvəz olunsun və həmin bəndə “müzakirə aparılır” sözlərindən sonra “və nəticələr protokollaşdırılır” sözləri əlavə edilsin; 4.1.10. 6.7-ci bənd aşağıdakı redaksiyada verilsin: “6.7. Müzakirə nəticəsində qarşılıqlı həlli tapılmayan normativ hüquqi akt layihəsinə və ya onun ayrıca struktur elementinə dair Baş nazir aşağıdakı tədbirlərdən birini görür: 6.7.1. razılığın əldə edilməməsi normativ hüquqi akt layihəsinin və ya onun ayrıca struktur elementinin qəbul edilməsinin məqsədəuyğunluğu ilə bağlıdırsa, layihəyə və ya onun ayrıca struktur elementinə dair öz qərarını həyata keçirir; 6.7.2. razılığın əldə edilməməsi qüvvədə olan normativ hüquqi aktların tələbləri ilə əlaqədardırsa, həmin tələblərə əsaslanaraq qərar qəbul edir.”; 4.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə” üzrə: 4.2.1. 3.0.22-ci yarımbəndə “Baş nazirin” sözlərindən əvvəl “bu Əsasnamənin 3.0.22-1-ci yarımbəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda” sözləri əlavə edilsin; 4.2.2. aşağıdakı məzmunda 3.0.22-1-ci və 5.9.15-1-ci yarımbəndlər əlavə edilsin: “3.0.22-1. razılıq əldə edilməsi mümkün olmayan normativ hüquqi akt layihəsinə və ya onun ayrıca struktur elementinə dair qarşılıqlı həllin tapılması məqsədilə Baş nazirin tapşırığı ilə onun müavini və ya Nazirlər Kabineti Aparatının rəhbərinin yanında Aparatın müvafiq struktur bölməsinin (bölmələrinin), layihənin əsas icraçısının, habelə aidiyyəti dövlət orqanları (qurumları) rəhbərlərinin (onların müavinlərinin) iştirakı ilə müzakirə aparmaq və nəticələrini protokollaşdırmaq;”; “5.9.15-1. razılıq əldə edilməsi mümkün olmayan normativ hüquqi akt layihəsinə və ya onun ayrıca struktur elementinə dair qarşılıqlı həllin tapılması məqsədilə Baş nazirin tapşırığı ilə Nazirlər Kabineti Aparatının müvafiq struktur bölməsinin (bölmələrinin), layihənin əsas icraçısının, habelə aidiyyəti dövlət orqanları (qurumları) rəhbərlərinin (onların müavinlərinin) iştirakı ilə müzakirə aparır;”; 4.2.3. 3.0.24-cü yarımbəndə “idarələrarası” sözündən əvvəl “Normativ hüquqi aktlar” informasiya sisteminin və” sözləri əlavə edilsin; 4.2.4. 5.9.5-ci yarımbənddə “rəy və təkliflər verilməsi, həmçinin razılaşdırılması” sözləri “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Nazirlər Kabinetinə baxılması (münasibət bildirilməsi) üçün göndərilən normativ hüquqi akt layihələrini baxılması (münasibət bildirilməsi)” sözləri ilə əvəz edilsin; 4.2.5. 5.9.15-ci yarımbəndə “Baş nazirin” sözlərindən əvvəl “bu Əsasnamənin 5.9.15-1-ci yarımbəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda” sözləri əlavə edilsin. 5. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 218 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 aprel tarixli 38 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nın 2.14-cü bəndində “2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.12-ci” sözləri “2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 4.4-cü” sözləri ilə əvəz edilsin. *** Prezident İlham Əliyev “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi fərmanlarının ləğvi barədə fərman imzalayıb. Fərmanda deyilir: 1. “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 977 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 582 (Cild I) 1-ci hissəsinin 2-ci və 5-ci bəndləri ləğv edilsin. 2. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 980-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 262 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 391 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 2.1. 1.3-cü bənd ləğv edilsin; 2.2. 2-ci hissədən “Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin səkkizinci hissəsinin ikinci cümləsində və” sözləri çıxarılsın. 3. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858 (Cild I) 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 3.1. 5.21.4-cü yarımbənddə “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc həddindən” sözləri “su elektrik stansiyaları və biokütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan” sözləri ilə əvəz edilsin; 3.2. 5.21.5-ci yarımbənddə “nəqlinə” sözü “ötürülməsinə” sözü ilə əvəz edilsin. 4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2318 (Cild I) ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”nin 3.1.4-cü yarımbəndində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən” sözləri “200 kVt-dan” sözləri ilə əvəz edilsin. 5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 14 mart tarixli 22 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 7-ci hissəsinin “Göstərdiyi xidmətlər” sütununda aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən” sözləri “su elektrik stansiyaları və biokütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan” sözləri ilə əvəz edilsin; 5.2. 3-cü bənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən” sözləri “200 kVt-dan” sözləri ilə əvəz edilsin. 6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1490 (Cild I) ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin: 6.1. 1.3.1-ci yarımbəndə “nəql edənləri” sözlərindən sonra “(istilik enerjisinə münasibətdə)” sözləri, “paylayıcıları” sözündən sonra “, təchizatçıları” sözü əlavə edilsin; 6.2. 2-ci hissə üzrə: 6.2.1. 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərdə “elektrik və” sözləri “ötürücü və paylayıcı sistem operatorlarının, habelə” sözləri ilə əvəz edilsin; 6.2.2. 2.1.5-ci yarımbənddə, 2.1-1-ci və 2.3-cü bəndlərdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən” sözləri “200 kVt-dan” sözləri ilə əvəz edilsin; 6.2.3. 2.2.2-ci (birinci halda) və 2.2.3-cü yarımbəndlərdə “elektrik və” sözləri “ötürücü və paylayıcı sistem operatorlarında, habelə” sözləri ilə əvəz edilsin; 6.2.4. 2.3.1-ci yarımbənddə “enerji təchizatı müəssisəsinin və ya dövlət elektroenergetika müəssisəsinin” sözləri “ötürücü və ya paylayıcı sistem operatorunun” sözləri ilə əvəz edilsin; 6.2.5. 2.3.2-ci yarımbənddə “enerji təchizatı müəssisəsi” sözləri “ötürücü və paylayıcı sistem operatorları” sözləri ilə əvəz edilsin; 6.2.6. 2.6.2-ci yarımbənddə “dövlət elektroenergetika və enerji təchizatı müəssisələri” sözləri “ötürücü və paylayıcı sistem operatorları, eləcə də istilik təchizatı müəssisələri” sözləri ilə əvəz edilsin; 6.2.7. 2.6.3-cü yarımbənddə “elektrik və istilik enerjisi istehsalı və təchizatı müəssisələrində elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi, nəqli və paylanması proseslərinin idarə edilməsi, mərkəzi və yerli idarəetmə səviyyəsində dispetçer xidmətlərinin işinin” sözləri “ötürücü və paylayıcı sistem operatorları tərəfindən mərkəzi operativ-dispetçer idarəetməsinin” sözləri ilə əvəz edilsin; 6.2.8. 2.6.4-cü yarımbənddə “enerji istehsalı və təchizatı müəssisələrinin” sözləri “enerjisinin istehsalçısının, habelə ötürücü və paylayıcı sistem operatorlarının” sözləri ilə əvəz edilsin; 6.2.9. 2.6.6-cı yarımbənddə “təchizatı müəssisələri” sözləri “istilik enerjisinin təchizatı müəssisələri, habelə elektrik enerjisinin ötürücü və paylayıcı sistem operatorları” sözləri ilə əvəz edilsin. 7. “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1579-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 730 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1022 (Cild I) 3.7-ci və 3.8-ci bəndləri ləğv edilsin. 8. “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1582-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 733 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1025 (Cild I) 3.5-ci və 3.6-cı bəndləri ləğv edilsin. 9. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 17 iyun tarixli 546-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 13 iyun tarixli 723 nömrəli və “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 iyul tarixli 204 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 iyul tarixli 1761 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 750 (Cild I) 1-ci hissəsi ləğv edilsin. 10. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 773-VIQD nömrəli Qanununun tətbiqi və “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 fevral tarixli 2034 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 242 (Cild I) 1-ci hissəsi ləğv edilsin. 11. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1152 (Cild I) ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin: 11.1. 1.2.1-ci yarımbənddə “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc həddindən” sözləri “150 kVt-dan” sözləri ilə əvəz edilsin; 11.2. 3.1.3-cü yarımbənddə və 9.6-cı bənddə “dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi” sözləri “ötürücü və ya paylayıcı sistem operatoru” sözləri ilə əvəz edilsin; 11.3. 6.4.6-cı yarımbənddə “dövlət elektroenergetika müəssisəsinin və ya enerji təchizatı müəssisəsinin” sözləri “ötürücü və ya paylayıcı sistem operatorunun” sözləri ilə əvəz edilsin. 12. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 384 (Cild I) ləğv edilsin. 13. “Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 995-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 mart tarixli 1861 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 411) ləğv edilsin. 14. Bu Fərmanın 6.1-ci bəndi (elektrik enerjisinin təchizatçısına münasibətdə), 6.2-ci (6.2.2-ci yarımbənd istisna olmaqla), 11.2-ci və 11.3-cü bəndləri (paylayıcı sistem operatoruna münasibətdə) 2025-ci il iyulun 1-dən qüvvəyə minir. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki: 1.1. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 17-ci maddəsinin birinci və ikinci cümlələrində, 54-7-ci maddəsinin birinci cümləsində, 54-8-ci və 78-2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Əsasnamənin 54-2-ci maddəsində, 54-5-ci maddəsinin ikinci cümləsində, 54-6-cı və 73-1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 1.3. həmin Əsasnamənin 11-2-ci və 45-2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir; 1.4. həmin Əsasnamənin 78-3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir; 1.5. həmin Əsasnamənin 54-7-ci maddəsinin birinci cümləsində və 54-8-ci maddəsində “vəzifəli şəxs” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin vəzifəli şəxsləri nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. üç ay müddətində: 2.1.1. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 54-5-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, vergi orqanlarının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələrin miqdarını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.1.2. həmin Əsasnamənin 54-6-cı maddəsinə uyğun olaraq, yaşayış yerindən kənarda yerləşən vergi orqanında xidmətə qəbul olunması və ya vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq yaşayış yeri olmayan vergi orqanının vəzifəli şəxsinə və onun ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi qaydasını və məbləğini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.2. həmin Əsasnamənin 73-1-ci maddəsinə uyğun olaraq, vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin hesablanması qaydasını dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.3. “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üç ay müddətində: 3.1. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 11-2-ci maddəsinə uyğun olaraq, vergi orqanlarında staj və sınaq keçmə qaydalarını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 3.2. həmin Əsasnamənin 45-2-ci maddəsinə uyğun olaraq, vergi orqanlarının vəzifəli şəxslərinin həvəsləndirmə qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 4. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 106 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 89 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 4.1. ikinci abzas 2.1-ci bənd hesab edilsin və həmin bənddən “, 12-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində, ikinci hissəsinin 2-ci bəndində və üçüncü hissəsində” sözləri çıxarılsın; 4.2. üçüncü abzas 2.3-cü bənd hesab olunsun və aşağıdakı məzmunda 2.2-ci bənd əlavə edilsin: “2.2. həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində, ikinci hissəsinin 2-ci bəndində və üçüncü hissəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi və Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi (Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə münasibətdə) nəzərdə tutulur;”. 5. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 476 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci hissə ləğv edilsin; 5.2. 3-cü hissə üzrə: 5.2.1. 3.1-ci bənddə “17-ci maddəsində” sözləri “17-ci maddəsinin birinci və ikinci cümlələrində” sözləri ilə, “axırıncı abzasında, 74-cü maddəsinin birinci cümləsində və 78-ci” sözləri “on birinci abzasında, 54-7-ci maddəsinin birinci cümləsində, 54-8-ci maddəsində, 78-ci maddəsinin birinci cümləsində və 78-2-ci” sözləri ilə əvəz edilsin; 5.2.2. 3.2-ci bənddə “6-cı” sözü “6-cı maddəsinin birinci cümləsində” sözləri ilə, “və 55-ci maddəsinin birinci hissəsində (birinci halda)” sözləri “, 54-2-ci maddəsində, 54-5-ci maddəsinin ikinci cümləsində, 54-6-cı maddəsində, 55-ci maddəsinin birinci hissəsində (birinci halda) və 73-1-ci maddəsində” sözləri ilə əvəz edilsin; 5.2.3. 3.3-cü bəndə “76-cı maddəsində” sözlərindən sonra “, 78-3-cü maddəsinin birinci cümləsində” sözləri əlavə edilsin, həmin bənddə “38-ci maddəsində” sözləri “38-ci maddəsinin ikinci cümləsində” sözləri ilə əvəz olunsun və həmin bənddən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın; 5.2.4. aşağıdakı məzmunda 3.3-1-ci və 3.5-ci bəndlər əlavə edilsin: “3.3-1. həmin Əsasnamənin 11-2-ci və 45-2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;”; “3.5. həmin Əsasnamənin 16-cı maddəsinin ikinci hissəsində, 54-7-ci maddəsinin birinci cümləsində, 54-8-ci maddəsində və 78-ci maddəsinin birinci cümləsində “vəzifəli şəxs” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin vəzifəli şəxsləri nəzərdə tutulur.”; 5.2.5. 3.4-cü bənd ləğv edilsin. 6. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 297 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 8 aprel tarixli 31 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7.3-cü yarımbəndində “xidməti intizamı bir dəfə kobud şəkildə pozması və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirməməsi səbəbindən” sözləri “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 5-ci bəndi ilə” sözləri ilə əvəz edilsin. 7. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 17-ci maddəsinə münasibətdə bu Fərmanın 1.1-ci bəndi, 5.2.1-ci və 5.2.5-ci yarımbəndləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydası ilə eyni gündə qüvvəyə minir. *** Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 114-cü maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. 2. Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq, “Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik və istifadə hüquqları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən Məhkəmə-Hüquq Şurasına ötürülsün. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. normativ hüquqi aktların “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununa və bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.2. həmin Qanundan və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik və istifadə hüquqlarının Məhkəmə-Hüquq Şurasına ötürülməsi tam başa çatanadək həmin informasiya sisteminin sahibi və operatoru funksiyalarının icrasından irəli gələn hüquq və vəzifələrin həyata keçirilməsini davam etdirsin. 5. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin: 5.1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanunu və bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, Məhkəmə-Hüquq Şurası Aparatının strukturunun təkmilləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirsin; 5.2. həmin Qanundan və bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün tədbirlər görsün. 6. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli 30 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 12, maddə 744 (Cild I) 7-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 6.1. 7.1-ci və 7.9-cu bəndlərdə “hissəsində” sözü “hissəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin; 6.2. 7.5-ci bənddən “ikinci hissəsinin ikinci cümləsində (yalnız birinci instansiya məhkəmələrində həmin maddədə qeyd edilən sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılması üzrə),” və “, 97-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində (yalnız birinci instansiya məhkəmələrinə münasibətdə) və ikinci hissəsində, 107-ci maddəsinin ikinci hissəsində” sözləri çıxarılsın; 6.3. 7.6-cı bənd aşağıdakı redaksiyada verilsin: “7.6. həmin Qanunun 64-cü maddəsinin ikinci hissəsində, 80-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 86-cı maddəsinin birinci hissəsində və 88-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;”. 7. Bu Fərmanın 1-ci və 6-cı hissələri 2024-cü il iyunun 1-dən qüvvəyə minir.

Sərhəddə açılış: İlham Əliyev və Rəisi iştirak edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub. Sozcu.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi. Bildirildi ki, layihə üzrə şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometrdir. Layihənin birinci mərhələsində ümumilikdə 17,14 kilometr uzunluğunda yollar salınacaq. İki və dörd hərəkət zolaqlı bu yolların eni 18-34 metr olacaq. Yolboyu velosiped və piyada zolaqları yaradılacaq, yaşıllıqlar salınacaq. Dövlət başçısına Horadiz–Zəngilan avtomobil yolunda görülən əsaslı təmir işləri barədə də məlumat verildi. Qeyd edək ki, Horadiz–Zəngilan avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biridir. Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun Horadiz-Zəngilan hissəsi ötən əsrin 80-ci illərində inşa edilib və otuz illik işğal dövründə tamamilə sıradan çıxarılaraq yararsız vəziyyətə salınıb. Uzunluğu 61 kilometr olan Horadiz–Zəngilan avtomobil yolunun əsaslı təmiri dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən həyata keçirilib. Təmir-tikinti işləri Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun Horadiz-Zəngilan hissəsində aparılıb. Üçüncü texniki dərəcəyə uyğun olaraq əsaslı şəkildə yenidən qurulan yolun torpaq yatağının eni 12 metrdir. Yolboyu mövcud asfalt-beton örtüyü qazılaraq kənarlaşdırılıb, yol yatağının və yol əsasının tikintisi, müxtəlif ölçülü suötürücü boruların inşası, körpülərin təmiri, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri görülüb. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub. Sonra Prezident İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoydu.

Müsavatda seçkilərin nəticələri - Fotolar

Müsavat Partiyası Məclisinin yeni tərkibdə ilk sessiyası başa çatdı. Sessiyada  Məclisin sədri, katibi və Divan üzvlüyünə seçkilər keçirilib. Gizli səsvermənin nəticələrinə görə, Arif Hacılı Məclisin sədri, Fəridə Ələsgərli Məclisin katibi seçiliblər. Divan üzvülyünə 13 nəfər seçilib: Almaz Əliqızı Fərəc Kərimov Fəridə Ələsgərli Gülağa Aslanlı Hidayət İsmayıl Könül Alıyeva Mirbaba Babayev Mustafa Hacıbəyli Nemət Kərimli Nüşabə Sadıxlı Razim Əmiraslanlı Səxavət Soltanlı Yusif Mehdi Daha sonra partiya başqanı İsa Qəmbər öz müavinlərini təqdim edib. Məclis təqdimatları təsdiqləyib. Altı nəfər müavin təyin olunub. Gülağa Aslanlı, Nüşabə Sadıxlı, Razim Əmiraslanlı, Səxavət Soltanlı, Fərəc Kərimli, Mustafa Hacıbəyli

Paşinyanın adamı Rusiyanı ittiham etdi

Ermənistanda antirusiya əhval-ruhiyyəsi Rusiyanın hərəkətləri nəticəsində yaranıb. Sozcu.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim Mülki Müqavilə Partiyasından olan deputat Sərkis Xandanyan deyib. “İrəvanda antirusiya əhval-ruhiyyəsi olsa belə, onları nə hakim qüvvə, nə də ölkənin hökuməti formalaşdırır”, - o bildirib.

Arif Hacılı namizəd oldu

Xəbər verdiyimiz kimi, mayın 18-də Müsavat Partiyasının Məclis sədri vəzifəsinə seçkilər keçiriləcək.  Sozcu.az "Qaynarinfo" ya istinadla xəbər verir ki, Müsavat Partiyasının eks başqanı Arif Hacılı sözügedən vəzifəyə namizədliyini irəli sürüb.  Məlumata əsasən onun namizədliyi qeydə alınıb.  Partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı Qaynarinfo-ya məlumatı təsdiqləyib. 

İlham Əliyevdən sülh açıqlaması

Hazırda sülh gündəliyinin irəliyə aparılması üçün Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi davam etdirilir. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin və bu prosesin əsasını təşkil edən fundamental prinsiplərin təşəbbüskarı məhz ölkəmiz olub və sülh müqaviləsinin mətni də Azərbaycan tərəfindən hazırlanaraq müzakirəyə təqdim edilib.

ATƏT sədrinin Cənubi Qafqaza səfərinin vaxtı MÜƏYYƏNLƏŞDİ

ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqun Cənubi Qafqaza səfərinin vaxtı məlum olub. Sozcu.az ATƏT-in saytına istinadən xəbər verir ki, 13 may tarixində maltalı diplomat Ermənistana səfər edəcək. İrəvanda Y. Borq Ermənistanın baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, Milli Assambleyanın sədri Alen Simonyan və Ermənistanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ilə görüşəcək. ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana da səfəri gözlənilir. Lakin səfərin tarixi barədə məlumat verilməyib.

İlham Əliyev Şuşada ICESCO-nun baş direktorunu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Şuşada ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı məlumat yayıb.

“Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik” - İlham Əliyev

“Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi”. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı danışıb. “Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər”, - deyə dövlətimizin başçısı əlavə edib.

Rus səfirdən təxribat: "Köçəri"ni erməni rəqsi adlandırdı

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Sputnik Ermənistan”a müsahibəsində 9 May günü ilə bağlı açıqlama verib. Sozcu.az xəbər verir ki, o, müsahibəsində "Köçəri" rəqsinin ermənilərə məxsus olduğunu iddia edib. "Böyük Vətən Müharibəsində Sovet İttifaqı xalqlarının Qələbəsinin ən parlaq görüntülərindən biri də Reyxstaqın divarlarında ermənilətin "Köçəri" rəqsi olub", - səfir deyib. Qeyd edək ki, “Köçəri” rəqsi Azərbaycanda çox məşhur olan qədim “Yallı” rəqsinin bir növüdür, hətta Azərbaycanın ən qədim tarixi daş abidələrindən sayılan və eramızdan əvvəl 12-8-ci minillikləri əhatə edən Mezolit dövrünə aid Qobustan qayalarının üzərində də “Yallı” rəqsinin təsvirləri verilmişdir. “Köçəri” rəqsinin ermənilərin milli rəqsi kimi qələmə verilməsinin elmi və tarixi əsasları yoxdur.

Prezidentdən qərar: Yeni cərimələr müəyyənləşdi

Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsinə görə yeni cərimələr müəyyənləşib. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib. Belə ki, sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsinə görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcək. Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.