Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etmədi

Ukrayna prezidenti Vladimir Zelenski BMT-nin baş katibi Antonio Quterreşin Kiyevə səfər etmək istəyini qəbul etməyib. Sozcu.az xəbər verir ki, bu barədə “AFP” Ukrayna liderinə yaxın mənbələrdən məlumat alıb. Buna səbəb kimi Kazanda keçirilən BRICS samiti çərçivəsində onun Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, dünya liderlərinə Ukraynada ədalətli sülhün əldə edilməsinə nail olmaqla bağlı çağırış etməsi olub. V. Zelenskinin ofisində isə BMT rəhbərinin Rusiyaya səfəri beynəlxalq hüququn pozulması kimi dəyərləndirilib. Bir qədər əvvəl Ukraynanın Xarici İşlər Nazirliyi də bu faktla bağlı bəyanat yayıb. Bildirilib ki, A. Quterreşin Ukraynada sülh üzrə İsveçrədə keçirilən Sammitdə iştirakdan imtina edərək, bunun əvəzində Rusiyanın təşkil etdiyi Kazan sammitinə qatılması qəbulolunmazdır. A. Quterreş isə öz növbəsində Putinlə görüşü zamanı Ukraynaya hərbi müdaxiləni BMT Nizamnaməsinə zidd adlandırıb. Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəfələrlə tənqid edən BMT rəhbərinin Kiyevə səfəri BRICS sammitindən sonraya planlaşdırılırdı. Bu arada, BMT baş katibinin köməkçisi Stefan Düjarrik 2024-cü ilin aprelində verdiyi bəyanatda bildirib ki, Ukraynada müharibənin başa çatdırılması yalnız bu ölkənin ərazi bütövlüyünün təminatı şəraitində mümkün ola bilər.

Trampın ermənipərəst açıqlamasına Arif Hacılıdan sərt etiraz

ABŞ prezidentliyinə namizəd TRAMP deyib ki: “120.000 erməni xristianı dəhşətli şəkildə təqib ediləndə və Artsaxdan məcburi köçkün düşəndə ​​Kamala Harris heç nə etməyib.” Əslində Qarabağ erməniləri təqib edilməyib, əksinə burada yaşayan erməni əhalisinin vasitəçiliyi ilə Ermənistan, Rusiya tərəfindən 700 minədək Azərbaycan əhalisi dəhşətli şəkildə təqib edilib, yurdlarından qovulub, əmlakları talan edilib, evləri dağıdılıb, əsir götürülüb, öldürülüb. Azərbaycanın 7 şəhəri, 10-dək qəsəbəsi, 400 dən çox kəndinin daşı daş üstündə qalmayıb, yox edilib, yer üzündən silinib. Bu dövrdə ABŞ prezidenti olmuş TRAMP heç nə etməyib. TRAMP deyir ki: “Kamala Harris Amerika Birləşmiş Ştatlarının prezidenti olarsa, dünyadakı xristianlar təhlükəsiz olmayacaqlar. Mən prezident olanda təqib olunan xristianları qoruyacağam…” Bəs təqib olunan bütpərəstləri, müsəlmanları, ümumiyyətlə dini inancsız olanları necə, onları qorumaq vacib deyilmi? Demokratiyanın beşiyi, xarici siyasətində insan haqlarının və demokratik dəyərlərin qorunmasını dövlət siyasəti elan etmiş bir dövlətin başçısı olmuş və yenidən olmaq istəyən namizəd bu barədə nə düşünür? Əziz həmvətənlərim, bəs siz bu barədə nə düşünürsüz? Yazı Müsavat Məclisinin sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb.

"İnsanların həyatına bu qədər dəyər verməyən qurumların cavabdeh şəxsləri nə vaxt hesabat verəcəklər?"

"Bu gün Bakıda avtomobil tunelində iki nəfərin həyatını itirməsi sadəcə təsadüfi bir faciə deyil, bu, bizim şəhər rəhbərliyinin və infrastruktur planlamasının tam iflasının acı nəticəsidir. Bəs bu qədər məsuliyyətsizlik nə vaxta qədər davam edəcək? Bu, bir yağış hadisəsi deyil, bu, düşünülməmiş, planlaşdırılmamış və vətəndaşın təhlükəsizliyinə qarşı etinasız yanaşmanın nəticəsidir".  Sozcu.az xəbər verir ki, bu sözləri aparıcı İlkin Həsəni sosial şəbəkə hesabında yazıb. O, ötən gündən yağan yağışın paytaxtda yaratdığı problemlərə toxunaraq bunları qeyd edib: "Tunellərimiz, yollarımız hər yağışdan sonra dənizə çevrilir. Hansı əsrdə yaşayırıq ki, paytaxtın əsas yollarında yağış suları belə fəlakətlərə səbəb olur? Bu cür hadisələrin qarşısını almaq üçün bir tədbir görmək bu qədərmi çətindir? İnsanların həyatına bu qədər dəyər verməyən qurumların cavabdeh şəxsləri nə vaxt hesabat verəcəklər? Hər susqunluğumuz bir növbəti faciənin yolunu açır".

“Öcalanı buraxaq, gəlsin söz versin!” - Baxçalıdan sensasiyalı çıxış

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı sensasiya xarakterli çıxış edib. Sozcu.az xəbər verir ki, Dövlət Baxçalı MHP-nin bugünkü qrup toplantısında PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalandan danışıb. Özalanı nəzərdə tutan MHP lideri “onun təcrid olunması aradan qaldırılarsa, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir” söyləyib D.Baxçalı onu da sdeyib ki, Abdulla Öcalan PKK-nın siyasi qanadı sayılan DEM Partiyasının sıralarına qatılsın və silahı yerə qoyduğunu bəyan edib, terrorun tamamən bitdiyini, PKK-nın ləğv edildiyini hayqırsın. “Əgər o, bu fərasət və qətiyyəti nümayiş etdirərsə, “Ümid hüququ”ndan istifadə ilə bağlı hüquqi tənzimləmə aparılmalı və ondan bəhrələnməsinin yolu geniş açılmalıdır. Nə Qəndil, nə də Ədirnə; ünvan İmralıdan DEM-ə qədər uzanmalı və bu ciddi və tarixi terror problemi ölkə gündəmindən tamamilə çıxarılmalıdır. Hodri meydan, biz buna hazırıq; Biz vətənimiz, millətimiz, dövlətimiz, bayrağımız, ümumi gələcəyimiz, tam müstəqilliyimiz naminə buna da sonuna qədər dözməyə hazırıq. Türkiyə və türk milləti üçün hər cür fədakarlığa, hər əziyyətə dözməyə, lazım olan hər addımı atmağa qərarlıyıq, sadiqik, tarix qarşısında deyirəm, and içmişik. “Yeni Yüzyıl, Yeni Həyat, Yeni Türkiyə” əsasında baqajı boşaldaq, milli ideallara birlikdə nail olaq. Üçüncü mühakimə cümləm belədir: Diyarbəkirli anaların səssiz qışqırtısı eşidilməli, övladlarına qovuşmalı, hamısının gülüşünə səbəb olmalı, problemin qaynağı olanlar hərəkətə keçməlidir. Bilinməlidir ki, bu da mənim uzatdığım əlin mesajıdır. Terrorçu üsullarla hər hansı yaxın və ya uzaq məqsədə nail olunduğu görülməyib və eşidilməyib. Dinc yollar olanda terrora əl atmaq şər, xəyanət, qətl və vəhşilikdir. Türk milləti separatçı terrorla yaşamağa məcbur deyil”. Baxçalı deyib ki, Türkiyə Cümhuriyyəti separatçı terror təşkilatını məhv etməyə qadirdir: “Kürd qardaşlarım, gəlin bir olaq, birlikdə olaq, bizimlə fitnə-fəsad törədənlərin arasına girmək istəyənləri tarixin zibilliyinə göndərək. İmanımız bir, qibləmiz bir, iradəmiz bir, bayrağımız bir, millətimiz bir, dövlətimiz bir, yaddaşımız bir, dərdimiz bir, gələcəyimiz bir, hamımız birik. Türkiyə Cümhuriyyətinin 101-ci ildönümündə yeni əsrin dastanını milli qucaqla əl-ələ yazaq; Ayrılmağı, parçalanmağı, parçalanmamızı gözləyənləri məhv edək!”. Siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, bu çağırışı milliyətçilərin liderinin dilindən eşitmək təəccüblüdür, çünki türk milliyətçiləri illər uzunu PKK ilə danışıqların və razılaşmaların əleyhinə olublar: “Fikrimcə, bu prezident Rəcəb Tayyib Ərdoğanın planıdır. Baxçalı Əradoğanın ortağıdır. Ərdoğan milliyətçi ortağının mövqeyini bilmədən Öcalanı sərbəst buraxaraq, PKK-nın tərk-silah olunması prosesinə başlamazdı. Ona görə də Ərdoğan əvvəlcə Baxçalının mövqeyini öyrənib, razılaşma əldə etdikdən sonra bu mövzuda birinci onun danışmasını istəyib. Baxçalı Ərdoğanın işini asanlaşdırıb. Bəs Ərdoğan indi niyə PKK məsələsini tərk-silah yolu ilə həll etmək istəyir? Türkiyə ordusu son illərdə PKK-ya dağıdıcı zərbələr vurub. Buna baxmayaraq, PKK Türkiyəyə qonşu olan dövlətlərdə varlığını qoruyur və bu terrorçulardan müxtəlif dövlətlər öz məqsədləri üçün Türkiyəyə qarşı istifadə edirlər. Ərdoğan bir dəfə “kürd açılımı” ilə problemi həll etməyə çalışdı, kürdlərə müxtəlif hüquqlar verildi, ancaq PKK silahı yerə qoymaq əvəzinə, yenidən terrora başladı. Bu dəfə də belə olsa, yenə alınmaya bilər. Öcalan terrorçu tərəfdarlarına “silahları yerə qoyun” çağırış edərsə, əfv məsələsi gündəmə gələ bilər. Ancaq Öcalanın terrorçular arasında bu çağırışını eşidənlər olacağı kimi, terrora davam etmək istəyənlər də ola bilər. Bütün hallarda Türkiyənin terror problemindən qurtulmasına ehtiyacı var, yaxın günlərdə qardaş dövlətdə maraqlı proseslərin şahidi olacağıq”.

"Türkiyədəki qruplaşma Bakıda da var"

Əməkdar artist Elnur Kərimov son günlər Türkiyə gündəmini zəbt edən "Yenidoğan şəbəkəsi"nin işinə diqqət çəkib. Sozcu.az unikal-a istinadən xəbər verir ki, aktyor sosial şəbəkə paylaşımında belə bir hadisənin Bakıda da yaşandığını iddia edib. "Son günlərdə Türkiyədə Yenidoğan hadisəsi mənə təəccüblü gəlmədi. Bakıda da var. Mən də bunun qurbanı olmuşam. İndi də övladımla bundan əziyyət çəkirəm", - deyə Elnur yazıb. Qeyd edək ki, Türkiyədə "Yenidoğan şəbəkəsi"nin xəstəxanalarda yeni doğulmuş körpələrə yanlış diaqnozlar qoyaraq təcili yardım şöbələrindən özəl klinikalara yönləndirilməsi və bununla qanunsuz gəlir əldə etdikləri üzə çıxıb. Həmin şəxslər uşaqlara narkotik maddələr verərək onların mövcud vəziyyətini olduğundan daha ağır göstəriblər və uzun müddət orada qalmalarını təmin ediblər. Uşaqların evtanaziya yolu ilə öldürüldüyü də məlum olub. Sağ qalan körpələrin səhhətində isə bilərəkdən problemlər yaradılıb. Ümumilikdə şəbəkənin cinayət əməli nəticəsində 12 uşaq öldürülüb. Dəstə üzvlərinin İstanbulda əlbir olduqları 9 özəl xəstəxananın lisenziyası artıq ləğv edilib. Rəsmi statistikaya görə, Türkiyədə son 10 ildə 3 000-dən çox körpə xəstəxanalarda şübhəli şəkildə dünyasını dəyişib.

Ukraynaya 42 milyon dollarlıq dron veriləcək

Niderland Ukraynaya 42,6 milyon avro dəyərində kəşfiyyat PUA-ları təhvil verəcək. Sozcu.az xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, "DeltaQuad" şirkəti tərəfindən istehsal olunan PUA-lar kəşfiyyat, müşahidə və nəzarət üçün nəzərdə tutulub. Niderland Müdafiə Nazirliyi vurğulayır ki, aparatların sayı və dəqiq çatdırılma tarixləri təhlükəsizlik səbəbi ilə açıqlanmır.

"Tələbələr yataqxanada yox, kirayədə qalır"

Aparıcı Aytən Səfərova tələbələr üçün ayrılan yataqxanalardan şikayətlənib.  Sozcu.az xəbər verir ki, aparıcı "Xəbər ertəsi" proqramında tələbələrin əksəriyyətinin kirayə evlərdə yaşadığını deyib: "Yataqxana var ki? Tələbələr kirayədə yaşayırlar. Neçə ailə tanıyıram, qohumlarım arasında da var, ya öz evlərində qalır, ya da ucqar rayondan gəlib kirayə ev tuturlar. Türkiyədə 30 minə yaxın azərbaycanlı tələbə var. Orada tələbə avtobusda, paltar alanda belə endirim əldə edir. Tələbə üçün 3 manat belə böyük puldur. Hansı yataqxana verilir, hansı yemək verilir?".axşam.az)

Nazir tələbə təqaüdlərindən danışdı: "Sistemləşməyə ehtiyac var"

“Azərbaycanda təhsilin əlçatanlığı istiqamətində xeyli iş görülüb. 15 il əvvəllə müqayisədə təhsil alanların sayı ikiqat artıb. Ölkə üzrə 50 faiz tələbə dövlət hesabına təhsil alır, bu da 30 min tələbə deməkdir. Elm və təhsil imkanlarının artırılması sahəsində daha bir vacib məqam müxtəlif adlarda olan təqaüd proqramlarıdır”. Sozcu.az xəbər verir ki, bunu “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində təşkil olunan növbəti tədbirdə elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı deyib. O bildirib ki,  dörd il əvvəl bu layihəyə sadəcə bir neçə sahibkar dəstək olurdu. Bu gün isə bu say xeyli artıb. Emin Əmrullayev qeyd edib ki, bu gün Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Gənc Qızların Təhsilinə Dəstək” layihəsinin təşkili daha institusional forma alıb: “Cari ildə bakalavr səviyyəsində təhsilə 60 minə yaxın tələbə qəbul olub. Oxşar statistika magistratura səviyyəsində də müşahidə olunur. Ali təhsil alan şəxslərin yarısından çoxu dövlət sifarişi ilə təhsil alır. Həmçinin sosial həssas qrupa aid tələbələrin də təhsil haqları dövlət tərəfindən qarşılanır”.  O vurğulayıb ki, tələbələrə təqaüd verilməsi istiqamətində sistemləşməyə ehtiyac var. Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində bu il 500 nəfər xaricdə təhsil almaq imkanı əldə edib. Ümumilikdə 150 nəfərdən artıq təqaüdçü dünyanın 10 ən yaxşı universitetinə qəbul olub. İnanıram ki, bir neçə il sonra onların Azərbaycana qayıdaraq fəaliyyətini davam etdirməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyacaq. “Bu il Qarabağ Universitetində bir neçə Dövlət Proqramı məzunu tədris prosesinə qoşularaq əmək fəaliyyətinə başlayıb. Bu məzunlar Azərbaycana qayıdaraq əmək bazarında rəqabətli mühit yaradacaqlar”, - deyə nazir qeyd edib. ("Azərbaycan müəllimi" qəzeti)

“Səba” ləğv edilir, əmlakları satışa çıxarılır

28 oktyabr 2024-cü il tarixinə təyin edilmiş "Səba" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinə dəyişikliklər edilib.  Sozcu.az APA-ya istinadla xəbər verir ki, növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib. 1. "Səba"ASC-nin ləğv edilməsi, ləğvetmə komissiyası (təsviyəçi), qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğvetmənin başa çatdırılması və ləğvetmədən sonra onun aktivlərinin səhmdarlar arasında bölüşdürülməsi barədə. vakansiyalar 2. "Səba" ASC-nin Direktorlar Şurası barədə. 3. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-yə kredit öhdəliyinin ötürülməsinə dair əqd barədə. 4. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-yə məxsus əmlakın ipoteka ilə yüklü edilməsinə dair əqd barədə. 5. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-nin nizamnamə kapitalındakı "Səba" ASC-yə məxsus payların satılmasına dair əqd barədə. 6. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Qarabağ Taxıl" MMC-nin birgə təsisçiliyi ilə yaradılmış "Qarabağ Toxum" MMC-nin nizamnamə kapitalındakı "Qarabağ Taxıl" MMC-yə məxsus payların satılmasına dair əqd barədə. 7. "Səba" ASC-nin törəmə cəmiyyəti olan "Qarabağ Taxıl" MMC-nin ötən illərin yığılmış mənfəətinə əsasən dividendlərin elan edilməsi barədə. 8. "Səba" ASC-nin əvvəllər emissiya edilib yerləşdirilmiş və geri alınmış səhmləri barədə. 9. "Səba"ASC-nin və onun törəmə cəmiyyətləri olan "Qarabağ Taxıl" MMC-nin, "Biləsuvar Aqro" MMC-nin mövcud olan kreditor öhdəliklərini icra etmək və cari təsərrüfat fəaliyyətlərinin maliyyələşdirilməsini təmin etmək məqsədilə "Qarabağ Taxıl" MMC-nin mülkiyyətində olan Kürdəmir və Ağsu rayonlarının ərazilərində yerləşən torpaq sahələrindən ibarət daşınmaz əmlaklarının və həmin sahələrdə mövcud olan "Pivot" tipli suvarma sistemlərindən ibarət əsas vəsaitlərinin satılması barədə. 10. "Səba" ASC-nin birgə təsisçiliyi ilə yaradılmış "Biləsuvar Aqro" MMC-nin nizamnamə kapitalındakı payların satılması barədə. 11. "Səba" ASC-nin nizamnamə kapitalındakı minoritar səhmdarlara məxsus səhmlərin geri alınması barədə. 12. "Səba" ASC-nin Nizamnaməsinin yeni redaksiyası barədə. Qeyd edək ki, hazırda "Səba" şirkətinin aktivlərinə “Chicken Pro.” nəzarət edir. 

Azərbaycandan hava yolu ilə digər ölkəyə silah daşınıb?

“EekadFacts” adlı internet resursuna aid sosial şəbəkə hesablarında guya Azərbaycandan hava yolu ilə digər ölkəyə silah daşınması barədə həqiqətə uyğun olmayan saxta məlumat yayılmışdır. Bu, ölkəmizə qarşı qlobal dezinformasiya kampaniyasının növbəti nümunəsi olmaqla, heç bir reallığı əks etdirməyən təxəyyül məhsulu olan əsassız məlumatdır. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib. “Qeyd olunan spekulyativ məlumatların istehsalı və yayılmasını nüfuzlu qlobal tədbirlərə ev sahibliyi edən Azərbaycan Respublikasının beynəlxalq imicinə zərər vurmağa, ölkəmiz barədə ictimai fikri çaşdırmağa yönəlmiş daha bir uğursuz manipuliyasiya cəhdi kimi qiymətləndiririk. Vətəndaşlarımızı, beynəlxalq ictimaiyyəti bu tip aldadıcı məlumatların təsirinə düşməməyə və yalnız rəsmi mənbələrdən əldə olunan informasiyaya istinad etməyə çağırırıq”, - açıqlamada qeyd olunub.

Universitetlər cəmiyyəti aldadır! - İTTİHAM

"Azərbaycan universitetlərinin “Times Higher Education World University Rankings 2025” nəticələri ilə bağlı bəzi manipulyasiyalar etməsi və cəmiyyətdə yanlış təəssürat yaratması ilə bağlı ciddi təhlil aparmaq vacibdir". Sozcu.az xəbər verir ki, bunu təhsil eksperti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov deyib. O bildirib ki, bu manipulyasiyalar əsasən, universitetlərin ümumi qlobal reytinqdə aşağı yerlərdə olmasına və ya heç olmamasına baxmayaraq, müəyyən ixtisaslar üzrə reytinqlərdə yer almasının böyük uğur kimi təqdim edilməsindən ibarətdir. K.Əsədov konkret “Times Higher Education” (THE) reytinqinə dair faktlara əsaslanaraq vəziyyəti dəyərləndirib. ““Times Higher Education” reytinqində iki əsas kateqoriya var: ümumi dünya universitetləri reytinqi (World University Rankings) və ixtisaslar üzrə reytinq (“Subject Rankings”). Ümumi reytinqdə universitetlər beş əsas meyara görə dəyərləndirilir: tədris keyfiyyəti, tədqiqat mühiti, tədqiqat keyfiyyəti, sənaye ilə əməkdaşlıq və beynəlxalq perspektivlər. Bu reytinq dünya üzrə 2000-dən çox universiteti əhatə edir və burada yer almaq üçün geniş və hərtərəfli akademik nailiyyətlər lazımdır”. K.Əsədov deyib ki, Azərbaycan universitetlərinin heç biri qlobal miqyasda bu reytinqdə əsas yerləri tuta bilmir. “Məsələn, “THE 2025” reytinqində Azərbaycan universitetlərinin ümumi siyahıda yüksək yerlərdə olmadığı müşahidə olunur. Halbuki, bəzi universitetlər müəyyən ixtisas sahələri üzrə (“Subject Rankings”) müəyyən mövqelərə malikdir. Məsələn, Bakı Dövlət Universiteti (BDU) fizika, kimya, geologiya və mühəndislik elmləri üzrə bəzi reytinq siyahılarında görünə bilər, amma bu, onun qlobal reytinqdə lider olduğu anlamına gəlmir”, - ekspert deyib. Ətraflı O bildirib ki, bəzən Azərbaycan universitetləri bu cür ixtisas reytinqlərində yer almaqlarını ictimaiyyətə böyük uğur kimi təqdim edirlər: “Onlar bunu “...universitetimiz ölkədə liderdir” və ya “dünya reytinqində yeganə Azərbaycan universitetidir” kimi şüarlar vasitəsilə cəmiyyətə təqdim edirlər. Bu yanaşma universitetin akademik təhsil səviyyəsi ilə bağlı yanlış təəssürat yaradır. Halbuki, reallıqda, bu cür mövqelər yalnız dar ixtisas sahələrində və qlobal səviyyədə nisbətən məhdud əhatəli reytinqlərə əsaslanır”. K.Əsədovun sözlərinə görə, “Times Higher Education” reytinqinin 2025-ci il məlumatlarına görə, Azərbaycan universitetlərinin qlobal akademik reytinqdə ilk 1000-likdə və ya daha yüksək mövqelərdə yer almaması diqqət çəkir. “Ən yüksək nəticə göstərən universitetlər əsasən ABŞ, Böyük Britaniya və Çin kimi ölkələrin universitetləridir. Məsələn, Oksford Universiteti yenidən birinci yerdədir və ABŞ-dan MIT ikinci sıraya yüksəlib. Azərbaycan universitetləri isə bu sıralamada aşağı mövqelərdə qalır və qlobal rəqabətə davam gətirməkdə çətinlik çəkir. Azərbaycanın müəyyən ixtisaslar üzrə reytinqdə yer alması, məsələn, BDU-nun mühəndislik və fiziki elmlər sahəsində müəyyən mövqelərə malik olması, bu universitetlərin spesifik sahələrdə müəyyən gücə malik olduğunu göstərir. Lakin, bu nəticələr qlobal səviyyədə ümumi tədris və tədqiqat göstəricilərini əhatə etmir və ümumi təhsil sisteminin keyfiyyət göstəricisi olaraq qəbul edilə bilməz”, - K.Əsədov vurğulayıb. Ekspertin sözlərinə görə, Azərbaycanda universitetlərin “Times Higher Education” kimi reytinqlərdə əldə etdikləri nəticələrə dair manipulyasiyalar ciddi təhlil və cəmiyyətə düzgün məlumat verməyi tələb edir: “Bu manipulyasiyalar cəmiyyətə təhrif olunmuş məlumat çatdırır və Azərbaycan ali təhsil sisteminin real vəziyyətini əks etdirmir. Əgər Azərbaycan universitetləri qlobal səviyyədə tanınmaq və rəqabətə davamlı olmaq istəyirlərsə, elmi-tədqiqat sahəsinə daha çox investisiya yatırmalı, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməli və ümumi akademik keyfiyyətlərini artırmalıdırlar”.modern)

22 il əvvəl anası tərəfindən öldürülən 13 yaşlı qızın qətlinin üstü açıldı - Bakıda DƏHŞƏT

Bakı şəhərinin Suraxanı Rayon Prokurorluğu və rayon polis idarəsinin əməkdaşları 22 il əvvəl, yəni 09.04.2002-ci ildə Hövsan qəsəbəsi ərazisində törədilmiş 1989-cu il təvəllüdlü, 13 yaşlı Z.D-nin (şərti) yaşadığı mənzildə zorakılıq hərəkətlərinə məruz qalması və xüsusi amansızlıqla qəsdən öldürülməsi cinayətlərinin üstünün açılmasını təmin edib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Belə ki, toplanmış sübutlarla 1980-ci il təvəllüdlü M.E-nin (şərti) həmin tarixdə yetkinlik yaşına çatmayan Z.D-yə qarşı zorakılıq hərəkətləri etməsinə, daha sonra isə Z.D baş verənlər barədə şikayət edəcəyini bildirdiyi üçün sonuncunun anası B.A ilə birgə çoxsaylı xəsarətlər yetirib başqa cinayəti gizlətmək və digər qanunsuz hərəkətlərlə əlaqədar xüsusi amansızlıqla qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib. M.E və B.A cinayət törətməkdə şübhəli şəxs qismində tutularaq bu gün Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6-cı (bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla və başqa cinayəti gizlətməklə əlaqədar adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində müstəntiqin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Suraxanı Rayon Məhkəməsinin qərarları ilə həbs qətimkan tədbirləri seçilib.