Azərbaycanda 11 gün ardıcıl İŞ OLMAYACAQ

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə əsasən, Azərbaycanda 2026-cı il Ramazan ayının birinci günü fevralın 19-na təsadüf edəcək. Nazirlər Kabinetinin qərarına əsasən, bu il Ramazan bayramı martın 20-21-nə (cümə və şənbə) düşəcək. Həmin tarixlər eyni zamanda Novruz bayramı günləri hesab olunur. Bu səbəbədən də Nazirlər Kabinetinin qərarına əsasən, həmin bayramlarla əlaqədar 11 gün qeyri-iş günü olacaq. Belə ki, 2026-cı ilin martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart da qeyri-iş günləri olacaq. Martın 20, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab olunur. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri – 27 və 30 mart da qeyri-iş günləri olacaq. Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləri olacaq./azpolitika

Ramazan ayı başlayır - Təqvim açıqlandı

Ramazan ayının təqvimi açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Qeyd edək ki, Ramazan ayının ilk günü fevralın 19-na təsadüf edəcək. Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə təsadüf edəcək. Ramazan bayramı isə martın 20-də olacaq.

Yadplanetlilər mövcuddur - Obama

Yadplanetlilər mövcuddur. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Barak Obama deyib. “Onlar mövcuddur, amma mən onları görməmişəm. Və onlar necə deyərlər, 51-ci zonada saxlanılmır. Orada heç bir yeraltı bazalar yoxdur. Orada böyük bir sui-qəsd nəzəriyyəsi var və bütün bunları hətta ABŞ prezidentindən belə gizlədiblər?”, - Obama bildirib.

3 gün ardıcıl iş olmayacaq

Azərbaycanda 3 gün ardıcıl qeyri-iş günü olacaq. Sozcu.az xəbər verir ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü bu il bazar gününə təsadüf etdiyindən növbəti gün – 9 mart da qeyri-iş günü hesab olunacaq. Beləliklə, 7 mart tarixinin şənbə gününə təsadüf etməsi ilə əlaqədar ölkədə 3 gün ardıcıl qeyri-iş günü olacaq.

Ləliş, Məmiş, Valik, Quşdam, Huduş - Uşaqlara verilən qəribə ADLAR

Azərbaycanda uşaqlara qoyulmasına rəsmi icazə verilən qəribə adlar məlum olub. “Yeni Sabah” əldə etdiyi xəbərə görə, bunlar Ləliş, Məmiş, Bahalı, Quşdam, Quşdan, Şüngül, Mamoş, Huduş, Bicə, Qapaq, İtaət, Pəncə, Məlumat, Mədaxil, Vacib, Diqqət, Jaket, Tədbir, Qayıtmaz, Sovet, Spartak, Marlen, Darvin, Edisson, Ramzes, Ayətulla, Hizbulla, Höccətulla, Xudaşükür, Yaradan, İqamət, Dekabr, Fevral, Aprel, İstanbul, Ural, Uran, İşıqyar, Yüksək, Kabus, Sərxoş, Qəzəbxan, Sıxbala, Zilqəm, Tüğyandır. Bundan başqa, Abakar, Abrik, Abseyn, Araşbaba, Arıx, Avton, Azulla, Badayba, Balyar, Bicay, Birelbəy, Calayır, Cambul, Civə, Cudi, Cürübəy, Çaxmur, Çırban, Çolpan, Çulpan, Darğa, Dilbazan, Elfront, Emçixan, Əzzalı, Əzmiyar, Fadlin, Farmud, Fənərli, Gavi, Gürzalı, Haley, Hasey, Xamutay, Xəlfə, Xəzail, İvin, İmpixan, İvas, Koruş, Qubeyiş, Quşu, Lahuti, Meysər, Mədail, Məcsuf, Məqatil, Məmi, Obrik, Orangiz, Palatimur, Pompul, Poluş, Rabel, Rain, Rəfrəf, Rifkat, Ruşan, Rüzgay, Saman, Sofiyar, Şalipo, Şalbuz, Şuran, Şülən, Şürüyə, Talaybəy, Tamazan, Tarqut, Təmleyxa, Ubeyd, Ulan, Uzunağa, Valik, Varman, Vəriqa, Yadış, Yatamze, Yekxan, Yoloğlu, Zaland, Zeyqan, Ziloy, Zirəng, Zürab adlarının da uşaqlara verilməsində heç bir məhdudiyyət yoxdur. Siyahıda həmçinin Aleftina, Ammamə, Aynuş, Aşabel, Aşurey, Avesta, Bəhli, Brofiya, Cilvənaz, Cismina, Çervon, Çəriyyad, Defina, Dəspinə, Doniya, Edvina, Efsirə, Enfira, Enera, Estella, Faina, Fanila, Felmira, Filada, Genrida, Gilanaz, Gilasbəyim, İmkanə, İtera, Kaminat, Katana, Lamara, Lauzat, Leonara, Lildar, Lumu, Mayşən, Mixayda, Minəş, Mobilə, Nevristan, Neyjen, Nuğayə, Oltema, Ostan, Ovesta, Pinara, Ramella, Rema, Romella, Sanal, Sifeda, Sifera, Sinətel, Surahil, Süzalə adları da yer alıb. Ədliyyə Nazirliyindən “Yeni Sabah”a bildirilib ki, Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, cinsinə uygun gəlməyən və ya gülünc adların qoyulmasına yol verilmir. “Adlarla bağlı hər hansı sual yarandıqda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yanında Terminologiya Komissiyası ilə əlaqə saxlanıla bilər. Həmçinin sonuncu qurumla vətəndaş özü də əlaqə saxlayıb müvafiq adla bağlı məlumat əldə edə bilər”, - nazirlikdən qeyd olunub. 

Bu ay neçə gün evdəyik?

Bu ilin fevral ayı 28 təqvim günündən ibarət olacaq və bu ay üçün xüsusi bayram qeyri-iş günü müəyyən edilməyib. Sozcu.az xəbər verir ki, fevralda yalnız həftəsonları ( şənbə və bazar günləri ) qeyri-iş günləri sayılır. Qeyd edək ki, İslam təqviminə görə bu il Ramazan ayı Azərbaycanda 18 fevral 2026-cı il tarixində başlayacaq və 19 martda başa çatacaq.

Bu xəstəxanaya baş həkim əvəzi təyin edildi - Bir ayda ikinci dəfə

Səhiyyə Nazirliyinin nəzdində Gəncə Şəhər Psixiatriya Xəstəxanasına yeni baş həkim əvəzi təyin edilib. Sozcu.az Qaynarinfo-ya istinadla xəbər verir ki, müvafiq əmrlə həkim-psixiatr Sultanə Salmanova sözügedən vəzifəyə gətirilib. Qeyd edək ki, səhiyyə naziri Teymur Musayev bir ay əvvəl bu vəzifəyə Yaqut İlyasova Hidayət qızını təyin etmişdi. Naməlum səbəblərdən Yaqut İlyasova vəzifəsindən azad edilib. Sosial şəbəkələrdə Yaqut İlyasovanın qazilərə hörmətsizlik etməsi ilə bağlı iddialar yayılmışdı.

Məktəblərdə müəllimlərə də telefondan istifadə qadağan ediləcək

Gürcüstanda məktəblərdə təkcə şagirdlərə deyil, müəllimlərə də mobil telefonlardan istifadə etmək qadağan olunacaq. Dövlət məktəblərində müəllimlər dərs zamanı mobil telefonlardan istifadə edə bilməyəcəklər. Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu qadağa 2026-2027-ci tədris ilində qüvvəyə minəcək ümumi təhsil islahatlarında nəzərdə tutulub. Məlumata görə, müəllimlər dərs zamanı mobil telefonların istifadəsini məhdudlaşdırmaqla şagirdlərinə şəxsi nümunə göstərməlidirlər. Lakin bu, müəllimlər üçün qadağan xarakteri daşımır. Bu, sadəcə şagirdlər üçün şəxsi nümunədir.(Azərtac)

İş olmayacaq günlər açıqlandı - SİYAHI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. Sozcu.az xəbər verir ki,həmin qərara əsasən sabah Azəraycanda iş günü deyil.Bu, 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədardır. 2026-cı il üçün iş vaxtı normasında qeyd edilir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2025-ci il 2 dekabr tarixli 362 nömrəli Qərarına əsasən 2026-cı ildə aşağıdakı günlər iş günü hesab edilmir: 1, 2 yanvar – Yeni il bayramı; 20 Yanvar – Ümumxalq Hüzn Günü; 8 Mart – Qadınlar Günü; 20, 21, 22, 23, 24 mart – Novruz bayramı; 20, 21 mart -– Ramazan bayramı; 9 May -– Faşizm üzərində Qələbə günü; 27, 28 may – Qurban bayramı; 28 May – Müstəqillik Günü; 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü;

Türkiyəli qadından şok iddia: "Tramp mənim atamdır"

Ankarada yaşayan Necla Özmen adlı qadın ABŞ Prezidenti Donald Trampın onun bioloji atası olduğunu iddia edib. O, 27-ci Ailə Məhkəməsində atalığın müəyyənləşdirilməsi ilə bağlı iddia qaldırıb. Özmen DNA testi götürülməsini tələb edib. Sozcu.az xəbər verir ki, iddia ərizəsində 1970-ci il təvəllüdlü olduğunu, rəsmi sənədlərdə Satı və Dursun Özmenin övladı kimi qeyd edildiyini bildirən Necla Özmen, onu böyüdən Satı Özmenin 2017-ci ildə əsl həqiqəti  danışdığını qeyd edib. Onun sözlərinə görə, Satı Özmen xəstəxanada ölü uşaq dünyaya gətirib, eyni vaxtda doğuş edən və Trampdan hamilə qaldığını deyən Sofiya adlı qadının körpəsi isə ona verilib. Məhkəmə 10 oktyabr tarixli qərarı ilə iddianı rədd edib. Qərarda qeyd olunub ki, ərizədə Trampın ata olması ilə bağlı heç bir konkret sübut təqdim edilməyib və bu, prosessual deyil, mahiyyətə aid çatışmazlıqdır. Bu səbəbdən iş üzrə araşdırma aparılmasının mümkün olmadığı bildirilib. Qərardan narazı qalan Necla Özmen işi apellyasiya instansiyasına daşıdığını, eyni zamanda ABŞ səfirliyinə və ABŞ məhkəmələrinə müraciət etdiyini bildirib. Qadın Trampın onun atası olub-olmadığını öyrənmək istədiyini və DNA testi ilə bunun sübut edilə biləcəyini deyib.

Bu gün Azərbaycana QIŞ GƏLƏCƏK

Bu gün 19:03-də Azərbaycana qış fəsli daxil olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsi məlumat yayıb. Bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə) olur. Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.

Çin avtomobillərinin əsas problemləri nələrdir? - Bilməli olduğunuz MƏQAMLAR

Çin avtomobilləri Avropa ölkələrində getdikcə daha populyarlaşır. Onlar daha tanınmış rəqibləri ilə müqayisədə daha aşağı qiymətləri və qabaqcıl texnologiyaları ilə sürücüləri cəlb edir. Sozcu.az Lent.az-a istinadla xəbər verir ki, Təcrübəli mexanik Ceyson Makmanus Avropadakı bütün Çin avtomobilləri ilə bağlı əsas problemlərdən danışıb. O, bir avtomobil almadan əvvəl nələrə diqqət etməli olduğunuza izah edib. Çin avtomobillərinin Böyük Britaniyada çox populyarlaşdığı qeyd edilib. Təkcə 2025-ci ilin ilk 10 ayında ölkəyə daxil olan 10 yeni Çin markası bazarın 4,8 faizini ələ keçirib. Makmanus bildirib ki, Avropa ölkələrində Çin modelləri alan sürücülər, xüsusən də avtomobilin təmirə ehtiyacı varsa, müəyyən çətinliklərlə üzləşəcəklər. Mexanikin sözlərinə görə, ehtiyat hissələrinə məhdud çıxış səbəbindən Çin avtomobillərinin təmiri digər ölkələrdən olan daha çox yayılmış rəqiblərə nisbətən daha uzun çəkə bilər. O, həmçinin əlavə edib ki, bir çox texnik hələ də Çin avtomobilləri ilə işləmək üçün kifayət qədər təlim keçməyib. Makmanus xəbərdarlıq edib ki, müstəqil avtomobil təmiri sexlərində tez-tez tam texniki məlumatlar və Çin avtomobilləri üçün sabit ehtiyat hissələri yoxdur. O, vəziyyətin yaxşılaşacağına əmindir, lakin hələlik təmir müddəti kifayət qədər uzun ola bilər.