Xocalı soyqırımını unudulmasına imkan verməyəcəyik - Səfir

Xocalı soyqırımının unudulmasına imkan verməyəcəyik. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “X” sosial şəbəkəsindəki hesabında Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar yazıb. “Bitməyən ağrı Xocalı Soyqırımı, unutmadıq, unutmayacağıq, unudulmasına imkan verməyəcəyik”, - səfir qeyd edib.

Ermənilər insanlığa qarşı cinayət törətdilər - Hacıyev

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə Xocalı şəhərinə hücumu və zəbt etməsi nəticəsində 613 dinc azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca amansızcasına qətlə yetirilib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında yazıb. “Daha 1 000 nəfər yaralanıb, 1 275 nəfər girov götürülüb. Bu günədək Xocalıdan 150 nəfər itkin düşüb. 1992-ci il fevralın 25-26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində azərbaycanlı mülki əhalinin qəsdən törədilmiş kütləvi qırğını “soyqırımı” və “insanlığa qarşı cinayət”dir. Xocalıda törədilmiş cinayətlər ayrı-ayrılıqda və ya təsadüfi akt deyil, Ermənistanın geniş yayılmış və sistemli etnik təmizləmə siyasətinin və təcrübəsinin tərkib hissəsidir. Xocalı soyqırımı İkinci Dünya Müharibəsindən sonra Avropada günahsız dinc əhaliyə qarşı törədilmiş ən dəhşətli kütləvi qırğın idi. Xocalı soyqırımı beynəlxalq ictimaiyyətin tam sükut və laqeydliyi şəraitində baş verib. Xocalı qurbanlarının ədalətini Azərbaycan dövlətinin özü təmin edib. Xocalı 2023-cü ilin sentyabrında işğaldan azad edilib və bu cinayətin bir qrup təşkilatçısı və icraçısı tezliklə məhkəmə qarşısına çıxarılacaq. Amma bizim ən böyük təsəllimiz odur ki, Xocalıdan sağ çıxanlar və hər bir Azərbaycan vətəndaşı artıq azad edilmiş Xocalıya, bütün Qarabağa və Şərqi Zəngəzuru azad, ləyaqət və qürurla ziyarət edə bilər”, - H.Hacıyev qeyd edib.

XİN: Xocalı soyqırımı Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti idi

Xocalı soyqırımı Ermənistanın sistemli etnik təmizləmə və soyqırımı siyasətinin bir hissəsi idi. Sozcu.az xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı “X” sosial şəbəkəsindəki paylaşımında yer alıb. Nazirlik həmçinin Xocalı soyqırımına səbəb olan hadisələrin ardıcıllığını əks etdirən qrafiki də paylaşıb.

Makron Putinin “arxa bağçasına” bayraq sancdı

Ermənistanı heç kim özəlləşdirməz. Sozcu.az xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini X-dəki mikrobloqunda yazıb. “Ermənistan heç kimin “axra bağçası” deyil. Bu, suverenliyi və ərazi bütövlüyü Fransa tərəfindən dəstəklənən dost və demokratik ölkədir”, - deyə səfir qeyd edib. Qeyd edək ki, bundan öncə “Politiko”da “Fransa Ermənistanla silah müqaviləsi bağlamaqla Rusiyanın arxa bağçasına bayraq sancdı” başlıqlı məqalə yayıb.

Bakı ərazi bütövlüyümüzü tanımır, hücum edə bilər

Azərbaycanın Ermənistana hücumu ehtimalı yüksəkdir. Sozcu.az xəbər verir ki, bunu ermənistan Baş naziri Nikol Paşinyan Parisdə “Frans 24” telekanalına müsahibəsində deyib. “Bizim vəzifəmiz beynəlxalq platformalarda əldə olunan razılaşmalar çərçivəsində bəyan edilən üç prinsipi sülh sazişində ifadə etməkdir. Bu problemləri və rəsmi Bakıdan gələn bəyanatları təhlil edərək belə qənaətə gəlirik ki, bəli, Ermənistana hücum ehtimalı çox böyükdür”, - Paşinyan bildirib. Erməni baş nazir qeyd edib ki, Bakının Qərbi Azərbaycanla bağlı rəsmi açıqlamaları Ermənistan ərazisinin böyük hissəsinin azərbaycanlı olması deməkdir: “Azərbaycan Ermənistanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını praktiki olaraq tanımır, baxmayaraq ki, diplomatik səviyyədə Azərbaycan əmin edir ki, onun hücum etmək niyyəti yoxdur”.

İlham Əliyevin yüksək vəzifə verdiyi Samir Rzayev kimdir?

Prezident İlham Əliyev Sərəncam ilə Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. Sozcu.az Samir Rzayevin dosyesini təqdim edir: Samir Musa oğlu Rzayev 2022-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib. Həmin təyinata qədər isə Samir Rzayev "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti kimi fəaliyyət göstərib. Xatırladaq ki, 2022-ci ildə "Azərbaycan Hava Yolları" QSC-nin Nizamnaməsinə dəyişiklik edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalamışdı. Qərara əsasən, Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin tərkibinə dəyişik edilmişdi. Dəyişikliklə İdarə Heyətinin tərkibi 7 nəfərdən- Cəmiyyətin prezidenti, 2 birinci vitse-prezidenti və 4 vitse-prezidentindən ibarət olub. O vaxta qədər isə İdarə Heyətinin tərkibi 7 nəfərdən- Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərindən ibarət idi.

Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, sərəncamda deyilir: Sərəncama əsasən, 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Bundan başqa, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Şarl Mişel Paşinyanla sülhdən DANIŞDI

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Sozcu.az xəbər verir ki, bu barədə Mişel özünün "X" hesabında yazıb. Telefon danışığı zamanı Aİ-Ermənistan münasibətlərini və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması müzakirə olunub. “Cənubi Qafqaz üçün sülh, sabitlik və rifah gündəliyi Aİ-nin gündəmində əsas yer tutur”, - Mişel bildirib.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – Video

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər. Sozcu.az xəbər verir ki, fevralın 19-da Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edirlər.

Britaniyalı nazir Azərbaycana gəlir

Böyük Britaniyanın enerji təhlükəsizliyi və emissiyaların sıfır səviyyəsinə nail olunması strategiyası məsələləri üzrə naziri Qrem Stüart gələn həftə Azərbaycana səfər edəcək. Sozcu.az xəbər verir ki, nazir səfər çərçivəsində Bakıda bir sıra ikitərəfli görüşlər keçirəcək. Q.Stüart fevralın 22-də ADA Universitetində mühazirə deyəcək, bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Böyük Britaniyanın COP26-ya dair təcrübəsindən danışacaq. Xatırladaq ki, COP26 2021-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilib. Azərbaycanda COP-29-un keçirilməsi ilə bağlı qərar ötən il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib. İki həftə ərzində paytaxt Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Prezident: Ermənistan qanunvericiliyini normal qaydaya salmasa...

Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Sozcu.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində söyləyib. “Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”, - deyə dövlətimizin başçısı əlavə edib.

Paşinyan: “Ermənistan MN Azərbaycanla sərhəddə təxribat yaratmamaq barədə əmr verib”

Ermənistan Müdafiə Nazirliyinin (MN) yeni əmrinə əsasən, bu ölkənin hərbi qulluqçuları Azərbaycanla sərhəddə eskalasiyaya səbəb olmamalı, təxribatlar yaratmamalıdırlar. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Britaniya parlamentinin İcmalar Palatasının üzvü Con Uittinqdeylin başçılıq etdiyi nümayəndə heyətinin nümayəndələri ilə görüşündə deyib. “Sizin səfəriniz Azərbaycanla sərhəddə yeni eskalasiya ilə üst-üstə düşdü. Hökumətimiz sülh prosesini davam etdirəcək, çünki əminik ki, bunun alternativi yoxdur. Ermənistan Müdafiə Nazirliyindən heç bir eskalasiyaya yol verməmək, təxribatlar yaratmamaq barədə çox sərt göstəriş var”, - Paşinyan bildirib. Mənbə: TASS