Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Sputnik Ermənistan”a müsahibəsində 9 May günü ilə bağlı açıqlama verib.
Sozcu.az xəbər verir ki, o, müsahibəsində "Köçəri" rəqsinin ermənilərə məxsus olduğunu iddia edib.
"Böyük Vətən Müharibəsində Sovet İttifaqı xalqlarının Qələbəsinin ən parlaq görüntülərindən biri də Reyxstaqın divarlarında ermənilətin "Köçəri" rəqsi olub", - səfir deyib.
Qeyd edək ki, “Köçəri” rəqsi Azərbaycanda çox məşhur olan qədim “Yallı” rəqsinin bir növüdür, hətta Azərbaycanın ən qədim tarixi daş abidələrindən sayılan və eramızdan əvvəl 12-8-ci minillikləri əhatə edən Mezolit dövrünə aid Qobustan qayalarının üzərində də “Yallı” rəqsinin təsvirləri verilmişdir.
“Köçəri” rəqsinin ermənilərin milli rəqsi kimi qələmə verilməsinin elmi və tarixi əsasları yoxdur.