"Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyimi irəli sürməyəcəyəm".
Sozcu.az pravda.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.
"Yorulmuşam, bir qədər istirahət etmək istəyirəm", - deyə Kərimli qeyd edib.
Xatırladaq ki, Tahir Kərimlinin rəhbərlik etdiyi Vəhdət Partiyası seçkilərdə iştirak edəcək.