Makron Putinin “arxa bağçasına” bayraq sancdı

Ermənistanı heç kim özəlləşdirməz.

Sozcu.az xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini X-dəki mikrobloqunda yazıb.

“Ermənistan heç kimin “axra bağçası” deyil. Bu, suverenliyi və ərazi bütövlüyü Fransa tərəfindən dəstəklənən dost və demokratik ölkədir”, - deyə səfir qeyd edib.

Qeyd edək ki, bundan öncə “Politiko”da “Fransa Ermənistanla silah müqaviləsi bağlamaqla Rusiyanın arxa bağçasına bayraq sancdı” başlıqlı məqalə yayıb.

Share on Facebook