"Bakı və İrəvan iyunun 1-də Kişinyovda sülh sazişi imzalaya bilər" - "France Press"

İyunun 1-də Kişinyovda Bakı və İrəvan sülh sazişi imzalaya bilər. Sozcu.az xəbər verir ki, bu barədə France Press (AFP) agentliyi Azərbaycan səfiri Leyla Abdullayevaya istinadən yazıb. France Press bildirir ki, iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin Sammiti zamanı Bakı və İrəvan sülh sazişi imzalaya bilər. Diplomatik mənbələrdən verilən məlumata görə, Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsun iştirakı ilə yüksək səviyyəli danışıqlar aparacağı planlaşdırılır. “Biz ümid edirik ki, nəhayət iyunun 1-də Kişinyovda sülh müqaviləsi imzalanacaq”, – deyə Leyla Abdullayeva Parisdə bir qrup jurnalistə bildirib. O əlavə edib ki, bu, “qaçırılmaması üçün tarixi fürsət olacaq”.

“Qızını pullu fakültədə oxutmur, amma ona bahalı cehiz alır” - Məşhurlardan etiraz

Ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi geridə qalıb. Dövlət sifarişli yerlərin azlığı ənənəvi problemi yenidən qabardıb. Pullu ixtisaslara qəbul olan gənclər təhsillərini davam etdirə biləcəklərmi?  Araşdıranda aydın olur ki, universitetlərə qəbul olunan, ancaq ali təhsil almaqdan imtina edən gənclər əsasən dövlət sifarişi ilə təhsil almaq imkanından məhrum olan, başqa sözlə, pullu təhsil almağa məcbur olanlardır.  Bəziləri bundan ötrü qohum-qardaşından borc alır, banklardan kredit götürür, bəziləri qızıl-zinət əşyalarını, evinin xalça-palazını, qapısının mal-qarasını satır, axır ki, o məbləği düzəldir. Bəziləri isə buna görə övladını, xüsusilə qızlarını oxumağa qoymur. Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Fatma Mahmudova bildirib ki, son illər valideynlərin böyük əksəriyyəti qızlarını oxutmaqda maraqlıdırlar: “Son illər valideynlər demək olar ki, hamısı qızlarına təhsil vermək istəyir, buna can atırlar. Başda mən olmaqla, ətrafımdakı hər kəs bunun tərəfdarıdır. Özüm də hər iki qızıma ali təhsil vermişəm. Ərə getməyin təhsilə heç bir dəxli yoxdur. Onsuz da onu istəyən oğlan təhsili olsa da, olmasa da alacaq. Belə şeylərə qarışmağı çox sevmirəm, amma təhsil də önəmlidir. Təhsil almaq cinsindən asılı olmayaraq hər bir övlad üçün vacibdir. Təhsil insanın gözünü açır, dünyagörüşünü artırır. Həyatda layiqli yer tutma bilməsi üçün üçün mütləq övladına təhsil verməlisən”. Uzun illər ölkə televiziyalarında ən reytinqli sosial verilişlərin eksperti olmuş jurnalist Seymur Verdizadə məsələyə özqünəməxsus formada münasibət bildirib. Onun sözlərinə görə Azərbaycan insanının ən böyük faciəsi olduğu kimi görünmək istəməməkdir: “Həyatda yüzlərlə, sosial şəbəkələrdə minlərlə dost-tanışım var, əksəriyyət özünü intellekt sahibi kimi göstərməyə çalışır. Hə 6-7 il əvvəl sosial məzmunlu verilişlərə çıxanda küçədə-bazarda qarşılaşdığım adamlar mənə həmin verilişlərdən şikayət edirdilər. Qəsdən onları sorğu-sual edirdim, söhbət əsnasında məlum olurdu ki, iki saatlıq verilişə əvvəldən axıra kimi baxıb, bir saniyəsini belə nəzərdən qaçırmayıb. Sadəcə cəmiyyət içində özünü ziyalı, intellektual adam kimi göstərmək üçün ailə-məişət mövzularını aşağılayır. Halbuki özü bir nömrəli məişət adamıdır”.  S.Verdizadə deyib ki, cəmiyyətdə sənət adamlarına münasibətdə də eyni tendensiya müşahidə olunur. Onun sözlərinə görə, insanlar sosial şəbəkələrdə söydükləri adamlarla toylarda, el şənliklərində ehtiramla görüşür, onlara öz simpatiyalarını bildirməkdən çəkinmirlər:  “Bir dəfə ANS televiziyasında Vasif Məhərrəmli ilə debata çıxmışdım. Çox səmimi müzakirəmiz oldu. Veriliş efirə gedəndən sonra 3-4 nəfər mənə zəng edib müğənni ilə efirə çıxdığım üçün narazılığını bildirdi. Öz təbirlərincə desək, mənə bir “manıs”la yanaşı dayanmağı rəva görməmişdilər. İnanın, 3 gün sonra həmin adamlardan birinin toyda Vasif Məhərrəmli ilə ehtiramla görüşdüyünü, hətta arvad-uşağını başına yığıb onunla xatirə şəkli çəkdirdiyini gördüm”.  Jurnalist deyib ki, hələ də Azərbaycanda bəzi ailələrdə qız övladlarına evdəki artıq əşya kimi baxırlar. Çox adam ciddi-cəhdlə bu “əşya”dan qurtulmaq istəyir: “Hələ də anlaya bilmirəm ki, qızına 2500 manata telefon alan ata niyə ildə 2500 manat verib onu pullu fakültədə oxutmaq istəmir. Övladının təhsil alması üçün 2500 manatından keçmək istəməyən valideyn onu ər evinə köçürəndə 12 500 manatlıq cehiz alır. Sözsüz ki, bunda qızından çox özünü düşünür, istəyir ki, qonşular onun övladına necə bahalı cehiz verdiyini görsünlər. Bu cür geridəqalmış düşüncədən xilas olmadıqca, körpə fidanlarımız erkən evliliyin qurbanına çevriləcəkdir”. 

İlkin Süleymanov məhkəmədən vaxt istədi

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.  Sozcu.az-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin müdafiəçiləri çıxış edib. Daha sonra söz İ.Süleymanova verilib. O, son sözünü demək üçün məhkəmədən vaxt istəyib.  Məhkəmə prosesi iyunun 2-dək təxirə salınıb. Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub. Ötən iclaslarda prokuror İ.Süleymanova 20 il cəza verilməsini istəyib. 

Əks-hücum əməliyyatı başlayıb - Podolyak

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı bir neçə gün əvvəl başlayıb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib. O bildirib ki, əks-hücum əməliyyatı çərçivəsində artıq ayrı-ayrı əməliyyatlar aparılır: “Cəbhə xətti sərhəd boyunca 1,5 min kilometr uzanıb, lakin Ukrayna ordusunun ayrı-ayrı əməliyyatları artıq davam edir”.

Əks-hücum əməliyyatı başlayıb - Podolyak

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı bir neçə gün əvvəl başlayıb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib. O bildirib ki, əks-hücum əməliyyatı çərçivəsində artıq ayrı-ayrı əməliyyatlar aparılır: “Cəbhə xətti sərhəd boyunca 1,5 min kilometr uzanıb, lakin Ukrayna ordusunun ayrı-ayrı əməliyyatları artıq davam edir”.

Bahçelinin keçmiş müavini Kılıçdaroğlunu dəstəklədi

Türkiyə prezidentliyinə namizəd, CHP sədri Kemal Kılıçdaroğlunu dəstəkləyənlərin sırasına daha bir tanınmış sima qoşulub. MHP-nin qurucularından olan Gün Sazakın oğlu Süleyman Servet Sazak mayın 28-də keçiriləcək seçkidə K.Kılıçdaroğluna səs verəcəyini bildirib.  Sozcu.az xəbər verir ki, bir müddət MHP sədri Devlet Bahçelini müavini olmuş S.S.Sazak qərarını bu gün açıqlayıb.  Məşhur ülkücü yaydığı açıqlamada Türkiyədə baş verən qanunsuzluqların artmasından narahatlığını dilə gətirib. Mərhum Alparslan Türkeşin ən yaxın silahdaşlarından olan G.Sazakın oğlu ülkücü əqidədaşlarını CHP sədrinə səs verməyə çağırıb. 

Elm və Təhsil Nazirliyi valideynlərə müraciət edib

26 may saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə I siniflərə qəbul üçün prioritet tələbi tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə prioritetsiz qəbul aparılacaq. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Sözügedən ümumi təhsil müəssisələrinin siyahısı aşağıda təqdim edilib: Heydər Əliyev adına lisey; T.İsmayılov adına 6 nömrəli məktəb-lisey; İ.Hacıyev adına tərəqqi texniki-humanitar liseyi; İ.Əfəndiyev adına elitar gimnaziya; “Ankara məktəbi” məktəb-lisey; 132-134 nömrəli təhsil kompleksi; T.Həsənov adına 23 nömrəli tam orta məktəb; Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi; Zəngi liseyi. Qeyd edək ki, adı çəkilən təhsil müəssisələrinin Azərbaycan bölməsi üzrə I siniflərinə valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin ümumi təhsil müəssisəsi üçün müəyyən edilmiş ərazidə qeydiyyatda olan və qəbul elan olunan vaxtdan ən azı bir il əvvəl həmin ünvanda rəsmi müqavilə əsasında kirayə yaşayan, valideyni (qanuni nümayəndəsi) həmin ümumi təhsil müəssisəsində işləyən, bacı və ya qardaşları həmin ümumi təhsil müəssisəsində təhsil alan uşaqlar sözügedən prioritetlərə uyğun qəbul edilirdilər.

Gürcüstan vətəndaşı Bakıda kafedə bıçaqlandı

Gürcüstan vətəndaşı Bakıda kafedə bıçaqlanıb. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, hadisə mayın 24-də saat 02 radələrində Sabunçu qəsəbəsində yerləşən “Zəfəran” kafesində baş verib. Gürcüstan vətəndaşı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya yanı küçəsi, ev 11 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Aftandil Samir oğlu Hüseynov naməlum şəxs tərəfindən qarın nayihəsindən bıçaqlanıb. O, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

"Putinin "mini-NATO-su dağılır, Paşinyan və KTMT-nin digər ölkə liderləri kimə tərəf üz tutacaq?.."

"Mənim qəddar düşmənlərim olan Türkiyə ilə Azərbaycan arasında oyun oynayan, Dağlıq Qarabağ savaşında heç nə etməyən və məni pis vəziyyətdə qoyan Putin nəyimə lazımdır ki?.." "Çin aktiv hərəkətə keçib və Rusiyanın ənənəvi təsir zonası olan Mərkəzi Asiya ilə yeni müdafiə qurumu Putin üçün qara işarədir..." Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan Moskvanın kuratorluq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa bilər. Sozcu.az xəbər verir ki, bu barədə Amerikanın "Newsweek" jurnalı məlumat verib və erməni liderinin getdikcə Kremldən daha da uzaqlaşdığını vurğulayıb. "Mən Ermənistanın KTMT-dən de-yure çıxması və ya onun üzvlüyünün dondurulması imkanını istisna etmirəm", - Paşinyan bəyan edib. "KTMT altı ölkənin hərbi ittifaqıdır və NATO-nun qısaldılmış versiyası ilə müqayisə edilir. Bu yaxınlarda bu blokun gələcəyi barəsində Paşinyanın dedikləri Rusiya prezidentinə ictimai narazılığı ifadə edib", - jurnal yazıb. Ermənistanla Rusiya uzun müddətdir ki, müttəfiq olub. Son zamanlar ölkələr arasında yaranan gərginliyi izah edərkən Paşinyan qonşu Azərbaycanla davam edən münaqişədə Putin tərəfindən dəstəyin olmadığına istinad edib. "Newsweek" xatırladıb ki, 2020-ci ildə bir neçə həftə davam edən müharibədən sonra 2021-ci ildə Ermənistan Azərbaycanı qoşunlarının, guya, onun ərazisinə keçməsində ittiham edib və KTMT tərəfindən bunun pislənilməsini uğursuzcasına tələb edib. Ukraynalı hərbi ekspert Aleksey Arestoviç rusiyalı hüquq müdafiəçisi Mark Feyqinlə söhbətində əmin edib ki, Ermənistanın və KTMT-nin digər ölkələrinin tənqidi, əslində, Çinlə bağlıdır. Arestoviç bəyan edib ki, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərinin ötən həftə Pekində keçirilən "Çin-Mərkəzi Asiya" sammitinə səfərləri gedişində iqtisadi məsələlərlə yanaşı, Çinin Mərkəzi Asiya ölkələri ilə yeni müdafiə qurumunun yaradılması imkanı da müzakirə edilib. "Paşinyan söhbətin nədən getdiyini gözəl anlayır. O, görür ki, Çin təkcə yumşaq güclə hərəkət etməyə deyil, həm də özünün iqtisadi və siyasi təsirini hərbi yolla təmin etməyə hazırdır (müharibə etməklə deyil, yeni müdafiə qurumları yaratmaqla)", - Arestoviç izah edib. Onun sözlərinə görə, Paşinyan məntiqlə düşünür": "Mənim qəddar düşmənlərim olan Türkiyə ilə Azərbaycan arasında oyun oynayan, Dağlıq Qarabağ savaşınsa heç nə etməyən və məni pis vəziyyətə salan Putin nəyimə lazımdır ki?..". "Rusiya Putin dönəmində çox sürətlə zəifləyir. Və  Çin aktiv hərəkətə keçib. Rusiyanın ənənəvi təsir zonası olan Mərkəzi Asiya ilə yeni müdafiə qurumu Putin üçün qara işarədir", - Arestoviç vurğulaylıb.

Paşinyanın həyatına sui-qəsd ola bilər - İrəvan qarışır

Ermənistanın Baş naziri Nikol Paşinyanın ötəngünkü mətbuat konfransı bir sıra maraqlı məqamlarla yadda qalıb.  Belə ki, erməni nazirin Qarabağla bağlı konkret mövqe sərgiləməsi, habelə Azərbaycanın 86.6 kv.km. ərazi bütövlüyü daxilinə Qarabağı da daxil etməsi ona qarşı hücumlara rəvac verib.  Hökumət başçısını bu çıxışından sonra onu "Vətən xaini", "satqın" adlandıranların sırası daha da genişlənib. Hətta separatçı rejimin “parlamenti” ötən gün “bəyanat” yayaraq, Baş nazirin bu açıqlamasını qəbul etməyəcəklərini açıqlayıb. 27 oktyabr 1997-ci il Ermənistan parlamentinə hücum faktını nəzərə alsaq, Paşinyan bugünkü reallıqda ona qarşı olan hücumları, habelə təzyiqləri dəf edə bilərmi? Onun kompromisə getməyi hakimiyyətini laxlada bilərmi? Baş nazirin həyatı üçün təhlükə varmı?  Yenisabah.az-ın suallarını cavablayan politoloq Elşən Manafov söyləyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın belə açıqlama ilə çıxış edəcəyi gözlənilirdi:  “Çünki Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə baş tutmuş məlum görüşdən sonra ittifaqın prezidenti Şarl Mişel bəyan etdi ki, danışıqlarda əldə edilmiş ciddi uğur ondan ibarətdir ki, Ermənistan Azərbaycanın 86.6 kv.km, Azərbaycan isə Ermənistanın 29.800 kv.km-ə malik olması ilə bağlı ərazi bütövlüyünü tanıyıb. Bu açıqlamadan sonra Paşinyanın belə bir bəyanat verəcəyi gözlənilən idi”.  “O ki qaldı Paşinyana yönəlmiş hücumlara, aydın məsələdir ki, bu hücumlar erməni müxalifəti tərəfindən istiqamətləndirilir. Erməni müxalifətinin bu məsələdəki mövqeyi onun daha çox konyunktura maraqlarından irəli gəlir. Bəllidir ki, Paşinyan Azərbaycan-Ermənistan müharibəsinin Ermənistan üçün doğurmuş olduğu reallıqlardan çıxış edərək belə bir mövqe sərgiləyir. Ona görə də erməni müxalifətinin bu bəyanatı populizmdən başqa bir şey deyil”, - o, əlavə edib.  Analitik fikrincə, müxalifətin bu bəyanatının arxasında geosiyasi sifarişin olması da istisna deyil: “Çünki həmin müxalifət daha çox Rusiyaya bağlılığı ilə seçilir. Əslində, bu bəyanatların arxasında Ermənistanda Qərb və Rusiya maraqlarının toqquşması ilə bağlı məqamları görmək lazımdır. Yəni burada konyunktur ilə yanaşı geosiyasi qarşıdurmanın yaratmış 0lduğu reallıqları nəzərə almaq lazımdır”.  Baş nazirin həyatında təhlükə yaradacaq sui-qəsdin olub-olmayacağı məsələsinə gəldikdə müsahibimiz qeyd edib ki, bu bəyanatı verən dövlət başçısı, yəqin ki, bunun doğura biləcəyi reallıqları da nəzərə alar: “Təbii ki, Baş nazirin mühafizəsi də müvafiq qurumlar tərəfindən həyata keçirilir. Aydın məsələdir ki, heç kəs heç nədən sığortalanmayıb, lakin belə bir bəyanatdan sonra Paşinyanın həyatına Ermənistandakı millətçi dairələrin təmsilçiləri tərəfindən sui-qəsd də ola bilər. Nəzərə alsaq ki, Ermənistan terror və sui-qəsdin həyata keçirilməsində xüsusi təcrübəyə malikdir, -  xüsusilə də millətçilər və “Daşnaksütyun” Partiyası – o zaman bu da istisna edilə bilməz”. 

Pentaqon F-16-ları bu tarixdə Ukraynaya verə bilər

Pentaqon əmindir ki, ən yaxşı halda F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi bir neçə ay çəkə bilər. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall deyib. “Heç bir halda biz F-16-ları Ukrayna Hərbi Hava Qüvvələrinə bir neçə aydan tez vaxtda təhvil verməyə hazırlaşmırıq”, - Kendall bildirib.

Tezliklə razılığa gəlib, sülh sazişi imzalayacağıq

Regionumuzda hərbi-siyasi vəziyyət gərgin olaraq qalır. Ermənistan hökuməti bu gərginliyin aradan qaldırılması üçün sülh gündəminin təbliğini əsas üsul hesab edir. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Azərbaycanla sülh və münasibətlərin qurulması haqqında saziş ətrafında intensiv danışıqlar gedir və biz ümid edirik ki, mətnlə bağlı tezliklə razılığa gəlib, imzalayacağıq. Beynəlxalq ictimaiyyətin təsəvvürü getdikcə daha çox Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü – 29.8 kv.km və 86.6 kv.km qeyd-şərtsiz tanımalı olduğu formulasına meyillənir. Müvafiq olaraq, Bakı və Xankəndi arasında Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün dialoq aparılmalıdır. Biz bu məntiqlə razıyıq və bu məntiqlə danışıqlar aparırıq, Xankəndi-Bakı dialoquna zəmanət verən beynəlxalq mexanizmlərin son dərəcə vacib olduğunu vurğulayırıq. Eyni zamanda, mən əminəm ki, Ermənistanın təhlükəsizliyinin strateji təminatı sülhdür və bu, bütün qonşularla münasibətlərin normallaşdırılması yolu ilə mümkündür. Bu, asan proses deyil, amma düşünürəm ki, xalqımızın istədiyi və gözlədiyi budur”, - Paşinyan bildirib.