“Erməni terrorçularına yaşıl işıq yandıran rus sülhməramlıları ilə bağlı konkret addım atılmalıdır"

“Erməni terrorçularına yaşıl işıq yandıran rus sülhməramlıları ilə bağlı konkret addım atılmalıdır. Bu qüvvələr Azərbaycan ərazisində olduğu müddətdə sabitlikdən söhbət gedə bilməz. Təxribatların olması da qaçılmazdır”. Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, ​ rus sülhməramlıları öz hərbi imkanları ilə erməni silahlı birləşmələrinə ​ dəstək verir. Onlar separatçıların mövcudluğu üçün hər şeyi edir: “Hazırda Xocalıda olan aeroportdan rus sülhməramlıları ermənilərin Qarabağa və Ermənistana daşınmasını təmin edir. Rus sülhməramlıları separatçı ermənilər üçün bütün imkanları yaradırlar”. Millət vəkili hesab edir ki, Azərbaycan güc yolu ilə də olsa, ərazilərini separatçı və terrorçulardan təmizləməlidir: “Çünki bu qüvvələri sülh və ya danışıqlar yolu ilə bölgədən çıxarmaq mümkün deyil”.

Fransa səfiri Azərbaycan XİN-ə çağırıldı

Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Sozcu.az xəbər verir ki, səfirdən son günlər Daşnaksütun partiyasının və erməni lobbisinin Fransada olan nümayəndələrinin Prezident Emmanuel Makronla görüşü və bu görüşdə dövlət başçısının səsləndirdiyi bəzi fikirlər barədə mətbuatda çıxan açıqlamalarla bağlı izahat verilməsi istənilib. Səfirin diqqətinə çatdırılıb ki, Fransa tərəfi Makronun adından verilən bu açıqlamalara aydınlıq gətirməlidir. Belə ki, Daşnaksütun və erməni lobbisinin nümayəndələri mediaya açıqlamalarında Emmanuel Makrona istinadən Kişinyov görüşündən dərhal sonra Fransa Prezidentinin onlara zəng etdiyi, Azərbaycan Prezidentinə təzyiq göstərdiyi və göstərəcəyi, Qarabağ məsələsində Paşinyandan daha fəal olduğu, bu fəallığını daha da artıracağını və s. fikirlər səsləndiriblər. Səfir cavabında bu məsələdən məlumatsız olduğunu bildirib. Məlumata görə, Azərbaycan tərəfi rəsmi Parisdən Emmanuel Makronun adından verilən bu fikirlərin ya təsdiq, ya da təkzib olunmasını gözləyir. Təsdiq edildiyi təqdirdə rəsmi Bakı tərəfindən diplomatik müstəvidə müvafiq addımların atılacağı istisna deyil.

Entoni Blinken Azərbaycan və Ermənistan XİN başçılarının görüşü barədə: "Ən çətin məsələlərin həlli sonraya qalıb"

"Ən çətin məsələlərin həlli sonraya qalıb". Bunu ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən görüşünə dair şərhində deyib. O bildirib ki, razılığa nail olmaq nə qədər asan olsa da, bəzi hallarda çətinləşir: "Çünki ən mürəkkəb məsələlər hələ həllini tapmayıb". Qeyd edək ki, iyunun 27-29-da C.Bayramov və A.Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb. Nazirlər Vaşinqtonda olarkən ABŞ-ın dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər. Azərbaycan XİN-in rəsmi məlumatına əsasən, XİN başçıları və onların heyətləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub.

Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan xalqını təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan xalqını müqəddəs Qurban Bayramı münasibətilə təbrik edib.  Təbrikdə deyilir:  “Əziz həmvətənlər!  Sizi Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edir, hər birinizə ailə səadəti, xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.  Qurban Bayramı bütün dünya müsəlmanları üçün olduğu kimi, Azərbaycan xalqı üçün də ən müqəddəs, ən əziz bayramdır.  İslamın digər müqəddəs bayramları kimi Qurban Bayramı  da insanları sülhə, birliyə, ədalətə, əminamanlığa səsləyir.  Mən inanıram ki, belə bir müqəddəs gündə xoş niyyətlə etdiyimiz bütün dualar Allahın dərgahında qəbul olunacaq.  Belə bir əziz gündə saf məqsədlərə, mənəvi dəyərlərə yönəlmiş dualarımız ölkəmizin və millətimizin problemlərinin həlli, xalqımızın sağlamlığı və xoşbəxtliyi üçündür.  Hər bir Azərbaycan ailəsinə bol bayram süfrəsi, rahatlıq və əminamanlıq arzulayıram.  Bu bayram günündə xalqımızın xoşbəxtliyi,  ölkəmizdə azad, firavan və demokratik bir cəmiyyətin qurulmasıı üçün dualar səslənir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla, qürur hissi və fəxrlə anılır. Əziz həmvətənlər!  Sizi bir daha müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.  Tanrı Sizi qorusun!”

Blinken nazirləri bir araya gətirdi - 3 günlük danışıqlar nə ilə bitəcək?

ABŞ-ın dövlət katibi Antoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş başlayıb. Sozcu.az xəbər verir ki, Azərbaycan və Ermənistan arasında danışıqların növbəti raundu Virciniya ştatının Arlinqton şəhərində, Corc Şults adına Xarici Əlaqələr üzrə Milli Tədris Mərkəzində baş tutub. E.Blinken bu gün iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib. Xatırladaq ki, ABŞ-da ikitərəfli danışıqlar 3 gün davam edəcək.

ABŞ Dövlət Departamenti: “İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”

“İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. O, ABŞ-ın birbaşa dialoqu dəstəklədiyini bildirib: “Bu, sülhü və problemləri həll etməyin ən yaxşı yoludur”. Qeyd edək ki, bu gün Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə erməni həmkarı Ararat Mirzoyan arasında görüş keçiriləcək. Müzakirələrin 3 gün davam edəcəyi gözlənilir.

Bayramov ABŞ-a yola düşdü - XİN

İyunun 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibi Entoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb. Bu barədə Sozcu.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Səfər çərçivəsində dövlət katibi E.Blinken ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

Rəsmi Bakı: "Ermənistan təhrikçi addımları davam etdirməkdə maraqlıdır"

"Görünür ki, Ermənistan tərəfi buraxılış məntəqəsi təsis edilən gündən yüzlərlə erməni sakinlərin azərbaycanlı sərhədçilərlə qarşılıqlı anlayış və əməkdaşlıq ruhunda hər iki istiqamətdə keçidini həzm etməyərək, bu kimi təhrikçi addımları təkidlə davam etdirməkdə maraqlıdır". Sozcu.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin 24 iyun tarixli bəyanatına dair şərhində əksini tapıb. Qeyd olunub ki, eyni qaydada, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə qarşı “humanitar təhdidlər” olduğu iddialarının heç bir əsası yoxdur. Azərbaycanın zərurət olduğu təqdirdə sakinlərə yardım etmək təkliflərindən özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən hər vəchlə imtina olunması, erməni tərəfinin bu məsələdən öz dar siyasi məqsədləri üçün istifadə etdiyini göstərir.

Əli Kərimli yenidən sədr seçildi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayı keçirilib. Sozcu.az-ın xəbərinə görə, qurultayda Əli Kərimli yenidən sədr seçilib.

Sülhlə bağlı razılıq bu tarixdə mümkündür - Bayramov

Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması potensial olaraq ilin sonundan tez mümkündür. Sozcu.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir qeyd edib ki, Ermənistan müəyyən addımlar atmağa hazır olsa, sülh razılaşması əldə edilə bilər: "Ermənistanın nəinki bəyanat vermək, hətta bəzi əməli addımlar atmaq iradəsi varsa, hesab edirəm ki, potensial olaraq ilin sonundan da əvvəl razılığa gəlmək mümkündür",- deyə C.Bayramov əlavə edib.

Milli Məclisin iclası başladı

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb. Sozcu.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 33 məsələnin müzakirə daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) 2. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) 3. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 4. “Banklar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 5. Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) 6. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) 7. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) 8. “Banklar haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli, “Bank olmayan kredit təşkilatları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 141-VQD nömrəli, “Kredit ittifaqları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 142-VQD nömrəli, “Poçt haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 143-VQD nömrəli, “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 144-VQD nömrəli, “Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 145-VQD nömrəli və “İnvestisiya fondları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 146-VQD nömrəli qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) 9. “Bank olmayan kredit təşkilatları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 10. “Kredit ittifaqları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 11. “Poçt haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 12. “Əmanətlərin sığortalanması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 13. “Kredit büroları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 14. “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 15. “İnvestisiya fondları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 16. “Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 17. “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 18. “İcbari sığortalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 19. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 20. “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 21. “Publik hüquqi şəxslər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 22. “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 23. “Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 24. “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 25. “Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 26. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 27. “Auditor xidməti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 28. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 29. “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 30. “Dərman vasitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 31. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) 32. “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 33. “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

İlham Əliyev 1 fərman, 1 sərəncam imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1942 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Sozcu.az fərmnın mətnini təqdim edir: 1. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1942 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1452) aşağıdakı dəyişikliklər edilsin: 1.1. 1-ci hissədə “8 990 947,2” və “11 392 336,5” rəqəmləri müvafiq olaraq “16 337 500,0” və “11 850 036,5” rəqəmləri ilə əvəz edilsin; 1.2. 2-ci hissə üzrə: 1.2.1. 2.1-ci bənddə “Gəlirlərin məbləği (min manat)” sütununda “6 571 387,3” rəqəmləri “11 765 793,3” rəqəmləri ilə əvəz edilsin; 1.2.2. 2.2-ci bənddə “Gəlirlərin məbləği (min manat)” sütununda “4 307,8” rəqəmləri “3 600,6” rəqəmləri ilə əvəz edilsin; 1.2.3. 2.3-cü bənddə “Gəlirlərin məbləği (min manat)” sütununda “23 590,0” rəqəmləri “15 323,3” rəqəmləri ilə əvəz edilsin; 1.2.4. 2.4-cü bənddə “Gəlirlərin məbləği (min manat)” sütununda “1 590 905,4” rəqəmləri “3 752 026,1” rəqəmləri ilə əvəz edilsin; 1.2.5. “Gəlirlərin məbləği (min manat)” sütununun “Cəmi” sətrində “8 990 947,2” rəqəmləri “16 337 500,0” rəqəmləri ilə əvəz edilsin; 1.3. 3-cü hissə üzrə: 1.3.1. 3.1-ci bəndin “Xərclərin məbləği (min manat)” sütununda “11 280 000,0” rəqəmləri “11 737 700,0” rəqəmləri ilə əvəz edilsin; 1.3.2. “Xərclərin məbləği (min manat)” sütununun “Cəmi” sətrində “11 392 336,5” rəqəmləri “11 850 036,5” rəqəmləri ilə əvəz edilsin. 2. Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin. *** Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası, gəlirlər 16 866 540,3 min manat, xərclər 7 988 335,2 min manat və ya Fondun 2022-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 106,8 faiz, xərclər üzrə 68,9 faiz səviyyəsində olmaqla, bu cür təsdiq edilsin.